reklam
Regionxeberlericom.az » Sosial » Sovqat qarının son "sovqatı": - 93 yaşlı qadın niyə intihar edib?

reklam

Sovqat qarının son "sovqatı": - 93 yaşlı qadın niyə intihar edib?



Bu gün Şəkidə intihar hadisəsi baş verib. Rayonun Baş Küngüt kənd sakini 1928-ci il təvəllüdlü Sovqat Yusifova yaşadığı evdə özünü asaraq canına qəsd edib.
Azvision.az 93 yaşlı qarının intihar səbəblərini aydınlaşdırmaq məqsədilə onun yaxın qohumu Hafiz İsmayılovla söhbətləşib. Onun sözlərinə görə, S. Yusifova son günlər həyatdan bezdiyini və yaşmaq istəmədiyini deyirmiş.

"Sovqat nənə mənim anamın bibisi olub. Biz qonşuluqda yaşayırıq. Onun dörd uşağı- iki oğlu, iki qızı var idi. Oğlanlarından biri rəhmətə gedib. Digər oğlunun ailəsi ilə birgə eyni həyətdə yaşayırdı.

Vaxtı ilə kəndin aşpazı olub, xeyir və şər məclislərində köməyini əsirgəməyib. Son günlərə qədər hal-əhvalı yerindəydi. Huşu da üstündə idi. Yaşı ilə əlaqədar bir az danışığında problemlər yaranmışdı, dediklərini başa düşməkdə çətinlik çəkirdik. Ancaq qıvraqlığını saxlamışdı, əsa ilə də olsa rahat gəzirdi. Oğlunun ailəsi də ona yaxşı baxırdı. Nəvəsi nənəni əliylə yedizdirirdi. Hər gün çıxıb çöldə daşın üstündə otururdu”.

H. İsmayılov deyir ki, 93 yaşlı nənə yaşlanandan sonra aktiv həyatdan kənarda qalmasını qəbul edə bilmirmiş. Tez-tez darıxdığını dilə gətirirmiş.

“Həyatdan bezmişdi, özünə ölüm arzulayırdı. Ölə bilmirdi. Can ağrısı ilə bağlı şikayəti yox idi. Sadəcə olaraq, gündəlik ev həyatı onu cana doyurmuşdu. Həmişə elin, obanın xeyir və şərində aktiv iştirak edən insan olub. Bir sözlə, yaşlılıq, süst həyat cana doyurmuşdu.
Həftədə iki dəfə gedib ona baş çəkirdim. Ancaq yenə də küsürdü, inciyirdi. Yaşlanmışdı deyə uşaq kimi hamıdan hər şeyi umurdu. Deyirdi, "mən pis bibi olmuşam ki, gəlib mənə baş çəkmirsən?” Çox yaxşı nənə, bibi, hamıya əl tutan insan olub”.

Sovqat nənəni sonuncu dəfə günorta saat 11 radələrində evinə gedən görüblər. Bir neçə saat qadından xəbər çıxmayıb.

“Mən çayxanada oturmuşdum. Oğlunun evindən çıxıb sürətlə öz evinə doğru getdiyini gördüm. Qonşu oğlan yolda onunla zarafatlaşdı, dedi: ”ay Sovqat nənə, ildirim kimi hara gedirsən?” Əlindəki əsa ilə oğlanı vurub, dedi: “Gəlib məni görmürsünüz, evimə gedirəm”.

Bir neçə saatdan sonra nənənin özünü asması ilə bağlı qəfil xəbər gəldi. Ev ikimərtəbəlidir. Deməli, nazik ipi pilləkənin dəmirinə keçirib və özünü elə oturan yerdəcə asıb. Evin qapısını isə kəndirlə möhkəm bağlayıb ki, heç kim aça bilməsin. Qonşu gəlin onların məhləsində çörək yapırdı. Birdən o nənədən səs-səmir gəlmədiyini görüb. Ailəsinə xəbər verib. Qapını nəvəsi itəliyib açıb, görüblər ki, qadın asılı vəziyyətdə qalıb. Heç kimdən şübhələnmiirk. Yaşlı qadın idi, onunla kimin işi ola bilərdi ki?! Bu, sadəcə bədbəxt bir hadisədir”.


Paylaş:


Müəllif : Tarix:
29-06-2021, 16:46
Sikayət   


loading...
Загрузка...