reklam
Regionxeberlericom.az » Sosial » “Nazir, 3 müavini, 8-ə yaxın şöbədəkilərdən hansı təhsil adamıdır?” - DİM və nazirlik arasında “sual müharibəsi”

reklam

“Nazir, 3 müavini, 8-ə yaxın şöbədəkilərdən hansı təhsil adamıdır?” - DİM və nazirlik arasında “sual müharibəsi”



Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı təhsil naziri Emin Əmrullayev narahatlıq doğuran məqamları açıqlayıb.

Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətimizdə olan məsələlərdir:

“Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir”.

Qeyd edək ki, təhsil nazirinin bu fikri uzun illərdir ki, ekspertlər, ictimaiyyət tərəfindən səsləndirilir. Ali məktəblərə qəbul imtahanları zamanı abituriyentləri və onların valideynlərini ən çox narazı salan məqamlar sualların çətinliyi olub.

Nəhayət, təhsil nazirinin də təsdiq etdiyi kimi imtahan sualları ilə bağlı mövcud vəziyyətin yaranma səbəbi nədir? TN və DİM arasında həmin problem öz həllinin tapacaqmı?

Təhsil eksperti Elşən Qafarov Cebhe.info-ya bildirib ki, artıq cəmiyyətə də təhsilin səviyyəsinin ildən-ilə aşağı getdiyi məlumdur:

“Bunu heç kim dana bilməz və hansısa irəliləyişdən söhbət gedə bilməz. O ki qaldı nazirin açıqlamasına, hər il əvvəlki tədris ilinin nəticələri ilə bağlı DİM açıqlama verir və bu, bir-iki ay gündəmdə olur. Ancaq əslində bu proses o qədər ciddidir ki, 1-2 ay deyil, il boyu gündəmdə olmalıdır. DİM sualları çətin salırsa, bu suallar proqramlardandır. DİM ilə Təhsil Nazirliyi arasında illərdir ki, davam edən soyuq müharibə var. TN-in öz proqramları, DİM-in öz proqramları, dərslikləri var. Ancaq buraxılış imtahanlarına məhz TN-in proqramlarından kənar suallar salınmır. Sualların çətinlik səviyyəsi isə qabaqcadan razılaşdırılmalıdır. Düşünmürəm ki, asan suallar salmaqla yalandan mənzərə yaradılsın ki, guya hər şey yaxşıdır. Doğurdan da vəziyyət ciddidir və statistik məlumatlarla bağlı son açıqlamadan sonra Təhsi Nazirliyi əməli işlərə başlamalıdır. Özünümüdafiə məsələnin həlli yolu deyil”.

Ekspert bildirib ki, ölkədə təhsil sistemi gündən-günə çökməkdədi:

“Bunun qarşısını almaq üçün islahatlar getməlidir. Ölkədə isə təhsil sahəsində həqiqi islahatlar getmir. Bunun yeganə yolu Təhsil Nazirliyinin Nazirlər Kabinetinin tabeliyindən çıxarılıb birbaşa Prezidentin tabeliyinə verilməsidir. Təhsillə bağlı müxtəlif qurumlar tərəfindən müdafiələr, təzyiqlər olduqca çoxdur. Bu sahədə nəzarət sistemi qurulmalıdır. Təhsildə vəziyyət isə reallıqda o statistik rəqəmlərdən və göründüyündən çox-çox ağırdır”.

Ekspert deyib ki, inkişaf etmiş ölkələrdə təhsil müəssisələri yerli icra hakimiyyətləri orqanlarına tabedir:

“Təhsil Nazirliyi ölkədə təhsil sahəsində metodik rəhbərliyi həyata keçirir. Bizdə 2011-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin tabeliyinə verilib. Ancaq məktəbəqədər təhsil pilləsi tamamilə məhv edilib. Düşünürəm ki, bu gün ümumtəhsil müəssisələrinin yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsi hələ tezdir. Çünki bizim yerli icra hakimiyyəti orqanları doğurdanmı onu idarə edə biləcək, yoxsa köhnə kolxoz-sovxoz üsuli ilə idarə edəcəklər, yaxud məktəbəqədər təhsil sistemi kimi olacaq?

Əsas gətirilsə ki, rayon icra hakimiyyətləri müdaxilə edir, ona görə problemlər var, bu da yanlışdır. Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 316 məktəb var və rayon icra hakimiyyətlərinin müdaxiləsi minimumdur, sıfır səviyyəsindədir. Nəyə görə BŞTİ-yə tabe olan məktəblərdə də tədris, təhsilin səviyyəsi regionlarda olduğu kimi bərbad vəziyyətdədir? Ölkədə təhsil sisteminə nəzarət mexanizmi yoxdur, işlək vəziyyətdə deyil. Səbəb isə bu gün konkret təhsil idarəetmə orqanlarında, Təhsil Nazirliyindən başlayaraq, təhsillə bağlı insanların çox az olmasıdır. Hazırda təhsil naziri və 3 müavini, 8-ə yaxın şöbə və hər şöbədə 4-5 sektor var, bu rəhbər işçilərdən neçəsi təhsil işçisidir? Ona görə də bu gün kim xaricdə təhsil alıb, kim kimin qohumudur, sinif yoldaşıdır kimi hallar eybəcər şəkil alıb. Təhsillə bağlı insanlar sistemdən uzaqlaşdırılırlar. Yaxud nəinki rəhbərlik, 3-4-cü dərəcəli vəziələrdən belə uzaqlaşdırıldığına görə təhsil sistemi bu sahəyə yad olan, bilməyən, anlayışı olmayan insanların əlindədir. Ona görə də vəziyyətin bu dərəcə anormal olması gözləniləndir”.


Paylaş:


Müəllif : Tarix:
30-06-2021, 15:53
Sikayət   


loading...
Загрузка...