reklam
Regionxeberlericom.az » Sosial » Qərargahdan ”taksi mafiyası”na “yaşıl işıq”: - Metronu iyunda açıb iyulda bağlamaqda hansı məntiq var?

reklam

Qərargahdan ”taksi mafiyası”na “yaşıl işıq”: - Metronu iyunda açıb iyulda bağlamaqda hansı məntiq var?



Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə qoyulan qadağanın müddəti uzadılıb.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək,10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

İyulun 3-də Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə fəaliyyət göstərəcək. Buna səbəb həmin tarixdə Bakı Olimpiya Stadionunda Danimarka-Çexiya 1/4 final oyununun keçirilməsidir.

Fakt odur ki, paytaxt sakinləri yenə də ictimai nəqliyyatdan istifadə ilə bağlı problemlər yaşayacaqlar.

Maraqlıdır, həftənin digər günləri ictimai nəqliyyatda heç də az sərnişin olmur, bu zaman belə sual yaranır ki, niyə insanlar məhz şənbə-bazar günləri yoluxur?

Qeyd edək ki, vətəndaşlara çimərliyə getmək üçün icazə verilib və həftənin son günləri də ictimai nəqliyyat işləmirsə demək ki, ancaq taksilərdən istifadə etməlidirlər. Buradan isə aydın olur ki, Azərbaycanda pandemiya ilə bağlı ictimai nəqliyyata gətirilən qadağa taksi bazarına hesablanıb.

Nəhayət, mertonun hərəkəti məhdudlaşdırılırsa, yeni qapanmaya hazırlıqmı gedir? Hansı məntiqlə metronu iyunda acılır və iyulda bağlayırlar?

Həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında bildirdi ki, əslində şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsi guya insanlar arasında seyrəklik yaradacağı və bu xəstəlikdən xilas olacağı demək deyil:

“Xeyir, belə deyil. Əksinə, nəqliyyatın bir hissəsini saxlayıb, digər hissəsinin çalışması zamanı sıxlıq yaranır. Bu zaman xəstəliyin çoxalması daha sürətlə gedir. Əslində indiyədək yoluxmanın azalması bu o demək deyil ki, metro və yaxud şənbə-bazar günləri avtobuslar işləmədi, onunla əlaqədardır. Xeyir, bunun səbəbi odur ki, həmin dövrdə xəstəlik çox idi, insanlar məcbur idilər maska taxsınlar, məsafə saxlasınlar, ölüm qorxusu insanları buna məcbur edirdi.

Nəticədə yoluxmanın sayı getdikcə azalmağa başladı. Bir tərəfdən də vaksinasiya prosesi gedir və insanlar kifayət qədər vaksinasiya olunubsa, hazırda əhali arasında epidemioloji vəziyyət o qədər də pis görünmür. Yəni yoluxanların sayı həddindən artıq azdırsa, hardasa ciddi tədbirlərə getməyin mənası yoxdur.

Çünki indi vaksinasiya prosesi var, insanlar yoluxmanı çox yüngül şəkildə keçirə bilər, yaxud zəif ola bilər, heç bir problem olmaz. Bu nöqteyi-nəzərdən ictimai nəqliyyatın məhdudlaşdırılmasına getməyin heç bir mənası yoxdur. Bunların apardığı məhdudlaşdırıcı tədbirlərin nə ilə əlaqədar olduğu müəmmalıdır. Hazırda bizdə əhali məsələlərə bir az maksimalist yanaşır. Açıq havada, hərəkətdə olduqda maska taxmaya bilərsən. Ancaq indi bizdə avtobusun içində, qapalı məkanlarda da taxmırlar. Müəyyən qədər maska və digər vasitələrdən istifadə məsləhət görülür.

Ancaq insanların bu dərəcədə fəaliyyətini məhdudlaşdırmaq, buna xaricdə laktaun, yəni tam qapanma deyilir, buna getmək üçün elə bir şərait yoxdur. Əslində əgər nəqliyyat vasitələrində yayılmanı nəzərdə tutulurlarsa, nəqliyyat vasitələrinin sayı artırılmalıdır.

Onların dövriyyəsi çoxaldılmalıdır ki, insanlar toplu şəklində yox, seyrək şəkildə getsinlər ki, yoluxma olmasın. Yoxsa nəqliyyat vasitəsinin birini bağlayın, hamı yüklənsin bir avtobusa, sərnişinlər bir-birinə girsin, sonra da deyirlər ki, epidemiya əleyhinə iş görürəm. Bu yalnış yanaşmadır. Həftəsonu taksidən istifadə etmək məcburiyyətində qalırlar. Əgər taksiyə 3-4 nəfər əyləşərsə, qapalı məkandır və təbii ki, bir-birini asanlıqla yoluxdura bilərlər. Digər tərəfdən əgər arxada bir nəfər, qabaqda sürücü əyləşirsə, arada baryer yoxdursa bir dəfə asqırmaq bəs edir ki, ikisindən biri xəstədirsə digər tərəf yoluxsun.

Ona görə də nəqliyyat vasitələrinin məhdudlaşdırılması yox, sayının artırılması bu prosesin qarşısını ala bilər. Nəqliyyat vasitələri ilə bağlı belə yanaşma düzgün deyil”.


Paylaş:


Müəllif : Tarix:
30-06-2021, 15:53
Sikayət   


loading...
Загрузка...