Ordumuzda ciddi dəyişikliklər gözlənilir - Türkiyə modelinə keçid və genişlənmə
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb. Görüş zamanı dövlət başçısı ordumuzun şəxsi heyətinin say tərkibinin artırılacağı, yeni və müasir hərbi texnikalarla təchiz ediləcəyini bildirdi. Prezident rəsmi İrəvana yönəlik mesajında qeyd etdi ki, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir.
“O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlayıb. Silahlı Qüvvələrin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq”, - deyə Ali Baş Komandan vurğuladı.
İkinci Qarabağ müharibəsindən qalib çıxan Azərbaycan Ordusunda islahatların aparılacağı, yeni modelə, xüsusən Türkiyə ordu sisteminə keçidin olacağı barədə fikirlər səsləndirilir. Bunun reallaşacağı inandırıcıdır. Silahlı Qüvvələr Günündə Azərbaycan Ordusu haqqında danışan müdafiə naziri Zakir Həsənov da bu istiqamətdə fikirlər səsləndirdi. "Azərbaycan zabitinin, Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu var", - deyən nazir qeyd etdi ki, bizim çoxlu sayda zabitimiz Türkiyənin hərbi məktəblərində təhsil alıb.
“Bizim təlim mərkəzlərində təlim keçiblər. Bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri - Azərbaycan əsgəri və Azərbaycan zabiti döyüşlərdə yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdi. Bunun nəticəsi də göz qabağındadır. Bu gün bütün dünya Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatları dərindən öyrənməkdədir. Bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olub. Amma təbii ki, biz məxfilik məsələlərini nəzərə alaraq öz təcrübəmizi yaxın dostlarla bölüşməyə hazırıq”, - deyə Həsənov vurğuladı.
Nazirin Türkiyə hərbçiləri ilə Azərbaycan hərbçilərinin birgə təlimləri haqqında danışması, zabitlərimizin Türkiyə hərbi məktəblərində oxuyaraq peşəkar hərbçi kimi yetişməsini deməsi, iyunun 15-də Şuşada Türkiyə və Azərbaycan liderləri arasında imzalanan Şuşa Bəyannaməsində də hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müddəaların olması Silahlı Qüvvələrin Türkiyə hərbi modelinə keçidi fikrini gücləndirir.
Mövzu ilə bağlı AYNA-ya danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, adətən müharibələr başa çatdıqdan sonra ordunun şəxsi heyətinin say tərkibində azalmalar olur, ixtisarlar edilir: “Bu, normal haldır. Çünki müharibəni aparmaq üçün daha çox canlı qüvvə lazımdır. Müharibə başa çatdıqdan sonra isə təhlükəsizlik qüvvələrinin ixtisarı mümkündür. Azərbaycan isə tam əksinə, növbəti dəfə ordunu gücləndirməyə, şəxsi heyətin sayını artırmağa, yeni silah-sursat almağa qərar verdi”.
“Ali Baş Komandan tərəfindən daha əvəllər də Silahlı Qüvvələrin Türkiyə, NATO ordu sisteminə keçidi barədə fikirlər səsləndirilmişdi. Dolayısı ilə Azərbaycan bundan sonra da Cənubi Qafqazın ən güclü, qüdrətli ordusuna malik olmaqda qərarlıdır. Digər yandan, bu addımlar Ermənistan tərəfinə də bir xəbərdarlıqdır. Yəni ki, Ermənistan Azərbaycanla yekun sülh müqaviləsi imzalamadığı müddətdə, işğalçılıq iddiasını davam etdirdiyi müddətdə onlar üçün çətin olacaq”, - deyə ekspert bildirib.
Ə.Verdiyev onu da qeyd edib ki, Ermənistan sülhə yaxınlaşmasa, iqtisadiyyatı daha da çökəcək: “Nəzərə almaq lazımdır ki, Ermənistan İkinci Qarabağ müharibəsində təkcə hərbi texnika baxımından 3.84 milyard dollarlıq itkiyə məruz qalıb. Gələn il üçün toplam büdcələri isə 600 milyon dollardan da azdır. Bu məbləğ yalnız Ermənistan ordusunda xidmət edən şəxsi heyətin xərclərini ödəməyə yetəcəkmi - bu, sual altındadır. Yəni ki, işğalçı ölkənin hərbi texnika almağa gücü, maddi resursu yoxdur. Bunun əksinə, Azərbaycanın Ordusunun gücləndirilməsi üçün resurslar var - hansı ki, ölkə başçısı səviyyəsində bu, elan edilib”.
Müsahibimiz Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçidi barədə Prezidentin bəyanatına toxunub: “Zakir Həsənov Ali Baş Komandanın dediklərini təkrarladı. Bu modelə keçid nə deməkdir? Nəzərə almaq lazımdır ki, Türkiyə Ordusu NATO-nun ikinci böyük ordusudur. Deməli, gələcəkdə Azərbaycan Ordusu genişləndiriləcək, NATO modelini qəbul edəcək. Bu, dolayısıyla bizim həm NATO standartlarına uyğun gələn silah-sursat istehsal edəcəyimizin, həm də bu standartlarda silah-sursat əldə edəcəyimizin anonsudur. Türkiyə modelinə, NATO standartlarına keçid həm də o deməkdir ki, ordumuzun ştat strukturlarında ciddi dəyişikliklər gözlənilir”.
“Vətən müharibəsində Azərbaycan Ordusunun hansı komponentlərində zəiflik müşahidə edildi?” sualına gəldikdə Verdiyevin sözlərinə görə, istənilən müharibədə, tətbiq edilən istənilən silahda müəyyən müsbət və ya mənfi cəhətlər aşkarlana bilər: “Amma bu cəhətlərin açıq şəkildə deyilməsi məxfilik baxımından düzgün deyil. Mən bilirəm ki, İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin bütün komponentləri dəyərləndirilir, üzərində mütəxəssislər çalışırlar. Çatışmazlıqlar aşkarlanır, təhlil olunur, mütəxəssislər təkliflər verirlər. Və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Hansı ki, bunlar kompleks həyata keçirilən tədbirlərdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2021, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-07-2021, 12:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08