"Araz" marketlər şəbəkəsində də İŞÇİ HAQQI POZULUR - GİLEY
“Araz” marketlər şəbəkəsinin “Abşeron Gənclər şəhərciyi” ndə yerləşən filialında işçilərə qarşı haqsızlığa yol verilir. TİA. Az xəbər verir ki, marketin rəhbərliyində olan Cavid adlı şəxs işdən ərizə yazıb çıxmaq istəyən əməkdaşların çıxış blankını vermir. Bu da işdən ayrılmaq istəyən və yeni iş yeri ilə müqavilə bağlamağa hazırlaşan şəxslərin yolunu bağlayır. “Araz” marketin rəhbərliyində təmsil olunan Cavid bəhanə gətirir ki, həmin əməkdaşlardan biri cəmi 1 gün işə gəlməyib. Halbuki həmin şəxs öncədən məlumatlandırıb və üzrlü səbəbdən işdə olmayacağını söyləyib. İndisə daha yüksək məvacibli iş təklifi alan şəxs çıxış blankını ala bilmir ki, “Araz” marketlə yollarını ayırsın. Cavid süründürməçiliyə yol verməklə həmin şəxsin yeni iş yerinə getməsinə mane olmağa çalışır. Bu da ərizə yazıb istefa verən işçinin hüquqlarını pozmaqdır. “Araz” marketlər şəbəkəsinin rəhbərliyindən və onun tabe olduğu “Veysəloğlu” şirkətlər qrupundan problemin həlli xahiş olunur.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2021, 17:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2021, 17:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti