Azərbaycanın hava məkanında UÇAN QİYMƏTLƏR - AZAL-ın İNHİSARÇILIĞI
Son zamanlar Azərbaycan Hava Yollarının bel qıran qiymətləri ətrafında gedən söz-söhbət səngimək bilmir.
Əl yandıran biletlər...
Vətəndaşların ən çox şikayət etdikləri isə aviabilet qiymətlərinin qonşu ölkələrə görə çox baha olmasıdır. Şikayətçilər bildirirlər ki, bu səbəbdən də xarici ölkələrə səfər etmək arzuları onlar üçün xəyal olaraq qalır. Bir qism isə səyahət etmək arzularından asanlıqla əl çəkmədən qonşu ölkəyə Gürcüstana üz tuturlar.
Bəzi iqtisadçılar düşünür ki, AZAL ölkədə aviabiznes sahəsində yeganə və rəqabətsiz inhisarçı şirkət olduğu üçün aviabilet qiymətlərini istədiyi kimi tənzimləyə bilir. Bu isə aviabiletləri aztəminatlı insanlar üçün əlçatmaz olmasına səbəb olur.
Sirr deyil ki, Gürcüstandan bilet almaq Azərbaycana nisbətdə qat-qat ucuzdu, elə bu səbəbdən də bəzi Azərbaycan vətəndaşları səyahət etmək üçün məhz bu ölkəyə üz tuturlar.
Cavabsız qalan suallar...
Niyə aviabiletlər Gürcüstandan İstanbula 85 - 100 manata (57 - 60 ABŞ dolları) Bakidan isə 700-800 (400-450 ABŞ dolları) manat civarındadır?
Bizim.Media məsələ ilə bağlı bir neçə ekspertin fikrini öyrənməyə çalışıb. Ekspertlərin fikrincə, aviabiletlərin baha olmasına görə, Azərbaycan hər zaman qonşu ölkələrlə müqayisədə çox fərqlənib.
“Lakin pandemiya səbəbilə olan qapanmalardan sonra birdən-birə biletlərdə böyük bahalaşmalar oldu. Qurum indiyə qədər bu bahalaşmanın səbəbləri haqqında məlumat verməyib. Adi Bakı - İstanbul - Bakı reysi 700-800 manat arasında formalaşır. Bir çox ictimai xadim, iqtisadçı və KİV nümayəndələri dəfələrlə bu məsələni qaldırıblar. Lakin indiyə qədər biletlərin necə formalaşması haqqında heç bir açıqlama yoxdur”.
AZAL-ın pis nümunəsi
Mütəxəssislərin sözlərinə görə AZAL-da qiymətlərin baha olması digər şirkətlərin bilet siyasətinə də təsir edir. Onlar düşünürlər ki, belə olduğu təqdirdə Azərbaycanda olan başqa aviaşirkətlərin də bilet qiyməti yüksəlir.
“AZAL-da qiymətlər baha olduğu üçün, “Türk Hava Yolları” da bilet dəyərlərini aşağı endirməkdə maraqlı deyil. Məsələn THY-də Tiflis - İstanbul - Tiflisə olan uçuş bileti 300-350 manat (200 ABŞ dolları) civarındadır. Bakı ilə Tiflisin 30-40 dəqiqə fərqi var. Belə olduğu təqdirdə bizdə bu qiymət təxmini 400-450 manat olmalıdır. Lakin Bakıdan İstanbul uçuşuna olan qiymətlər 700-800, bəzi hallarda isə 900 manata qədər yüksəlir. Yəni bu 30 dəqiqənin bu qədər yüksək qiyməti var?”
Yaranmış vəziyyət aşağı büdcəli biletlərin də əldə olunmasında problemlər yaradıb. Ekspertlərin fikrincə AZAL-ın pis nümunəsi bütövlükdə bu sistemi qarışdırıb.
“Aşağı büdcəli biletlər satan “Buta Airways” şirkətində qiymətlər nisbətən fərqlidir. Lakin orada da elə bir şərtlər var ki, bu da müəyyən dərəcədə onların biletlərini də əlçatmaz edir. Məsələn Butada sistemdə bilet satışları açıldıqdan 1 saat sonra 2 ay öncədən də bilet tapmaq mümkün olmur. May ayında avqustun sonuna ancaq bilet tapmaq olur. Bu da həm sərnişinlər, həm də turizm şirkətləri arasında haqlı narazılığa səbəb olur”.
Ekspertlər bildirir ki, hazırda AZAL-ın bu cür başdan qazanmaq cəhdləri turizm və digər sahələrdə böyük dövriyyələrin yaranmasına və çox qazanc əldə olunmasına mane olan ilk səbəblərdən biridir.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2021, 17:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2021, 17:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29