Tanınmış həkimlər səhiyyəni yıxıb-sürüdülər: - “Vecsizlik, haqsızlıq gördük...”
Bu gün həkim infeksionit Vasif Əliyev sosial şəbəkədə səhiyyə qurumlarını pandemiya cəbhəsində ilk gündən qorxmadan çalışan, gecə-gündüz xəstəxanalarda qalan, sağlamlığını təhlükə altında qoyan həkimlərin əməyinə hörmət və diqqət göstərməməkdə qınayıb.
O, pandemiya müharibəsinin ilk günlərində ön cəbhədə TƏBİB rəhbərləri ilə birlikdə gecə-gündüz çalışsa da, 1 ildən çoxdur əməyinə nəinki maddi, heç mənəvi dəyər verilmədiyini, quru bir təşəkkür almadığını etiraf edib.
“1 ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalmaq. Bu zaman içində quru bir təşəkkür belə almamaq. Nə TƏBİB, nə İcbari Tibbi Sığorta, nə də Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq 1 dəfə də olsun təşəkkür belə etmədi. Mənim kimi çox həkimlər var. Amma layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı. Bunun səbəbi çoxdur.
Diqqətsizlik, hörmətsizlik, dəyər verməmək və ya iş bilməməzlik. Səbəb nə olursa olsun nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq görmədik. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində çox asan görünsə də, bunu bacarmadılar. Başqa nə demək olar ki?...”
Bakupost.az xəbər verir ki, Vasif Əliyevin bu açıqlamasına və iradına pandemiya xəstəxanalarında çalışmış, kifayət qədər tanınmış həkimlər də biganə qalmayıb. Onlar da səhiyyə qurumlarından dövlət səviyyəsində şəxsiyyətlərinə və əməklərinə heç bir dəyər verilmədiyini yazıblar.
Həkim reanimatoloq Kəmalə Namazova bildirib ki, Azərbaycanda koronavirus elan edilən gündən ilk könüllü həkim kimi qeydiyyatdan keçib:
“Koronavirus xəstəxanasında ilk reanimasiyaların qapısını ilk mən açdım. Qəhrəman həkim olmaq arzum idi, oldum da. Saysız-hesabsız xəstələrl qeyrətlə işlədim, çox insanları xilas etdik.
Kömək üçün infeksionist Vüqar Cavadzadəyə, Vasif Əliyevə, anestezioloq Qulam Rustamzadə, kardiocərrah Rəşad Mahmudovdan, Mediclubdan Hafiz doktor, Topçubaşovdan Fuad həkimdən çox məsləhətlər aldım. Xəstələrdən iki dəfə koronavirusa yoluxdum. Könüllü cəbhəyə getdim. Canım qurban Vətənə də, əsgərimə də, dövlətimə də. Mus-musun Mustafası odur ki...
Bir dəfə çağırıb demədilər ki: Allah atana rəhmət eləsin ki, sənin kimi qeyrətli, mübariz övlad yetişdirib. Çox sağ ol, Kəmalə Novruz qızı, hər iki cəbhədə ölümü gözünə alıb döyüşdün. Mən və mənim kimi həkimlər.
Maləsəf...
Onu da deyim ki , Avropada sayılıb seçilən jurnalında elmi məqaləm qəbul olundu. Redaktor yazıb ki, Azərbaycandan ikinci belə sanballı məqalədir gəlib”
İnfeksionist Vüsalə Yaşar isə bu yola təmənnasız, könüllü çıxdığını bildirirərək, dekabrdan bu yana haqqı olan maaşını ala bilmir:
“Heç bir həkim qorxusundan yaxın gəlməyəndə günlərlə xəstəxanalarda işlədik. Kovidli xəstələr üçün şərait qurduq, yaratdıq. İlk xəstələr gələndə heç o beşqat maaş, iki misli pul məsələləri yox idi. Əməyimizin nəticəsi nə oldu? Böyük xəyal qırıqlığı, diqqətsizlik, səhiyyəmizdə bir şeylərin düzələcəyinə olan ümidin ölməsi.
Mən aylardır mübarizədəyəm.Dekabr ayından böyük bir xəstəxananın müalicə işlərini koordinasiya edə-edə haqqım olan maaşı belə ala bilmirəm.Abır-həya deyib ictimailəşdirmirəm. Ayrı-ayrı insanların məsuliyyətsizliyi və bəhanələri isə haqqımı almaga mane oldu.Mənəvi dəyər verilmədi,maddi dəyər verilmədi.
Bəli böyük diqqətsizlik,saymamazlıq,vecsizlik!
Hansı savadlı kadr bu ölkədə qalxıb səhiyyədə bir şeylərin dəyişməsi,yaxşılaşması üçün can qoyacaq?Ağlı olan HEÇ KİM!!!”
Tanınmış anestezioloq – reanimatoloq Şahin Məmmədov da həmkarlarına qoşulub:
“Həm pandemiyada kovidli xəstələr, həm də müharibədə və ondan sonra yaralıların əməliyyatlarında gecə-gündüz iştirak etdim. Heç bir təşəkkürnamə, mənəvi dəyər almadıq. Tibb işçiləri günündə heç olmasa balaca bir kağız verərdilər ki, gələcəkdə nəvələrimizə göstərərdik. Diqqətdən kənarda qaldıq”
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2021, 17:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2021, 17:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti