Neft tükənməsə də, ona olan ümid tükənib: - Azərbaycanda bundan sonra nə olacaq?
“Azərbaycan neft iqtisadiyyatından sənaye iqtisadiyyatına sürətli keçidi təşkil etməlidir”
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,16 dollar və ya 1,53% artaraq 77,11 dollar təşkil edib. Bəzi iqtisadçılar hesab edir ki, indi neftin qiymətinin gözləniləndən üstün olması səbəbindən avqust ayında büdcə dəyişiklik oluna bilər.
Vurğulanır ki, neft qiymətlərinin yüksək səviyyədə formalaşması imkan verəcək ki, həm dövlət büdcəsi əlavə gəlir qazansın, həm Neft Fondunun nəzərdə tutulan kəsiri daha aşağı olsun.
Qarşıdakı müddətdə neftin qiymətlərində hansı dəyişiklik gözlənilir və bununla bağlı Azərbaycanda büdcəyə yenidən baxılmasına ehtiyac varmı?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirdi ki, neft hasil edən dövlətlərin əsas məqsədləri bazarda neftin qiymətinin yüksək olmasıdır: “Lakin istehlakçı dövlətlər neftin hazırkı yüksək qiymətlərini bir o qədər də qəbul etmir. Ona görə də həm istehlakçıların, həm də neft hasilatçı dövlətlərin maraqlarını təmin edən bir ortama nail olmaq lazımdır. Vyana sazişi çərçivəsində qəbul edilmiş qərarlardan biri də dünyanın dəyişən enerji balansında neftin aparıcı rolunu qoruyub saxlamaqdır. Ona görə də istehlakçıların imkanlarına uyğun neft həcmləri bazara çıxarılmalı, eyni zamanda qiymət ədalətli olmalıdır. İndiki yumşaq iqtisadi perspektivlərin önündə neft qiymətlərinin yüksək olması həm inflyasiyanı artıra, həm də neft emalı zavodlarını emal marjını aşağı sala blər. Dünyada mövcud 700-dən artıq neft emalı zavodlarının hazırda gündəlik xammalla yüklənməsi 75-85 faiz arası dəyişir. Halbuki bu, 95-97 faiz arasında olmalıdır. Çünki ötən il pandemiya dövründən başlayaraq bu günə kimi neft məhsullarından əsasən aviasiya yanacağı çox ciddi zərbələr aldı. Dünyanın pandemiyadan əvvəl sutkalıq təyyarə yanacağına olan tələbatı 7,5 milyon bareldən yuxarı idisə, bu gün 5 milyon barel civarındadır. Hesab edirəm ki, neft qiymətlərinin bundan sonra təhlükəli bir əraziyə düşmək şansı yoxdur. Ancaq qarşıdakı aylarda neftin qiymətlərini təsir altına alan faktorlar var və digər bir faktor isə sərt iqlim tələbləridir. Yəni, yeni enerji keçidiylə bağlı bir çox ölkələrin qəbul etdiyi qərarlar qarşıdakı aylarda, yaxın və uzaq perspektivdə neft qiymətlərinə neqativ təsir göstərə bilər. Bu baxımdan, indiki formatda olan fəaliyyəti davam etdirmək lazımdır və bazarın tənzimlənməsində birgə səyləri bundan sonra da əsirgəmək lazım deyil”.
Ekspertin fikrincə, biz artıq yüksək neft gəlirlərinə ümid etməməliyik: “Azərbaycanın ən yüksək neft gəlirləri 2011-ci ildə qeydə alınıb. O zaman Dövlət Neft Fonduna 19 milyard dollar vəsait daxil olub. Pandemiyadan əvvəl, 2019-ci ildə bu rəqəm 11 milyard dollardan yuxarı olub. Bu il təxminən indiki qiymətlər fonunda 4,3 milyard dollar civarında ola bilər. Belə məqamda biz qarşıdakı illərdə yüksək neft gəlirlərinə ümid etməməliyik. Azərbaycan neft-qaz ölkəsi kimi neft iqtisadiyyatından sənaye iqtisadiyyatına sürətli keçidi təşkil etməlidir. Yəni qeyri-neft sektorunun imkanları daha da genişlənməlidir. Bu, bir çox neft ölkələrində hazırda problem olaraq qalır. Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, İraqda və digər Körfəz dövlətlərində neft iqtisadiyyatından sənaye iqtisadiyyatına keçid nədənsə təmin edilmir. Onlar neft gəlirlərinə uzun illərdir aludə olublar. Azərbaycan da indiki məqamda bütün bu faktorları, riskləri nəzərə almalıdır. Artıq qarşıdakı illərdə nə bizim neft hasilatında ciddi artım müşahidə olunacaq, nə də neft satışından gəlirlər daxil olacaq. Bizim qarşıdakı illərdə əsasən qaz ixracından gəlirlər daxil ola bilər və iqtisadiyyatın digər sektorlarının ixrac imkanlarından əldə olunan vəsaitlər hesabına gəlirlər arta bilər. Bu baxımdan, Azərbaycan hökuməti də qarşıdakı illərdə iqtisadiyyatın şaxələnmə prinsipinə üstünlük verməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2021, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2021, 09:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29