Mina xəritələri yarışında BEYNƏLXALQ RƏQABƏT... - Azərbaycanın işinə yarayır...
Ermənistan ötən aylar ərzində çox çalışırdı ki, işğaldan azad olunmuş ərazilərin mina xəritələrini Azərbaycana verməsin, amma bu dəfə də müqaviməti qırıldı. Ağdam rayonu ərazisindəki 97 minlik - onların arasında qeyri-dəqiq koordinatların olmasını nəzərə almasaq - mina xəritələrini rəsmi Bakıya təqdim etdikdən az sonra, 3 iyulda İrəvan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.
Rəsmi məlumatda qeyd olunduğu kimi, Azərbaycan bunun qarşılığında “cəza müddəti” bitmiş “15 nəfər erməni əsilli şəxsi” Ermənistana təhvil verib, Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə. “Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik”, - Azərbaycan Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı məlumatında qeyd olunur.
Qeyd edək ki, iyun ayında Ağdam rayonu üzrə minaları əks etdirən bəzi xəritələrin alınmasından sonra erməni hərbçilərinin 15 nəfərlik bir qrupu İrəvana təhvil verilmişdi.
ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Bakı və İrəvanın qarşılıqlı addımlarını alqışlayıb. Ann Linde bu barədə Twitter səhifəsində paylaşdığı statusunda yazıb. “Azərbaycanın əlavə olaraq 15 erməni məhbusunu azad etməsini və Ermənistan tərəfindən mina xəritələrinin verilməsini alqışlayıram. Rusiyanın vasitəçiliyi təqdirəlayiqdir. Ümid edirəm ki, daha çox etimadın möhkəmləndirilməsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında davamlı nizamlanmaya aparan yol ola bilər”, - Ann Linde Twitter paylaşımında yazıb. (BBC News Azərbaycan)
Bildirilir ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə vətənlərinə çatdırılmış 15 erməni hərbçinin Azərbaycandan geri qayıtmasında şəxsən iştirak edib. “Üçtərəfli sazişin müddəalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə işi davam etdirərək, Dağlıq Qarabağda silahlı münaqişə zamanı erməni birləşmələri tərəfindən iki rayonda minalanmış sahələrin xəritələri bu gün Bakıda mənim tərəfimdən şəxsən Azərbaycan tərəfinə təhvil verilib” - Muradov jurnalistlərə bildirib. Deyib ki, “Rusiya tərəfi gələcəkdə də silahlı münaqişəyə son qoyulması barədə üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsinin təmin olunması üzrə işi davam etdirəcək”.
Qeyd olunduğu kimi, Ağdamın mina xəritələri ABŞ-ın və Gürcüstanın dövriyyəyə girməsi nəticəsində alınmışdı. Ardınca Rusiya prosesə töhfə vermək istiqamətində addım atdı. Hansı ki, Ermənistan tərəf mina xəritələrini xeyli əvvəldən Rusiyaya təqdim etdiklərini israrla bildirirdi və bu da ayrı müzakirə mövzusudur. Ancaq hər halda, 44 günlük müharibədə və ondan sonrakı dönəmdə proseslərə təmkinli, obyektiv mövqeyi ilə diqqət çəkən Rusiya prezidenti minalarla bağlı məsələdə də sözünü dedi. Təbii ki, maraqlı nüansdır, məntiqlə Kreml bölgədə sülhməramlılara malik tək ölkə olaraq elə minaların xəritələri ilə bağlı prosesdə də təkbaşına moderatorluq edə bilərdi, ancaq sonradan bu məsələlərə qoşulmağa qərar verdi. Bu mənada Rusiyanın proseslərə qoşularaq iki rayonun xəritələrini Ermənistandan alması maraqlı nüansdır. Mexaniki olaraq ortaya sual çıxır: digər rayonların mina xəritələri də Moskvanın vasitəçiliyi ilə qaytarılacaq, yoxsa “estafet çubuğu” üçüncü ölkəyə - Fransaya ötürüləcək? Hər halda ötən günlərdə Putin və Makron arasındakı telefon danışıqlarında Qarabağ məsələsinin də xüsusi yer alması bu ehtimalın reallığından danışmağa əsas yaradır.
Mina xəritələrindən bəhs edərkən bir məqamı da vurğulamaq lazımdır ki, Nikol Paşinyanı, bütövlükdə erməniləri güzəştə vadar etməsən, nəinki azərbaycanlıların qətlinə hesabladıqları minaların xəritələrini, heç quru çöp də qaytarmazdılar. Bu mənada Ali Baş Komandanın qətiyyəti, aparıcı paytaxtlar, beynəlxalq təşkilatlar qarşısında israrlı tələbləri öz sözünü dedi. Torpaqları ordumuzun gücü ilə, düşmənə sarsıdıcı zərbələr endirərək aldıq, 30 illik işğala son verdik. İndi proseslərə diktə edən Azərbaycanın qarşısında mina xəritələrini də verməyə məhkumdurlar. Azərbaycanın istədiyi, tələb etdiyi hər şeyi verəcəklər, Zəngəzur dəhlizini də açacaqlar, başqa çıxış yolları yoxdur. Heç şübhəsiz ki, Ermənistan və onun havadarları Bakıdakı diversantların qeyd-şərtsiz, heç bir qarşılıqlı tələb irəli sürülmədən, birtərəfli qaydada qaytarılmasını istəyirdi, ötən aylardakı cəhdlər də buna yönəlmişdi. Ancaq Azərbaycan dövləti bu məsələdə də təşəbbüsü əldən vermədi, qətiyyətli mövqe sərgiləyərək, barəsində məhkəmə hökmü olan, cəzasını çəkən diversantları İrəvana qaytardı, mina xəritələrinin alınması qarşılığında.
Təqribən 3 həftə ərzində 30 erməni diversantın İrəvana qaytarılması müqabilində 200 minədək (!) minanın xəritəsi alınıb, bu isə dəhşətli rəqəmdir. Nəzərə almalıyıq ki, bu ərazilərdə dövlətimiz tərəfindən böyük layihələr həyata keçirilir və ərazilərin minalardan daha sürətlə təmizlənməsinin bütün mənalarda önəmi var. Ermənistan həm də xəritələri ona görə qaytarmaq istəmirdi ki, Azərbaycanın böyük qayıdış planı uzansın. Ancaq bu məkrli plan da işə yaramadı. Bununla belə, növbəti sual yaranır, minalardan təmizləmə zaman baxımından nə qədər çəkəcək? Bir müddət əvvəl ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov mətbuata demişdi ki, kənd təsərrüfatı istiqamətində artıq 4 milyon kvadratmetrdən çox ərazi təmizlənib və həmin ərazilər daha çox Zəngilan, Qubadlı və Ağdam rayonlarını əhatə edir. “Bir neçə istiqamətdə isə təmizləmə əməliyyatları davam etdirilir. Həmçinin təməli qoyulan Zəngilan aeroportunda 7.6 hektar ərazi mina və PHS-dan təmizlənib. O cümlədən Zəngilanın I Ağalı kəndi ərazisində 1000 hektar ərazinin partlayıcı qurğulardan təmizlənməsinə başlanılıb və artıq 10 hektara yaxın ərazi tam olaraq təmizlənib. Qalan ərazi isə bu ayın sonu, ən geci gələn ayın əvvəli tam təmizlənib təhvil veriləcək”. Göründüyü kimi, çox mühüm layihələrin həyata keçirildiyi bölgələri əhatə edir alınan xəritələr. Həmçinin Füzuli aeroportu, Şuşaya aparan Zəfər yolunun ətrafının da təmizlənməsinə kömək edəcək bu xəritələr. Ümumiyyətlə, mina xəritələrinin erməni diversantların qaytarılması hesabına verilməsini nəzərə alsaq, Bakıda hazırda nə qədər erməni diversant qalıb, konkret rəqəm varmı?
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, məlum olduğu kimi, Ağdamın mina xəritələri ABŞ, Avropa İttifaqı və Gürcüstanın vasitəçiliyi ilə Azərbaycana təqdim edilmişdi: “Bu dəfə xəritələr Rusiyanın vasitəçiliyi ilə verildi. Bu, Prezident İlham Əliyevin diplomatik məharətinin və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Azərbaycan bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına yönəlmiş bütün fəaliyyətləri dəstəkləyir. Azərbaycanın bölgədə yaratdığı reallıq müharibədən sonra bölgədə cərəyan edən hadisələrdə bir çox dövlətlərin və beynəlxalq qurumların rəqabət aparmasına gətirib çıxarıb. Heç bir dövlət prosesdən kənarda qalmaq istəmir. Prosesdən kənarda qalan dövlət digər dövlətin tənzimləmə prosesində aktivlik nümayiş etdirdiyini, Azərbaycanla təzyiq dilində danışmağın mümkün olmadığını görür. Hesab edirəm ki, Rusiya digər rayonların mina xəritələrinin də onun vasitəsilə verilməsinə çalışacaq. Mina xəritələrinin əldə edilməsi prosesi xeyli sürətləndiriləcək. Nəzərə alsaq ki, bir neçə dövlət və qurum minaların tənzimlənməsində aktiv iştirak edir, prosesin bir neçə ilə tam yekunlaşacağını söyləyə bilərik. Bilirsiniz ki, ermənilərin ”hərbi əsir", Azərbaycanın diversiya qrupunun üzvləri hesab etdiyi şəxslərin Ermənistana təhvil verilməsi ilə bağlı tez-tez beynəlxalq qurumlar da məsələ qaldırırlar və ermənilərin tərəfini saxlayacaq bəyanatlar verirlər. Azərbaycan qatı cinayət əməli törətmiş ermənilərin hazırda mühakiməsini həyata keçirir". Millət vəkili qeyd etdi ki, cinayətlərdə əli olmayan ermənilər mina xəritələrinin müqabilində Ermənistan tərəfə qaytarılır: “Hesab edirəm ki, bu düzgün qərardır”. Saxlanılan ermənilərin sayına gəldikdə, C.Məmmədov xatırlatdı ki, mina xəritələrinin alınması zamanı ümumilikdə 30 erməni Ermənistan tərəfinə təhvil verilib: “Azərbaycan bir neçə dəfə bu kimi həbsləri həyata keçirib. Bir diversiya qrupunda 63 erməni var idi. Sonra Kəlbəcərdə bir neçə erməni hərbiçi həbs olundu. Onların hamısının fəaliyyəti ciddi araşdırılır və buna müvafiq qərarlar qəbul edir”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, əslinə qalsa, bu mina xəritələrinin Ermənistan tərəfdən Azərbaycan məhz bu şəkildə verilməsi özü çox böyük biabırçılıqdır: “Yəni həqiqətən də bu faktın özü onu bir daha sübut edir ki, beynəlxalq qanunlar və qaydalar işləmir və yekə-yekə Avropa təşkilatlarının rəhbər şəxslərinin verdikləri bəyanatlar da onların bivecliyindən, öz vəzifə səlahiyyətlərinin öhdəsindən lazımi şəkildə gələ bilməməsinin bariz nümunəsidir. Axı beynəlxalq hüquq və qanunlar onu tələb edir ki, 44 günlük savaşda ağır və sarsıdıcı məğlubiyyətə düçar olmuş Ermənistan qeyd-şərtsiz o xəritələri Azərbaycan tərəfə versin. Vermir və müxtəlif hoqqalardan çıxır. Azərbaycan da məcburiyyət qarşısında qalıb xəritələri əldə etmək üçün bütün mümkün olan və olmayan vasitələrdən istifadə edir. Əslində erməni terrorçuların ölkəmizdə çox qalması bizə zərrə qədər də sərf eləmir. Aramızda hüquqi razılaşma da yoxdur ki, biz o yaramazları Ermənistana qaytaraq və cəzalarını öz xarabalarında çəksinlər. Çıxış yollarından biri kimi biz həm işğaldan azad olunmuş ərazilərimizdəki minaların tez bir zamanda təmizlənməsi üçün bu vasitədən istifadə edirik”. Hərbi ekspert digər məsələyə də toxundu: “Mən o narahat vətəndaşlarımızın fikrini də bölüşürəm ki, biz erməni terrorçulara qarşı bir qədər fərqli və sərt davranmalıyıq. Amma bəzi incə məqamlar var. Məncə, hazırkı vəziyyətdə bizim bu addımdan istifadə etməyimizə hər hansı bir ciddi problem yoxdur. Yenə qeyd etmək istəyirəm ki, aysberqin görünən və görünməyən tərəfləri var”. Ü.Cəfərovun sözlərinə görə, Moskvanın bu dəfə işə qarışması bir qədər dərin səbəbləri olan məsələdir: “Keçən dəfə Rusiya ilə o qədər isti münasibətləri olmayan qonşu Gürcüstanın Amerika vasitəsilə ermənilərin geri qaytarılması məsələsində iştirakından narahat olduğu üçün bu dəfə daha tez tərpəndi desəm, yanılmaram. Əslində Rusiya bir çox işlərdə səmimi olsaydı, o, çox məsələləri tez həll edə bilərdi. Sadəcə, hələ ki şahmatda olan kimi çoxgedişli oyun nümayiş etdirmək istəyirlər. Bu isə bəzən uğurlu, bəzən də uğursuz olur. Yaxın günlərdə biz bir çox maraqlı hadisələrin şahidi olacağıq. İstər rəsmi Moskva ilə İrəvan arasında, həmçinin də İrəvanla bir neçə Qərb dövlətləri arasında güclü anlaşılmazlıqlar və narazılıqlar baş verəcək. Bunu demək üçün mənə Ermənistanın içərisində bir sıra daxili proseslərin gedişatı əsas yaradır. Necə deyərlər, o qədər də çox gözləməyə dəyməz. Bu ayın içərisində Ermənistanın siyasi səhnəsində maraqlı hadisələr baş verəcək”.
“Mina xəritələrinin alınması regionlardakı infrastruktur layihələrinin daha sürətlə həyata keçirilməsinə şərait yaradacaq”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat bildirib ki, Ermənistanın Füzuli və Zəngilan ərazilərində minalanmış ərazilərin xəritələrini qaytarması Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsidir.
Ehtiyatda olan polkovnik-leytenant Ədalət Verdiyev isə Yenisabah.az-a deyib ki, hələ də müəyyən qədər erməni saxlanılmaqdadır: “Lakin bu o demək deyil ki, saxlanılanların hamısı xəritələr qarşılığında qaytarılacaq”.
Bu arada Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib. Dərhal nazirliyin aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Ərazilərdə mina təhlükəsinin olması, göründüyü kimi, yanğınla mübarizəyə də problem yaradır...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2021, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-07-2021, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16