Separatçılar Qarabağdan qovulmalıdır - Başqa yolu YOXDUR!
“Erməniləri uzun illər hazırlaşdırdılar, gücləndirdilər və tarixi torpaqlarımızı işğal etdirdilər. Bu zir-zibillərin yenidən bizim ərazilərimizdə yaşaması və hansısa qurumlarının olması ziyanımızadır. Düşünürəm ki, havadarları yenə də onlara dəstək verəcək, hazırlaşdıracaq, gücləndirəcək və 20-30 ildən sonra bizim üçün bəlaya çevriləcəklər”.
Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Qarabağdakı erməni separatçılarından danışarkən deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi ilə işğalçılara ağır zərbə vurulub, düşmən kifayət qədər zərərsizləşdirilib, yerdə qalanları da qaçaraq canını xilas edib. Onun sözlərinə görə, bununla da 30 ildən sonra ədalət bərpa olunub:
“Bəli, biz bu müharibəni udduq, ərazilərimizi işğaldan xilas etdik. Bu böyük və ədalətli hadisə tarixdə qalacaq”.
Bununla belə “Haray, bu başdan”- məsələni xatırladan E. Məmmədov əlavə edib ki, indidən Qarabağdakı ermənilər məsələsində ciddi düşünməliyik. Onun fikrincə, erməni separatizminin tör-töküntüləri indidən Azərbaycan ərazisindən qovulmalıdır: “Yəni indidən müəyyən tədbirlər görməliyik ki, gələcək nəsillərimizə təhlükə yaranmasın.
Erməni xisləti ortadadır. Bu gün də Ermənistan bu qədər acı məğlubiyyətdən sonra özünü normal aparmır. Gah revanşist bəyanatlar verir, gah Ermənistan rəsmiləri qanunazidd açıqlamalar səsləndirir, Qarabağdan danışır, gah da əsassız ərazi iddiaları irəli sürürlər.
Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan ərazilərində Azərbaycanın dövlət süverenliyi, qanunu işləməlidir. Başqa cür ola da bilməz. Ermənilər əgər burada yaşamaq niyyətindədirsə, özlərini buna uyğun aparmalıdırlar”.
Deputat bildirib ki, Azərbaycan öz tarixi torpaqlarında hansısa cinayətkar-separatçı quruluşun olması ilə heç vaxt barışa bilməz və bu qondarma quruma qarşı anti-terror əməliyyatı keçirilməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-07-2021, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-07-2021, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti