"Qazağın 7 kəndi artıq boşaldılıb, yaxın müddətdə onlar təhvil veriləcək" - İDDİA
Qazax rayonunun Ermənistanın işğalı altında olan 7 kəndi yaxınlarda geri qaytarılacaq. Bu barədə politoloq Elçin Alıoğlu açıqlama verib. O iddia edib ki, Ermənistanın işğalı altında olan həmin 7 kənd tam boşaldılıb və yaxın müddətdə onlar da Azərbaycana təhvil veriləcək.
Qeyd edək ki, Ermənistan Qazax rayonunun 7 kəndini də 30 ildir işğal edib, bu kəndlər hələ də işğalda saxlanır. Qazağın kəndləri 1990-cı ilin əvvəllərindən işğal olunmağa başlanıb. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Dağlıq Qarabağdan 100 km-lərlə uzaqda yerləşən Qazax rayonunun kəndləri də 1990-cı illərin əvvəlindən artıq erməni işğalçılarının silahlı hücumlarına məruz qalırdı. Həmin dövrdə sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alındı. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qaldı. Rayonun milis şöbəsində cəmi 7 ədəd avtomat saxlanıldı ki, bu da güclü silahlarla təchiz edilən ermənilərin hücumlarının qarşısının alınmasını mümkünsüz edirdi. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaratdı.
Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. Qarabağ müharibəsinin ilk günlərindən çox əvvəl döyüşlərə hazırlıq görən Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tutur, evləri yandırır, mal-qaranı tələf edir və ya oğurlayırdılar. Ermənilərin ilk işğal etdiyi kənd sərhəddəki Bağanis Ayrım oldu.
Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşir və xüsusi strateji əhəmiyyətə malikdir. Düşmən sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal etdi. Əli silahlı ermənilər keçmiş sovet ordusunun hərbçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanis Ayrım kəndinə soxuldular. Martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olundu. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən qarət edilib. İşğal zamanı ermənilər bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıblar. Bu kəndin əhalisinin çox az qismi sağ qalmışdı.
1992-ci il martın 8-də isə Qazağın Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edilib. İşğal olunan 7 kəndin 7 mindən yuxarı əhalisi təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olub. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşıb. Onlar hələ də məcburi köçkün həyatı yaşayırlar.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı rayonlarımızı azad etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatdan sonra Ermənistanın Qazax rayonun sözügedən 7 kəndini Azərbaycana geri qaytarması məsələsinin tezliklə həll ediləcəyi gözlənilirdi. Lakin hələ ki işğalçı Ermənistan bu addımı atmayıb.
Əslən Qazax rayonundan olan politoloq Arzuman Abdulkərimov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Ermənistan bu kəndləri xoşluqla Azərbaycana təhvil verməsə, Azərbaycan Ordusu bu kəndləri də azad edəcək: “Qazax nə Qarabağ bölgəsidir, nə də orada ermənilər yaşamırdı və yaşamır. Buna baxmayaraq, Ermənistan Qazağın da kəndlərini işğal etdi. Bu da açıq-aşkar Azərbaycanın sərhədinin pozularaq ərazisinin işğalıdır. Ona görə də Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun tam hüququ var ki, sərhədimizin Qazax ərazisində Ermənistan tərəfindən pozulan hissəsini də kəndlərimizi azad edərək bərpa eləsin. Ordumuzun gücünü bilirəm. Qazağın işğaldakı 7 kəndini uzağı bir neçə günə azad etmək mümkündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2021, 10:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2021, 10:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16