Qarabağa GÖZ DİKMƏYİN: “Bizi daha qorxulu vəziyyət gözləyir” - İnstitut XƏBƏRDARLIQ ETDİ
Qlobal su çatışmazlığı problemi Azərbaycanda da kəskin şəkildə özünü biruzə verir. Xüsusi ilə son üç ildə Aran bölgəsində acınacaqlı durum yaranıb, bu rayonların sakinləri ilə yanaşı bütün canlılar susuzluq problemi ilə üz-üzə qalıb.
Qeyd edək ki, Azərbaycan su qıtlığına görə post-sovet məkanında dördüncü yerdədir.
Türkmənistan, Moldova, Özbəkistanın vəziyyəti isə daha acınacaqlı olmaqla onlar siyahının daha əvvəlki yerlərini tuturlar.
Cənubi Qafqazın 2/5 hissəsinin transsərhəd çay hövzələri ətrafında yerləşməsinə baxmayaraq, su ehtiyatları region dövlətləri arasında qeyri-bərabər paylanıb.
Azərbaycanın şirin suya olan tələbatının yalnız 30%-i daxili su ehtiyatlarının hesabına ödənilir, 70%-i isə qonşu ölkələrdə formalaşır ki, bunun da əsas hissəsini Kür və Araz çaylarının suları təşkil edir. Amma təəssüf ki, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının yalnız 10 %-i Azərbaycanın payına düşür. Vaxtilə ədalətsiz bölgü nəticəsində su ehtiyatlarının 62%-i Gürcüstanın, 28 %-i Ermənistanın payına düşüb.
Digər tərəfdən isə Türkiyə ərazisində quraqlığın şiddətlənməsi mənbəyini oradan götürən Kür və Araz çaylarında suyun səviyyəsinin daha da aşağı düşməsinə şərait yaradıb. Bu problemə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışlarında dəfələrlə toxunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar üzrə fəlsəfə doktoru, Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, dünyaya gələn hər bir uşaq hər gün ən azı 200 litr su istehlak edir:
“Azərbaycanın təqribən 35 faiz ərazisində əsasən yarımsəhra, quru iqlim şəraiti hökm sürür. Belə iqlim şəraitində su çatışmazlığının yaranması təbiidir və gün-gündən artacaq”.
Ənvər Əliyev bildirib ki, Azərbaycanda müasir dövrdə sudan istifadə ilə 1000 il əvvəlki istifadə arasında hər hansı bir fərq yoxdur:
“Həmin dövrdə də əkin sahələrinə suyu sellənmə formada vurub, gedib yatırdıq, səhər gedib bağlayırdıq, indi də. Azərbaycan hökuməti ən qısa zamanda sudan istifadə ilə bağlı plan hazırlamalıdır. Pərakəndə suvarma üsulu birmənalı şəkildə dayandırılmalıdır. Onilliklərdir ki, dünyada xüsusi suvarma üsullarından istifadə olunur. Bu üsullarda bitgilərə fərdi yanaşma əsas götürülür. Damcılama üsulu ilə bitginin kökün əsas kütləsinin cəmləşdiyi qatda nəmlik diapozunu yaradılır. Bu yarandıqda su avtomatik olaraq kəsilir. Taxıl, yonca kimi çoxillik bitgiləri sulamaq üçün yağış yağdırma üsulundan istifadə olunur. Qarpız, yemiş və digər bostan bitgilərinin kökünün qidalanma sahəsi gübrələrlə işlənlir və həmin sahələr müvafiq rütubət əmsalı ilə suvarılır. Bu zaman on dəfələrlə az su istifadə olunur. Yaxın bir neçə ildə bu işləri həyata keçirməsək, bizi daha qorxulu vəziyyət gözləyir”.
İşğaldan azad olunan ərazilərimizin zəngin su ehtiyatlarına malik olduğu məlumdur. Həmin ərazilərdən Kür-Araz ovalığına suyun çəkilməsi mümkündürmü?
“Qətiyyən, Qarabağın öz problemləri var” – deyən Ənvər Əliyev bildirib ki, təkcə Füzulu rayonunda yarım milyon hektara yaxın əkinə yararlı torpaq var:
“Bundan başqa orada emal müəssisələri mövcuddur. Yaxşı ki vaxtında orda “Xudafərin” və “Qız qalası” anbarları tikilib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2021, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2021, 13:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26