“20 gündən çoxdur ki, təqaüd ala bilmirəm” - GİLEY
Daxili İşlər Nazirliyinin Post Patrul xidmətinin keçmiş əməkdaşı, polis mayoru Məmmədov Arzu müayinədən keçsə də, təqaüd ala bilməməsindən şikayətçidir.
O, “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2005-ci ildə xidməti borcunu yerinə yetirən zaman xəsarət aldığı üçün ona III dərəcə ömürlük əlillik təyin olunub:
“11 iyun 2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin əyani müayinəsindən keçdikdən sonra mənə təqaüd verilməsi nəzərdə tutulsa da, 20 gündən çoxdur ki, təqaüdü ala bilmirəm”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova “Qafqazinfo”nun sorğusuna cavab olaraq qeyd edib ki, Məmmədov Arzu Sahib oğlunun əlilliyi 2016-cı ildə 5 il müddətinə e-sistem tərəfindən avtomatik uzadılıb:
“Qanunvericiliyə əsasən, şəxsin əlillik müddəti 16 fevral 2021 tarixində başa çatıb. Daha sonra Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən şəxsə dair e-sistemə forma 88 daxil edilib. Səhiyyə müəssisəsi tərəfindən göndəriş keyfiyyətsiz doldurulduğu, ağırlaşmaları təsdiq edən müayinələr və həkimlərin rəyi tam yazılmadığı üçün həmin forma 88 xəstəxanaya geri göndərilib.
Arzu Məmmədovun əlillik səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olduğu üçün o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi səbəblərlə əlaqədar şəxslərin əyani müayinəsinə dəvət ediləcək, şəxsin əlilliyi ilə bağlı müvafiq qərar məhz əyani müayinədən sonra veriləcək. Sistemə tezliklə məlumatlar yerləşdiriləcək. Ondan sonra vətəndaş bütün ödənişləri əldə edə biləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2021, 16:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2021, 16:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26