BDU şəhidin diplomunu niyə vermir? – Şəhidin anası prezidentə müraciət etdi
Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tərxan Zabit oğlu Qurbanovun anası Elmira Qurbanova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva, Təhsil naziri Emin Əmrullayev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə müraciət ünvanlayıb.
RegionXəbərləri.com Etikxeber.az-a istinadla xəbər verir ki, şəhid anasının müraciətində deyilir:
"Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elmira Qurbanova Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tərxan Qurbanovun anasıyam. Üç övladımdan biri, böyük övladım, böyük oğlum Tərxan 2015-2019-cu illərdə Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində təhsil alıb. Tərxan Universitetin sevilən tələbələrindən biri olub, daha çox müəllimlər və qrup yoldaşları arasında böyük hörmət qazanıb. 2019-cu ildə ali təhsilini başa vurduqdan sonra, 05.07.2019-cu il tarixində Ağcabədi rayonundakı hərbi hissələrdən birində hərbi xidmət keçib. İkinci Vətən Müharibəsi başlanan gündən, 27 sentyabrdan da döyüşlərdə olub.
Döyüş yolu da uzun və şərəfli olub. Fizulidən Xocavəndə, Xocavənddən Şuşaya qədər döyüş yolu keçib. Oğlum Xocavənd istiqamətində ağır döyüşlərdən birində, İkinci Vətən Müharibəsinin bitməsinə cəmi 4 gün qalmış-6 noyabr tarixində qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlib. Nəşini yalınız noyabrın 25-ində əldə etmək mümkünləşib və elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra Sizin sərəncamlarınızla "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Övlad acısı, övlad itkisi çox ağır və dözülməz olsa da, Tərxanımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, belə bir İgidin, Qəhrəmanın anası, valideyniyəm. Oğlum da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında baş əyirəm!”
Müraciətdə sonra deyilir:
"Cənab Prezident
Sizə müraciət etməkdə məqsədim odur ki, çox təəssüflər və əfsuslar olsun ki, Şəhidimin BDU-nu bitirməsindən iki il vaxt keçməsinə baxmayaraq, diplomunu hələ də ala bilməmişik. Bəlkə də oğlum, Şəhidim sağ olsaydı, bunu özümə dərd etməzdim, deyərdim ki, haçan olsa, alar. Amma 8 aydan çoxdur oğlum, Tərxanım yoxdur, gənc, cavan yaşlarında, ömrünün ən gözəl çağında canını Vətəni, Qarabağı yolunda fəda, Şəhid etdi. Onsuz keçən hər an, hər saniyə mənim, ailəmiz üçün böyük əzabdır, böyük acıdır. Özü sağlığında diplomunu görə, əlinə bircə dəfə olsun ala bilmədi, heç olmasa, diplomu bizə, ailəsinə verilsəydi, az da olsa, bizə təsəlli olardı, onunla təskinlik tapardıq, özümüzü ovudardıq.
Amma təəssüflər olsun ki, nə oğlum əsgərlikdə olan müddətdə, nə də Şəhidliyindən keçən 8 ayda diplomu bizə təhvil verilib. Hər dəfə də vədlər verilir, ancaq diplomun təhvil verilməsi düyünə düşür, mümkün olmur. Bu isə məni, ailəmizi, Şəhid ailəsini çox üzür, çox incidir. Ona görə Sizdən dönə-dönə və acizanə şəkildə xahiş edirəm ki, oğlumun diplomunun bizə-ailəsinə verilməsi ilə bağlı həm Təhsil Nazirliyinə, həm də BDU-ya tapşırıq və göstəriş verəsiniz. İnanıram və əminəm ki, belə də olacaq, dəstəyinizi əsirgəməyəcəksiniz, müraciətim nəzərə alınacaq, öz müsbət həllini tapacaq, Şəhidimin diplomu nəhayət, ailəsinə təhvil veriləcək. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, həm də Şəhid ailəsinə təsəlli, təskinlik verilmiş olacaq.
Öncədən dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, Azərbaycanımızı qorusun!".
Paylaş:
Müəllif : Fuad
Tarix:8-07-2021, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-07-2021, 11:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39