Nabrana turistlər NİYƏ GƏLMƏLİDİR AXI?.. - FOTOFAKT
Yay mövsümündə insanların ən çox axın etdikləri turistik zona Nabran, çimərlik isə Nabran çimərliyidir. Buraya respublikanın bütün bölgələrindən yerli turistlər gəlirlər. Sputnik Azərbaycan-ın əməkdaşı Nabranda olan zaman maraqlı hadisə ilə qarşılaşıb. O, dəniz kənarında həm insanların, həm də heyvanların birlikdə dincəldiyini görüb. Belə ki, insanların çimdikləri ərazidə itlər və inəklərin də gəzdiyini, qum üzərində yatdığının şahidi olub.
Təbii ki, bu hal orada dincələn turistləri narahat edir. Gədəbəy sakini Elmir Vəliyev yaranan vəziyyətin onlar üçün xoş olmadığını vurğulayıb:
"Biz uzun yol qət edib gəlmişik ki, dənizdə çimək, uşaqları quma basdıraq ki, müalicəvi xeyri olsun. Amma gördüyünüz kimi, heyvanlar ərazini batırıb. İstəyirik qumda uzanaq, gəzək, ayağımız mal, qoyun təzəyinə batır. Təzək olan yerdə həm pis qoxu olur, həm də təzəyə çoxlu milçəklər yığışır.
Bundan başqa, dünən şəhərdən gələn uşaqların heyvanlardan qorxub başqa əraziyə getdiyini də gördük. İnanırıq ki, bir də belə hallarla qarşılaşmarıq".
Məsələ ilə bağlı Nabran kənd icra nümayəndəsi Nəzakət İskəndərova ilə əlaqə saxladıq. O, bu məsələ ilə bağlı illərdir mübarizə apardığını, hətta özünün sanki çoban olduğunu bildirib.
"Heyvanları dəniz kənarına buraxan yerli sakinlər deyil, burada məskunlaşan məcburi köçkünlərdir. İllərdir mən mübarizə aparıram. Həm şifahi, həm də yazılı şəkildə xəbərdarlıq olunub. Amma heç bir nəticə yoxdur. Bununla bağlı rayon icra nümayəndəliyinə, polis şöbəsinə də yazılı şəkildə müraciət etmişəm. İnanın ki, bəzən olub ki, qapı-qapı gəzib insanları xəbərdar etmişəm ki, heyvanları buraxmaq olmaz. Hərdən özüm üçün "çobana döndüm" kimi ifadələr də işlətmişəm. Amma nə fayda?! İnsanlar bizi eşitmək istəmirlər", - Nəzakət xanım qeyd edib.
Onu da qeyd edək ki, bu vəziyyətdən yerli sakinlər də narahatdırlar. Çünki onlar evlərini kirayə verdikləri üçün buraya gələn turistlər dəniz kənarının təmiz olmaması səbəbindən yerlərini dəyişmək məcburiyyətində qalırlar. Bu da kənd sakinlərini narahat edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2021, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2021, 09:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti