“Bu barədə parlamentdə iclas çağırılmalıdır” - Nə amnistiya, nə əfv...
Qurtuluş gününə bir həftə qalır. Bu günlə bağlı əfv sərəncamının verilməyəcəyi dəqiqləşsə də, amnistiya aktının parlamentdə qəbul olunacağı barədə xəbərlər dolaşır. Hətta qarşıdakı günlərin birində bununla bağlı qanunverici orqanın iclasının çağırılacağı bildirilir.
Əslinə qalsa, ilk dəfə amnistiya anonsunu bir müddət öncə “Yeni Müsavat”da hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı vermişdi. O, əfvin olmayacağını bildirərək, amnistiyanın olacağını əminliklə söyləmişdi.
M.Qəhrəmanlı qəzetimizə açıqlamasında yenə də amnistiyadan söz açdı: “Hər şey amnistiya aktını parlamentdə təqdim edəndən daha çox asılı olur. Əgər hər zaman olduğu kimi, bu məsələni ölkənin vitse-prezidenti qaldırsa, o zaman hər şey olunmuş sayılacaq. Bildiyim qədəri ilə bu barədə parlamentdə iclas çağırılmalıdır. İnşallah, bu xəbər doğru olar. Təbii ki, bu, siyasi qərar olacaq. Ölkəmizin imicinin daha da artırılması baxımından çox önəmli qərar olardı.
Mehriban xanım hər zaman humanist addım atıb, bu dəfə ümid edirəm ki, belə olacaq. Novruz əfvindən sonra həbsdə qalan siyasi məhbusların azad olunması çox vacibdir. Amnistiyanın verilməsinə çox böyük ehtiyac var. Bu qərar yalnız siyasi məhbuslar üçün verilmir. Əfv bağışlamadır, amma amnistiya belə deyil. Lakin bu akta bağışlanmalı olan bir çox maddələr düşə bilər”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı: “Amnistiyaya düşən maddələr parlamentin iclasından keçməlidir. Ümid etmirəm ki, parlament ayın 15-nə kimi bu məsələyə baxıb hansısa bir qərar verəcək. Bilirsiniz ki, bu ilin martında böyük əfv sərəncamı verilib. Artıq o zamandan 3 aya yaxın müddət keçib. Belə bir qısa zaman kəsiyində əfvin olacağına, açığı, inanmıram. Amma AŞ PA-nın yaz sessiyasından sonra nəyəsə ümid etmək olar. Məsələn, avqust ayında əfv ola bilər. Amnistiyanın verilməsinə ehtiyac var. Hər halda, cəzaçəkmə müəssisələrində amnistiyanı gözləyən o qədər məhbus var ki. Onların ailələrinə qovuşmaları çox gözəl olardı. Amnistiyanın verilməsinin heç bir zərəri olmaz. Amma hansı maddələrlə amnistiyanın verilməsi çox mühümdür. Düşünürəm ki, hələ bu haqda danışmaq tezdir. Hər halda, avqustun sonları və ya sentyabrın əvvəllərində əfv gözləmək olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2019, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2019, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
Dünən, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
12-11-2024, 10:14
Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti -FOTOLAR/VİDEO
11-11-2024, 13:05
Trampın qələbəsindən sonra ailəsini öldürüb intihar etdi - ŞOK FACİƏNİN təfərrüatları
11-11-2024, 11:35