Müavinətlər və güzəştlər olacaq - Himayədar ailələri nələr gözləyir?
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni "Himayədar ailə" qayğı modelinin tətbiqi nəzərdə tutulur. Bu barədə bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, nazirlik tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işlərinə başlanıb.
"Himayədar ailə" modeli yaradılır...
"Himayədar ailə" modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir. Yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması məqsədilə nazirlik tərəfindən onlayn sorğu keçirilir. Hər kəs sorğuda iştirak edərək yeni "Himayədar ailə" qayğı modelinin tətbiqinə töhfə verə bilər.
1 sentyabr 2021-ci il tarixinədək keçiriləcək sorğuda iştirak üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://docs.google.com/forms/d/e/1FAIpQLSduBfWmSXLcTv1Dog_xVh0O_RKsn9zUB-E7E5CDrZuDnXqrgA/viewform
Sputnik Azərbaycan "Himayədar ailə" qayğı modelinin övladlığa verilmədən fərqini və üstünlüklərini araşdırıb.
Himayədar ailələrlə övladlığa uşaq götürənlərin fərqi nədə olacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Himayədar ailə" qayğı modelinin əsas məqsədi uşaqların ailə mühitində yetişdirilməsi, onlara ailə tərbiyəsinin verilməsidir. F.Ələkbərov deyir ki, "Himayədar ailə" qayğı modelində də prosedur mərhələləri övladlığagötürmə ilə eyni olacaq. Onun sözlərinə görə, övladlığagötürmədə olduğu kimi, "Himayədar ailə" qayğı modelində də uçot mərhələsi, təlim, müsahibə, qiymətləndirmə tətbiq ediləcək: "Övladlığagötürmədə bütün tələblər "Himayədar ailə" qayğı modelinə də aiddir. Çünki "Himayədar ailə" qayğı modelində də uşaqlar ailə mühitinə verilir, uşağın təhlükəsizliyi əsas prioritetdir. "Himayədar ailə" qayğı modelində himayədar namizədlərə tələblər övladlığa uşaq götürən valideynlərlə eynidir. Ən böyük fərq bundan ibarətdir ki, "Himayədar ailə"də olan himayəçi valideynlər uşağa müvəqqəti baxdıqları üçün onlara uşağın saxlanılması xərcləri veriləcək. Bu, bir növ xidmətdir. Bir sıra ölkələrin təcrübəsində "Himayədar ailə" qayğı modeli geniş yayılıb. Biz bu təcrübəyə baxsaq görərik ki, himayədar valideynlər uşağa o qədər bağlanırlar ki, onu övladlığa götürürlər. Ancaq ilkin olaraq bu müvəqqəti bir xidmətdir. Məqsəd ondan ibarətdir ki, uşaq ailəsindən ayrı düşmək riski anında uşaq müəssisəsinə yerləşdirilməsin. Çünki uşaq müəssisəsi arzuolunmaz qayğı tipidir", - deyə F.Ələkbərov bildirir.
"Himayədar ailə" modelinin yaradılmasının məqsədi...
Onun sözlərinə görə, himayədar valideynlər adi vətəndaşlardır. Onlar nazirliklə bağlanmış müqavilə əsasında uşaq öz ailəsinə qayıdanadək, yaxud da övladlığa verilənədək ona ailə qayğısı göstərməlidirlər. Şöbə müdiri bildirir ki, himayədar ailələrə verilən uşaqlara bu müddətdə nazirlik tərəfindən monitorinqlər təşkil ediləcək, uşağın saxlanılmasına nəzarət ediləcək.
F.Ələkbərov deyir ki, artıq dövlət uşaq müəssisəsinə düşmüş və düşmək riskində olan uşaqlar himayədar ailələrə verilə bilərlər. Onun sözlərinə görə, hazırda dövlət uşaq müəssisələrində 1500-ə yaxın uşaq var. Müəssisəyə düşmə riskində olan uşaqların sayını da buraya əlavə etdikdə statistika bir qədər də böyüyür: "Məqsəd odur ki, bizim böyük himayədar valideyn bazamız olsun ki, bu qədər uşaq ailə mühitində böyüyə, tərbiyə ala bilsin. Ancaq ilkin hədəf, yəni layihənin əvvəlində bu mərhələli şəkildə tətbiq ediləcək".
Himayədar ailələrə müavinətlər və güzəştlər tətbiq ediləcək
Şöbə müdiri deyir ki, himayədar valideyn məsələsi qanunvericiliyə salınmadığından, hələ ki, layihə olaraq sorğuya başlanılıb. Ona görə də bütün detalları indidən demək mümkün deyil.
Amma F.Ələkbərov bəzi məqamları açıqlayır. O söyləyir ki, başqa ölkələrin təcrübəsində himayədar ailələrə üç uşaqdan artıq verilməsi tövsiyə olunmur. Çünki bundan artıq himayəyə uşaq götürən ailədə ona qayğı, nəzarət baxımdan effektivlik azala bilər: "Hələ ki, "Himayədar ailə" qayğı modelində himayəyə götürüləcək uşaqların yaşı, onları himayəyə götürəcək ailələrə ödəniləcək məbləğlər müəyyənləşməyib. Bu məsələlər hələ ki, müzakirə mərhələsindədir. Burada əsas yanaşma ondan ibarətdir ki, ödəniləcək məbləğ uşağın xərclərini qarşılasın".
Nazirlik səlahiyyətlisi deyir ki, himayədar ailələrə ödəniləcək məbləğə görə sui-istifadə hallarının olmaması üçün valideyn seçimində qiymətləndirmə düzgün aparılacaq.
F.Ələkbərov deyir ki, himayədar valideynlərə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Onun sözlərinə görə, bu hansısa formada müavinətlərin verilməsi və sair güzəştlər ola bilər. Lakin bu məsələlər müzakirə olunur.
Bir ailə neçə uşaq himayəyə götürə bilər?
"Himayədar ailə" qayğı modelinin hələ ki, layihə olduğunu söyləyən şöbə müdiri deyir ki, sorğunun keçirilməsində məqsəd ölkədə mövcud durumu öyrənmək, himayədar ailə olmaq istəyənlərin hansı yaşda və cinsdə uşaqları götürmək istədiklərini, eləcə də dövlətdən bunun üçün hansı dəstəyi gözlədiklərini öyrənməkdir.
Hələ ki, himayəçi ailələrə hansı yaşda uşaqların veriləcəyi isə bəlli deyil. Həmsöhbətimiz deyir ki, əsas məsələ risk altında olanların himayəçi ailələrə verilməsidir.
F.Ələkbərov bildirir ki, "Himayədar ailə" qayğı modeli ilə bağlı layihə, himayədar ailə institutunun yaradılması məqsədilə 2020-ci ildə prezidentin uşaq strategiyası ilə bağlı imzaladığı fərmanından irəli gəlir: "Həmin fərmanda olan Tədbirlər Planında ƏƏSMN qarşısına himayədar ailə mexanizmini hazırlayaraq qanunvericiliyi təkmilləşdirmək qoyulub.
Bunun üçün Ailə Məcəlləsinə dəyişikliklər olunmalıdır. Bu zaman beynəlxalq təcrübə ilə yanaşı, yerli şərait nəzərə alınmalıdır. Çünki hər ölkənin öz adət-ənənəsi var", - deyə F.Ələkbərov bildirir.
"Himayədar ailə institutunun yaradılması vacib addımdır"
Azərbaycan Uşaqlar Birliyin sədri Kəmalə Ağazadə Sputnik-ə bildirib ki, himayədar ailə institutunun yaradılması vacib addımdır. O bildirir ki, himayədar ailə modeli inkişaf etmiş ölkələrin hər birində var. K.Ağazadənin sözlərinə görə, himayədar ailələrin sayəsində hər il xarici ölkələrdə nə qədər uşağın uşaq müəssisəsinə düşməsinin qarşısı alınır. Həmsöhbətimiz deyir ki, Azərbaycanda himayədar ailələrin yaradılması bir qədər çətin olsa da, mümkündür: "Bizim xalqımızın mentalitetində var ki, hansısa uşağa baxırlarsa, onu özününküləşdirsinlər. Belə düşünürlər ki, uşağa baxıb onun böyüməsinə dəstək olacaqlarsa, ona valideynlik hüququ onlara məxsus olmalıdır. Bəzən ehtiyat edirlər ki, qayğı və dəstək göstərdikləri uşaq böyüyəndə öz ata-anasının yanına qayıdar. Ona görə də himayədar ailə ilə bağlı insanlara məlumat vermək, himayədar ailə modelini yaratmaqda əsas məqsədin ailə qayğısından məhrum olmaq riski ilə üzləşən uşaqların uşaq evlərinə düşmə təhlükəsini önləmək məqsədinə xidmət etdiyi izah olunmalıdır. Ona görə də bu model işə düşənədək bunun təşviqi aparılmalıdır. Bəzən insanlar övladlığaverilmənin hansı qurumun səlahiyyətində olduğunu belə, bilmədiyindən, bizə bununla bağlı müraciət edirlər.
Güzəştlər mütləq olmalıdır...
K.Ağazadə deyir ki, himayədar ailələrə stimul verilməsi vacib şərtdir. Onun sözlərinə görə, sağlamlıq imkanı məhdud uşaqların uşaq müəssisəsinə düşməsinin qarşısının alınması üçün himayəçi valideynlərə ödənilən məbləğ və güzəştlər fərqli olmalıdır.
İndiyədək nə qədər uşaq övladlığa verilib?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığagötürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov Sputnik-ə açıqlamasında bildirib ki, 01.11.2019-cu il tarixindən indiyədək - 74 uşaq övladlığa götürülüb. Onlardan - 34-ü oğlan, 34-ü qızdır. Övladlığa götürülən uşaqların 38-i 0-3 yaş, 31- uşaq 4-11 yaş - 31 uşaq, 5 uşaq isə 12 -18 yaş arasındadır.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 10-da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" alt sistem yaradılıb. 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Noyabrın 1-dən övladlığagötürmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə keçib. Məlumat üçün onu da bildirək ki, övladlığa uşaqların verilməsində bu tarixədək üç qurum iştirak edirdi. Bunlar Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi idi. Hazırda bu prosesi ƏƏSMN icra edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2021, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2021, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19