Şuşa rayonunun sabiq polis rəisindən Prezidentə İLGİNC MÜRACİƏT - "...xarici səfirləri Şuşada qəbul etsin"
“Səfirləri Şuşa səfərinə qatılmaqdan imtina edən məlum 3 dövlət: Rusiya, ABŞ və Fransa XX əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına saxta “Ermənistan” dövlətini qondaranlar olub. Rusiya XVIII-XIX əsrlərdən erməniləri xaricdən Qarabağa, Zəngəzura, Naxçıvana, Bakıya, Gəncəyə və s. toplayıb. ABŞ və Fransa isə Osmanlı dövləti ərazisində erməniləri qızışdıraraq süni “erməni məsələsi” yaradılması, “Daşnaksütyun” , “Qnçak” və s. terrorçu partiyaların, sonra da ifrat terrorçu “ASALA”-nın-filanın formalaşmasında böyük rol oynadılar”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Rusiya, ABŞ və Fransa səfirlərinin xarici diplomatların son Şuşa şəhərinə səfərinə qatılmamasına münasibət bildirərkən hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki, Şuşa rayonunun sabiq polis rəisi Sadir Məmmədov ifadə edib.
“Bilirsiz ki, 1992-1994-cü illərdə bünövrəsi qoyulmuş ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu təsis olunarkən ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1997-ci ildən isə ABŞ, Fransa da özlərini Minsk Qrupunun Həmsədryiyinə pərçim etdilər. İsveç kənarlaşdırıldı və yalnız üçü qaldı: Rusiya, ABŞ və Fransa. Bunların 23 illik fəaliyyəti açıq şəkildə göstərdi ki, onlar Ermənistanı müdafiə edərək onun Qarabağı işğalına hüquqi don geydirilməsi üçün bu qurumun sədrliyinə soxulublar. Azərbaycan dövlətinin gərgin müqaviməti sayəsində onlar öz niyyətlərinə çata bilmədilər. Amma nəticədə, təbii ki, Qarabağın Azərbaycana qaytarılması istiqamətində də heç bir iş görmədilər” – deyən həmsöhbətimiz sözügedən 3 ölkə səfirinin Şuşaya getməməsindən heç də pəjmürdə olmamağa çağırıb.
“ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməməsi Azərbaycan dövlətinin, xalqının Qarabağ mübarizəsində heç nəyi dəyişən deyil. Onsuz da biz Yuxarı Qarabağın qalan ərazisinin də rəsmən nəzarətə götürməkdən ötrü mübarizəmizi davam etdirəcəyik. Şuşaya Ali Baş Komandanımız İlham Əliyevlə bərabər dünyanın nəhəng, nüfuzlu, sözükeçən liderlərindən biri olan Rəcəb Tayyib Ərdoğanın getməsi artıq hər şeyi həll edib. Odur ki, bundan məyus olmağa dəyməz. İkincisi də, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun təklifini mən də dəstəkləyirəm: bu 3 ölkənin səfirləri ilə də, həmin həmsədrlərlə də bütün fəal ünsiyyəti kəsmək, onları vacib dövlət tədbirlərindən kənarlaşdırmaq lazımdır. Üçüncüsü də, cənab Prezidentdən xahiş edərdik ki, bir müddət, sınaq üçün xarici səfirləri Şuşada qəbul etsin. Onda hamısı quzu kimi gələcək” - deyə Sadir Məmmədov vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-07-2021, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-07-2021, 14:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07