reklam
Regionxeberlericom.az » Sosial » Ağcabədi sakinləri NƏDƏN NARAZIDIR? - Vətən Savaşından 9 ay keçsə də...

reklam

Ağcabədi sakinləri NƏDƏN NARAZIDIR? - Vətən Savaşından 9 ay keçsə də...



Vətən müharibəsindən sonra zərər görmüş evlərin təmiri, tamamilə dağılmış evlərin isə yenidən tikilməsi üçün dövlət büdcəsindən pul ayrılıb və bu yöndə işlər aparılır.

Yenicag.az xəbər verir ki, zərər görmüş evlərin təmiri yönündə işlər görülsə də, ciddi problemlərin qaldığı, insanların süründürməçiliyə salındığı, aylardır qonşu evində yaşamağa məcbur olduğu yerlər də mövcuddur.

Məmurların vətəndaşı incidib, ailələrin qapılarda qalmasına səbəb olan rayonlardan biri də Ağcəbədi rayonudur. Ağcabədi rayonu Qaraxanlı kəndində Quliyev Aqil Ramazan oğluna məxsus ev raket zərbəsi nəticəsində yararsız hala düşüb. 17 oktyabr 2020-ci ildə Aqil Quliyevin evinə raket düşüb. Mərmi evin damından girərək, evin içərisində partlayıb. Nəticədə bir otaq tamamilə dağılıb, mətbəx, hamam və digər otaqlar yararsız hala düşüb. Zərbənin gücündən evin bünövrəsi də dağılıb.

Aqil Quliyevin sözlərinə görə, evinə mərmi düşən gecə kənddə olmayıblar:

“Müharibə vaxtı ailəmi kənddən çıxarmışdım. Qonşularla hər gecə mərminin düşdüyü otaqda yatırdıq. Həmin gün ailəmə baş çəkmək üçün getmişdim. Gələndə evin dağıldığını gördüm. Əgər kənddə olsaydım, indi mənimlə birlikdə digər qonuşlar da, həlak olardı”.

Müharibədən sonra zərər görmüş evlər təmir edilməyə başladı. Açığı bir çox yerdə təmir-tikinti işinin aparıldığının da şahidi olduq. Maraqlısı ondadır ki, Aqil Quliyevin evi hələ də gözləməkdədir:

“Müharibədən sonra min manat pul verildi. O pul kəndimizin demək olar 70 faizinə verildi. Məsələ ondadır ki, müharibədən 9 ay keçib, hələ də gəlib evi təmir etmirlər. 5 azyaşlı uşaqla qonşuda yaşayırıq. Adam adamın evində 3 gün, 5 gün, lap bir ay qalar. Biz 9 aydır qonşunun evində qalırıq. Bütün qurumlara müraciət etmişəm. Ağcabədi Rayon İcra Hakimiyyətindən deyirlər ki, nə vaxt növbə çatacaq, onda düzələcək. Elə evlər var ki, çox kiçik zərər dəymişdi, onu təmir etdilər, nədənsə mənim evimi gözləmədə saxlayırlar. Hamısı rüşvətdir! Pul ver, gəlib evini tikib versinlər”.

Aqil Quliyevə müxtəlif vaxtlarda 3 dəfə müxtəlif fərqli rəqəmlər təklif ediblər:

“İlk dəfə 3 min 700 manat pul təklif etdilər. Daha sonra 5 min manata yüksəltdilər, yaxın günlərdə isə 6 min manat pul təklif edirlər ki, evimi özüm təmir elətdirim. Əgər dövlət 3 700 manat pul ayırıbsa, niyə hər keçən gün məmurlar vəsaiti qaldırır? Özüm ustayam. Evimə dəyən zərər 10 min manatdan çoxdur. Mən heç kimdən pul istəmirəm. Gəlib evimi təmir etsinlər, əvvəlki vəziyyətinə gətirsinlər, başqa heç nə lazım deyil. Qonşu Bakıda yaşayır, hər yay kəndə istərahət üçün gəlirdilər. Bu dəfə gəldilər, gördülər qala bilmirlər, getdilər. Mən nəyə görə 9 ay qonşu evində qalmalıyam? Adamlar tanıyıram ki, məmurlara rüşvət verib, mühribədən zərər görməmiş evini təmir etdirir. Mənim dağılmış evimsə, göz önündədir”.

Ümumiyyətlə, bir çox yerlərdə yerli məmurlar müharibədən zərər görmüş evlərin təmiri ilə bağlı vətəndaşları incidirlər.

Mövzuya qayıdacağıq…



Paylaş:


Müəllif : Tarix:
14-07-2021, 09:26
Sikayət   


loading...
Загрузка...