Vasif Qafarovu bağışlamaq yoxdur - QALMAQAL
İrəvan şəhərinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsinə dair AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun 19 və 26 iyun 2020-ci tarixlərində “Space” televiziya kanalının “Sadə həqiqətlər” verilişindəki müsahibələri geniş ictimai-elmi dairələrin kəskin etirazına səbəb olmuşdu. V.Qafarovun ilk proqramda “İrəvanın ermənilərə verilməsi” ilə bağlı səsləndirdiyi mübahisəli fikirlərə və sərgilədiyi tarixi faktlara bir qrup tarixçi-alim və ziyalı sərt münasibət bildirmiş və iddiaların əsassız olduğunu bəyan etmişdilər. Bundan sonra ikinci dəfə efirə dəvət olunan tarixçi Vasif Qafarov 4 tanınmış alimin - Solmaz Rüstəmova-Tohidi, Qulu Məhərrəmli, Firdovsiyə Əhmədova və Boran Əzizin ünvanına təhqiramiz fikirlər səsləndirib. Alimləri “yarımçıq tarixçilər”, “savadları çatmır”, “Milli Şuranın ştatdankənar üzvləri”, “İrəvanı Azərbaycan torpaqları saymayan”, “onun ermənilərə verilməsinə haqq qazandıran”, nəhayət “Vətənə, dövlətə xəyanət edən” şəxslər adlandırıb. Tarixçilərə qarşı siyasi və hüquqi xarakterli ittihamlar irəli sürüb. Adları zikr olunan tarixçi-alimlər həmin ilin iyul ayında Vasif Qafarovu ittihamlardan dolayı üzr istəməyə dəvət ediblər. Əks halda onu məhkəməyə verəcəklərini bildiriblər.
Üzrxahlıq edilmədiyindən 9 oktyabr 2020-ci il tarixində Nəsimi rayon məhkəməsində tarixçi Vasif Qafarov barəsində iddia qaldırılıb. Dörd nəfər tarixçi-alim məhkəmədən V.Qafarovun onların barəsində işlətdiyi ifadələrin böhtan, təhqir və işgüzar nüfuzu zədələyən məlumatlar kimi tanınmasını və iddiaçılardan üzr istəmək öhdəliyinin qoyulmasını istəyiblər.
Öz növbəsində Vasif Qafarov da “vicdansızcasına iddia tələbi irəli sürüldüyü” (bütün sənədlərdə belə göstərilib - red) üçün sosial şəbəkələrdə təhqir edilməsi ittihamı ilə qarşılıqlı iddia qaldırıb. Tarixçilərin məhkəmə çəkişmələrində pandemiya ilə bağlı fasilələr yaranıb və iddiaçıların vəkili Adil İsmayılov dünyasını dəyişib. Alimlər yeni vəkildən imtina etmək qərarına gəliblər və iddia ərizəsi məhkəmə linqvistik ekspertizaya göndərilib. Bunun ardınca 3 məhkəmə iclası keçirilib. Nəhayət, Nəsimi rayon məhkəməsi dörd nəfər tarixçinin ünvanına işlədilən ifadələrin heç birini “böhtan, təhqir və işgüzar nüfuzu zədələyən, şərəf və ləyaqəti alçaldan məlumatlar” kimi tanımayıb, yəni iddia təmin edilməyib. Eyni zamanda Vasif Qafarovun da qarşılıqlı iddiası rədd olunub və qətnamə verilib.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi feysbuk profilində məhkəmənin gedişatına və qətnamənin ona aid hissəsinə kəskin etirazını bildirib. Tarixçi-alim vurğulayıb ki, V.Qafarovun qarşılıqlı iddia ərizəsində, eləcə də ekspert rəyində və məhkəmə qətnaməsində ifadələrin konkret olaraq onlara deyil, “qeyri-müəyyən şəxslərə” ünvanlandığı qeyd olunub:
“Ortada sübut kimi həmin verilişin videosu və onun yazılı mətni olduğu halda, V.Qafarov bütün bu dediklərini həyasızcasına dansa də, lakin şəxsən mənə qarşı irəli sürdüyü ittihamların sonadək üstündə durur. Mənim 1918-ci il mart hadisələrini “kütləvi qırğınlar” adlandırmaqla guya onları “soyqırımı” hesab etmədiyim kimi sərsəm bir fikir israrla məhkəmənin nəzərinə çatdırılır. Mən bu səbəbdən inadla “Vətənə, dövlətə, xalqa xəyanətdə” ittiham olunurdum. Bu, çox ciddi məqamdır və ayrıca olaraq araşdırılmasına ehtiyac var. Məhkəməyə ekspert rəyi vermiş Hümmət Vəliyev ədliyyə müşaviridir. Bu şəxsin dövlət məmuru olduğu halda müstəqil ekspert qismində çıxış etməsinin doğurduğu sualı, eləcə də verdiyi rəyin sanki Vasif Qafarovun vəkili tərəfindən yazıldığı kimi ümumi təəssüratı kənara qoyar. Əsasən, rəyçinin aşağıdakı mühakiməsinə diqqət yetirək: “V.Qafarov Azərbaycanda 1918-ci ildə ermənilər tərəfindən törədilmiş faciəni “soyqırım” termini ilə adlandırmadığı üçün Solmaz Tohidini Azərbaycana ən böyük xəyanət edən, İrəvanın ermənilərə verilməsi ilə bağlı tarixi faktları inkar edənləri isə “Vətən xainləri” adlandırmaqla tarixçinin mənəvi məsuliyyətinə istinad edir. Həmin sözlər müsahibənin ümumi kontekstində təhqir məqamında deyil, özlərinə olan etimaddan sui-istifadə edərək Vətəninə, xalqına dönüklük, etibarsızlıq etmək, aldadıcı mövqedə durmaq, bel bağlanıla bilməyən şəxslər kimi mənalarda işlənmişdir”. Ekspert, özü V.Qafarovun ünvanımıza səsləndirdiyi “Vətən xaini”, “Dövlətə, xalqa xəyanət” kimi ittihamlarına “özlərinə olan etimaddan sui-istifadə edərək Vətəninə, xalqına dönüklük, etibarsızlıq etmək, aldadıcı mövqedə durmaq, bel bağlanıla bilməyən şəxslər” kimi izahlar verir və sonra bunları heç təhqir də saymır?! Bu nə məntiqdir? Bunu necə anlayaq?”.
Solmaz Rüstəmova-Tohidi bildirib ki, bütün sənəd və şəkilləri məhkəməyə təqdim etsə də, hakim Natavan Tağıyeva tərəfindən hər hansı reaksiya verilməyib, ona heç bir dəqiqləşdirici sual-filan da verilməyib: “Bəzən onun məni və həmkarlarımı dinlədiyinə, məhkəmənin gedişinin onu ümumiyyətlə maraqlandırdığına şübhəmiz yaranırdı. Vasif Qafarova hər vəchlə bəraət qazandırmaq məqsədilə istənilən qanunu və ya halı istədiyi kimi şərh edən hakim N.Tağıyeva ünvanımıza səsləndirilən ifadələrin “təhqir, böhtan, işgüzar nüfuzu zədələyən” xarakterini danaraq onları “fikir və söz azadlığı” kontekstində qiymətləndirdi”.
Məhkəmədə iddia qaldıran tarixçi-alim Boran Əzizli “Şərq”ə açıqlamasında hakimdən və qətnamədən narazılıq edib. Tarixçinin sözlərinə görə, hakimin tərəfkeşliyi ilk gündən bəlli oldu:
“Məhkəmə hakiminin respublikada tanınmış nüfuzlu alimlərə qarşı söylənilən ittihamları və təhqirləri müdafiə etməsi çox acınacaqlı haldır. Hakimin ədalətsiz mövqe tutması bizi məyus etdi. Ekspert qismində rəy verən adamdan daha çox narazı qaldıq. Çünki ekspert hesab edir ki, ünvanımıza söylənilmiş həmin ifadələr təhqir sayılmır. Əgər o ifadələr təhqir deyilsə, o zaman biz də həmin sözləri ona aid edirik. Solmaz xanımın fikirləri ilə tamamilə razıyam. Məhkəmə sisteminin birtərəfli olması barədə çox eşitmişdik. Güman edirdik ki, ölkədə hər sahədə gedən dərin islahatlar məhkəmə-hüquq sisteminə də sirayət etmiş olar. Əfsuslar olsun ki, məhkəmələrin dəyişmədiyinin şahidi olduq. Əmin olduq ki, məhkəmə sisteminə ciddi əl gəzdirmədən ölkədə aparılan islahatlara kölgə düşəcək”.
Alim vurğulayıb ki, yuxarı instansiyalara müraicət etməklə bağlı məsələ hələlik müzakirə müstəvisindədir:
“Sözün açığı, aşağı məhkəmələrdəki vəziyyəti görəndən sonra ümumi məhkəmə sistemi haqqında mənfi təsəvvürümüz formalaşdı. Ümumi məsləhətləşmələrdən sonra yekun qərarımızı verəcəyik. Biz həmin gənci (tarixçi Vasif Qafarovu nəzərdə tutur –red) bağışlamaq niyyətindəydik. Çünki möhtəşəm Qələbə yaşamışdıq və hətta cinayətlər törətmiş düşmənimizi, erməniləri belə əfv edirdik. Amma gözləyirdik ki, o şəxs üzrxahlıq bildirəcək, söylədiklərinə görə peşmanlığını ifadə edəcək. Təəssüf ki, ondan belə bir addım görmədik. Əksinə, iddialı, yersiz və özündən razılıq əlamətləri gördük”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09