Qafqaz Müsəlmanları İdarə Qurban bayramı ilə bağlı FƏTVA VERDİ
Qafqaz Müsəlmanları İdarə Qurban bayramı ilə bağlı fətva verib.
Fətvada deyilir ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – “Eyd-ül-Əzha” – Qurban bayramı müqəddəs Qurani-Kərimdə Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Ayeyi-şərifdə buyurulur ki: «Rəbbin üçün namaz qıl və qurban kəs!» («əl-Kövsər» surəsi, 2). Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na – Miladi təqvimlə 20 iyul tarixinə təsadüf edəcək. Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilmişdir. Bununla bağlı, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarını və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik edir, onlara dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah əməllərinə görə minnətdarlığımızı bildiririk.
Bu il Qurban bayramını xalqımız Zəfər abı-havasında qarşılayır. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində qəhrəman əsgərlərimizin şücaəti, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar Haqq işimizdə qələbəni bizlərə nəsib etdi. Vətəni sevmək imandandır. Peygəmbərimizin (s) hədisi-şəriflərdə buyurduğu kimi, haqq yolunda, Vətən torpağı uğrunda şəhid olanlar, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalmışlardır. Allah Vətən uğrunda, bu şanlı zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin! Amin!
Bu ilki Qurban bayramını dünyada hələ də davam edən pandemiya şəraitində qarşılayırıq. Müqəddəs Həcc ziyarəti bu il də təxirə salındı. Dualar edirik ki, pandemiya tezliklə başa çatsın, bütün niyyətində olanlar müqəddəs məkanları ziyarət edə bilsinlər, inşallah.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramına dair aşağıdakı tövsiyələrini çatdırır. Bildiririk ki, qurban kəsmək, əsasən, Məkkədə zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə ola bilər. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib, dövlət tərəfindən xüsusi ayrılmış yerlərdə icra edəsiniz. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin paytaxt Bakı və onun ətrafı, habelə ölkə bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcəkdir. Kəsim məntəqələrində şəriət qaydaları ilə əlaqədar ortaya çıxa biləcək hər-hansı məsələlərlə bağlı QMİ-nin yerlərdəki nümayəndələrinə müraciət oluna bilər. Həmin məkanlarda fərdi qaydada Qurban kəsmək istəyənlər üçün də şərait yaradılacaqdır.
Bununla bağlı, dini mərkəz olaraq, bizə ən çox ünvanlanan suallara aydınlıq gətirmək istərdik. Sualların böyük qismi Qurban bayramında qurbanlıq heyvanların sifariş olunma və kəsilmə yerləri ilə bağlıdır. Vətəndaşlar qurbanlıq heyvanları xüsusi ayrılmış kəsim məntəqələrində əldə edə və oradaca kəsimini həyata keçirə bilərlər.
Qurbanlıqların əvvəlcədən sifariş edilməklə satış şəbəkəsindən alınması ilə bağlı suallara cavab olaraq bildiririk ki, müvafiq infrastuktura malik olan satış şəbəkələrinin belə sifarişləri qəbul etməsi nəzərdə tutulur. Sifarişlər onlayn qaydada da həyata keçirilə bilər. Qurban bayramı günü sifarişçilərin istəyinə uyğun olaraq qurbanlıq heyvanların sifariş yerində birbaşa təhvil almaları və yaxud kəsilmiş heyvanların sifarişçinin ünvanına çatdırılması nəzərdə tutulur. Bildiririk ki, bu, şəriət qaydalarına zidd deyildir. Belə ki, sifariş və satış məntəqələrindən asılı olmayaraq bütün heyvanlar baytar nəzarəti altında kəsiləcəkdir.
Əziz həmvətənlər! İnsаnı öz Yаrаdаnınа yахın edən Qurbаn bаyrаmının sevincini ehtiyacı olan sоydаşlаrımızа yаşаtmаq, özəlliklə pandemiya şəraitində mаddi sıхıntı çəкən insanlara yardım etmək Аllаhа хоş gedən əməllərdəndir. Qurban kəsməyə imкаnı оlmаyаnlаrın Qurbаn günü ibadət və duaları Allah-Təala yanında savab əməllərdəndir. Bu tövsiyələr pandemiya dövründə yaranmış xüsusi karantin qaydalarına əməl olunması və insanların sağlamlığının qorunması məqsədilə təqdim olunur. Şəriətə uyğun olaraq Qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 20 və 21-də məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşa-Allah.
Bir daha xalqımızı bu bayram münasibətilə təbrik edirik. Аllаh-Təаlа insаnlаrın mənən sаflаşmаsı və həmrəyliyinə nail olması məqsədilə qərаr verdiyi bu bаyrаm günlərində кəsdiyiniz qurbаnlаrı qəbul etsin, Uca Yaradan xalqımızı, dövlətimizi, bütün bəşəriyyəti bəla və xəstəliklərdən hifz etsin! Аmin!
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 11:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16