“Delta” proqnozu təsdiqini tapan dosentdən zamanla bağlı YENİ AÇIQLAMA
Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni ştammlar bütün dünyada ciddi narahatlıq doğurur.
Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
Hələ günlər öncə virusun “Delta” ştammının Azərbaycana nə vaxt gələcəyi barədə Cebhe.info-nun sualına cavabında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm ştammının artıq Azərbaycana gəldiyini iddia etmişdi.
Virusun Azərbaycana necə gəlməsi barədə danışarkən mütəxəssis hazırda virusun yeni ştammının yayıldığı xarici ölkələrindən Azərbaycana uçuşların həyata keçirildiyini, insanların gəldiyini əsas gətirmişdi.
Görünən odur ki, iddia təsdiqini tapıb.
Sözügedən açıqlamadan sonra ötən gün ölkəmizdə “Delta” virusu rəsmi olaraq təsdiqlənib. Koronavirusun “Delta” ştammının rəsmi təsdiqindən sonra Azərbaycanda epidemioloji vəziyyətin gedişatının necə olacağı müzakirə mövzusudur.
Ədalət Rüstəm Cebhe.info ilə növbəti proqnozlarını bölüşüb:
““Delta” proqnozu rəsmi təsdiqini tapdı. Ştammlar arasında indilik ən təhlükəlisi “Delta”dır. “Delta” ştammı klassik COVİD infeksiyasından yoluxuculuq qabiliyyətinin tez, və inkubasiya dövrünün olduqca qısa olması ilə fərqlənir. Klassik COVİD infeksiyasında inkubasiya dövrü 2 həftəyə qədər idi, amma “Delta”da bu 1 həftəyədək təşkil edir. Yoluxuculuq qabiliyyəti isə 50-60 % çoxdur. “Delta” ştammının təsdiqlənməsilə ölkəmizdə virusa yoluxma rəqəmləri təbii ki, artacaq. Yoluxma rəqəmləri artdıqca ölüm hallarında da artım günbəgün müşahidə olunacaq. Ümumilikdə “Delta” ştammına əhali arasında yoluxmada fikrimcə lap böyük fərq olmayacaq. “Delta” və digər ştammların insanlar arasında kütləvi şəkildə yayılma sürəti isə havaların dəyişməsilə özünü göstərəcək. Havalar hələ istidir, virus sentyabr ayının axırları, oktyabr ayının əvvələri, yəni havalar soyuyan kimi statistikada özünü biruzə verəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 11:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16