reklam
Regionxeberlericom.az » Sosial » Bölgələrdə özəl məktəblər niyə yoxdur? – “2,5-4 milyon manatadək vəsait lazımdır...”

reklam

Bölgələrdə özəl məktəblər niyə yoxdur? – “2,5-4 milyon manatadək vəsait lazımdır...”



"Özəl təhsil müəssisəsindən vergi alınması absurd və gülüncdür. Çünki özəl təhsil müəssisələri dövlətin görməli olduğu işi görür”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən 34 özəl orta məktəbdən 28-nin Bakıda, yəni 82 faizinin paytaxtda yaradılmasına münasibət bildirərkən, təhsil eksperti Kamran Əsədov deyib:

"Azərbaycanda tədris göstəricilərinin keyfiyyəti baxımından özəl orta məktəblərin nəticələri dövlət müəssisələrilə müqayisədə daha yaxşıdır. Bunun əsas səbəbi kommersiya marağı olsa da, həmçinin iş sistemində bir sıra peşəkar kompetensiyaların yoxlanılmasıdır”.

Ekspert qeyd edib ki, xidmət haqqının kifayət qədər yüksək olması, vergi güzəştlərinin olmaması bölgələrdə özəl orta məktəblər açmağa imkan vermir:

"Bakıda ən ucuz özəl məktəbdə təhsil haqqı illik 6 min manatadır. Rayonlarda bu tip məktəblər ona görə yaradılmır ki, onların fəaliyyət göstərmələrinə imkan verən vergi güzəştləri tətbiq edilmir, torpaq sahəsi ayrılmır. Belə məktəblərin rayonlarda da olması üçün böyük vəsaitlərə ehtiyac var. Nazirlər Kabinetinin özəl məktəblərin açılması ilə bağlı 171 saylı qərarında nəzərdə tutulan tələbləri yerinə yetirmək üçün böyük investisiya tələb olunur. Bir belə məktəbin açılması üçün 2,5-4 milyon manatadək vəsait lazımdır. Ona görə də indiki vəziyyətdə rayonlarda belə özəl müəssisələrin yaradılması rentabelli deyil, xərclər kifayət qədər çoxdur”.

Həmsphbətimiz hesab edir ki, dövlət rayonlarda özəl məktəb açmaq istəyən subyektlərə subsidiya ayırmalı, onları vergidən azad etməlidir:

"Özəl məktəblərdə kommunal xərclər 2-3 qat artıq qiymətlə hesablanılır. Bu sahədə də onlara aşağı qiymətlər tətbiq edilməklə güzəştlər olunmalıdır. Bu kimi addımlar atılsa, xidmət haqqı aşağı olar və rayonlarda da daha çoxsaylı özəl orta məktəblər açılar”.


Paylaş:


Müəllif : Tarix:
14-07-2021, 12:21
Sikayət   


loading...
Загрузка...