Qazimiz Ankarada çətin durumda - Bakıda səhv müalicə ediblər - Fotolar
Qarabağ qazisi, baş leytenant "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medallar alan Cahangirli Habil Həzər oğlu həkim səhvi ucbatından ölüm ayağındadır.
RegionXəbərləri.com xəbər verir ki, o, Bakıda “German” hospitalda əməliyyat olunub. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşib. Ailə üzvləri məcbur qalıb onu, Ankaraya aparıblar. Hazırda Hacettepə xəstəxanasının reanimasiya şöbəsindədir və ağır müalicə proseduru keçir.
İşin acınacaqlı tərəfi odur ki, qazinin nə Bakıdakı əməliyyatına, nə də ki, Ankaradakı müalicəsinə heç bir dəstək göstərilməyib. Hazırda qazimizin vəziyyəti kəskin şəkildə ağırdır, ona ciddi müalicə lazımdır.
Bakupost.az-ın Ankarada səfərdə olan əməkdaşı Çingiz Özgür Habil Cahangirlinin müalicə olduğu xəstəxanaya baş çəkib.
Onun qazimizin real vəziyyətini bütünlükdə əks etdirən yazısını təqdim edirik:
“Bura Ankaradır. Bizə ən yaxın olan, qardaş deyib kürək söykədiyimiz ölkənin, Türkiyənin paytaxtı. Kimisi bura məmur şəhəri deyir, kimisi Türkiyənin qəlbinin döyündüyü, nəyinki bu ölkə üçün, böyük bir coğrafiya üçün taleyüklü qərarların verildiyi şəhər, kimisi də dünyanın ən gözəl, ən sakit şəhəri. Hamısı, hətta bundan əlavə deyiləcəklər belə doğru təsbitdir. Mənimçünsə, bütün bunlardan başqa bir tərəfi də var - ən böyük xəstəxanaların, ən səviyyəli tibb elm ocaqlarının olduğu şəhər- "Səhhət və şəfa şəhəri"
Təkcə mənimçünmü? Təbii ki, xeyr. Azərbaycanın ən ali səviyyədən, ən yüksək dövlət postları tutan liderlərlərindən, ən sadə insanlarına qədər, minlərlə insan bu şəhərə şəfa üçün, sağlamlıq üçün üz tutub. Biz də onlardan biriyik. Bir müddətdir ki, ailə üzvümün səhhətindəki ciddi problemlə bağlı Ankaradayıq. Çox şükür ki, problem həllini tapmağa doğru gedir. Bu ayrı məsələ...
30 ildən çox çəkən Vətən Müharibəmizin ilk günündən bu günə kimi, öz sağlamlığını Vətənə qurban vermiş yüzlərlə soydaşımız Türkiyənin müxtəlif yerlərində, ən çox da Ankara xəstəxanalarında müalicə alıb, sağlıqlarına qovuşublar. Həmişə Ankarada olanda, buradakı dostlardan hansısa xəstəxanada bir qazimizin müalicə aldığını duymuşamsa, imkan daxilində gedib yoxlamaq, maraqlanmaq istəmişəm. Bu bizim hamımızın borcudur, etməliyik!
Keçən gün Bakıdan gəlmiş bir tanışla görüşüb söhbətləşərkən, qaldığı oteldə iki azərbaycanlı qardaşın olduğunu, bura gəlmə səbəblərinin isə qazi qardaşlarının Hacəttəpə xəstəxanasında koma vəziyyətində olduğunu dedi. Təbii, ilk ağla gələn odur ki, indi şükür, şəhid ailələrimizə, qazilərimizə baxan rəsmi qurum var, əvvəlki vaxtlar deyil. Yəqin ki, bu qazimizin də bütün maddi problemləri o qurum tərəfindən həll edilir. Amma yenə də adam bir görmək, görüşmək istəyir. Belə yerdə göz doğma adam axtarır axı. Dostumdan xahiş edirəm ki, otelə gedən kimi danışıb mənə xəbər versin, birlikdə gedib ziyarət edək. Sağ olsun, otelə çatar-çatmaz danışıb mənə zəng edir. Qazimiz "yoğun bakımda" olduğu üçün onunla görüşmək hələ ki, mümkün deyil. Amma qardaşlar elə sabahısı görüşək deyirlər. Dedim axı, belə yerdə xəstən oldumu, çətin durumda oldunmu, gözün qapıda qalır. Ta baxmırsan o qapı otel qapısıdı, xəstəxana qapısıdı, ya nədi...
Bir çay süfrəsinin ətrafında hal- əhval tuturuq. Qazimizin vəziyyətini, xəstəliyini soruşuram. Bu iki sakit, mərd görünüşlü, saf insanın elə ilk kəlmələrindən, yuxarıda yazdığım, ağla ilk gələn təəssürat çilik-çilik olub ayaqlar altına tökülür. Yox ay kişi, nə YAŞAT, nə səfirlik, nə iş adamları? Qazinin xəstəlik problemi ilə bağlı yaşanan bütün maddi problem bir aydan çoxdur ki, Ankarada bir-birini əvəz edən üç qardaşın çiyinlərindədi. Problem də, eləcə sıradan problem deyil, nəyinki 3, hətta 10 qardaş olsa belə öz gücünə qarşılıya bilməz. Əlbəttə ki, söhbət sadə həyat tərzi keçirən, orta qazanclı insanlardan gedir. Qardaşlar da elə o dediyimiz qardaşlardandı. Di gəl bu mərd, təvazökar qardaşlar, bir dəfə olsun durumdan şikayət etmədən çiyinlərini yükün altına veriblər. Çiyin əyilib, dizdə təhər qalmayıb, borc xirtdəyə çıxıb, di gəl bir qarış da geri durmurlar! "Afərin!" deməkdən saxlaya bilmirsən özünü. Amma belə də olmaz axı. Bu gün reanimasiyada huşsuz yatan bu gənc, cəmi 6-7 ay əvvəl bizi 30 ildir gözlədiyimiz qələbəyə çatdıran əsgərlərimizdən biri olub!
Şuşaya qədər vuruşan igid olub! Baş leytenant Habil Cahangirli! Gəlin qazimizi öz qardaşının təqdimatından tanıyaq, sonra keçək bu ailənin başına gələn bədbəxtlik sayılacaq hadisəyə.
"Qardaşım Cahangirli Habil Həzər oğlu, 1980-ci ildə, Lerik rayonunun Babaküçə kəndində anadan olub. BDU-ni bitirib, leytenant rütbəsi ilə hərbi xidmətə gedib, dönüb. 44 günlük Vətən müharibəsi başlayanda elan olunmuş səfərbərliklə ordu sıralarına çağırılıb, bütün müharibə boyu ön cəbhədə döyüşüb, xidmət etdiyi bölüklə Şuşa şəhərinə qədər gedib çıxıb. Habil 2020-ci ilin 31 dekabr günü, baş leytenant kimi ordudan tərxis olunub. Daha sonra, göstərdiyi igidliklərə görə ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib."
Qohum-qardaş Habilin cəbhədən sağ-salamat qayıtdığına sevinərkən, onun səhhətində problemlər, halsızlıq və ağrılar əmələ gəlməyə başlayıb. Qardaşları deyir ki, Habilin ona kimi heç vaxt belə problemləri olmayıbmış, sağlam, işində-gücündə adam imiş. Problemin nə olduğunu isə, Azərbaycan səhiyyəsi çox gec tapıb. Bunu da qardaşından dinləyirəm:
"Qardaşım savaşdan qayıtdıqdan sonra, səhhətində problem yarandı. Problemin nə olduğunu müəyyən eləmək bizim müxtəlif klinikalarda, müxtəlif üsullarla düz 5 ay çəkdi. Habil bütün bunları öz hesabına edir, sağlamlığına qovuşmaqçün heç nədən çəkinmir, kimsəyə ağız açmırdı. Bu 5 ay ərzində ona bir neçə yanlış diaqnoz qoyuldu, ağrıların mədəsi ilə bağlı olduğunu dedilər, səhv müalicələr təyin olundu. Halbuki, problemlərin səbəbi bağırsaqda imiş. 25 may 2021 ci ildə, nəhayət ki, klinikalardan biri Habilə düzgün diaqnoz qoyur: "Yoğun bağırsağın yayılmış törəməsi".
Dərhal bunun ardından, 26 mayda qardaşım "German" klinikasında əməliyyat olundu. Əməliyyat da daxil, Azərbaycanda 7 min manata qədər xərc çəkilmişdi, bunun hamısını öz hesabımıza etmişik. Kimsə bizdən "Qaziyə nə olub?" deyə soruşmadı belə.
Əməliyyatdan günlər keçməsinə baxmayaraq, qardaşımız özünü yaxşı hiss etmir, gündən-günə geri gedirdi. Vəziyyətin çox ağır olduğunu görüb biz qardaşımızı bura, Ankaraya gətirdik və Hacettepe xəstəxanasına yerləşdirdik. Burada xəstəyə infeksiya düşdüyü, vəziyyətinin çox pis olduğu məlum oldu. Təbii ki, bu Azərbaycanda qardaşıma " köməklik edən" həkimlərin səriştəsizliyinin nəticəsi idi. İnfeksiyanın təmizlənməsi, xəstənin bağırsaq əməliyyatının aparılmasına hazır vəziyyətdə olması üçün günlərlə iş aparılıb, ayrı-ayrı vaxtlarda Habil 5 dəfə əməliyyat olunub. Hələ bu günə qədər də, bu müalicə davam edir və bildiyiniz kimi, qardaşım reanimasiyada, ağır vəziyyətdədir, bahalı aparatların köməkliyi ilə normal vəziyyətə qaytarılmağa çalışılır".
Və bütün bu bahalı prosedur 3 fədakar qardaşın bütün var- yoxdan çıxması hesabına, borclar hesabına başa gəlir. "Türkiyədəki xərclər nə qədərdir?" soruşanda, qardaşlar sakitcə cavab verir : "45 mindən çox xərclənib, artıq bu dəqiqəyə xəstəxanaya 5 mindən çox borcumuz var". Sonra ikinci qardaş, mənim nəyisə səhv başa düşəcəyimi düşünüb əlavə edir: "Öz gəliş gedişimizi, qalmağımızı saymırıq ha, o ayrı..."
Adam düşünür ki, bəlkə müraciət edilmiyib. Bəlkə heç kəsin xəbəri yoxdu? Bu suala da cavabını, Qazimizin 3-cü qardaşı, Bakıdan verir: "Azərbaycanda olanda, kimsəyə nəsə deməmişdik, deyirdik ayıbdır da, bir əməliyyata görə niyə hay-küy edək. Şəhid ailələri var, yaralılar var. Əsas onlardı. Amma Türkiyəyə gəldikdən sonra xərclərin böyüdüyünü görüb, dəfələrlə YAŞAT fonduna müraciət elədik. Di gəl, bu günə qədər heç bir cavab, reaksiya olmayıb".
Sonra nəyisə xatırlayıb, digər qardaş düzəliş verir: "YAŞAT dedi ki, gərək, müraciət edərdiniz, bizdən cavab gözləyərdiniz. Biz özümüz proseduru qaydaya qoyub deyəcəkdik ki, nə vaxt apara bilərik. Amma biz qardaşımızı ağır vəziyyətdə, demək olar ki, ölüm ayağında çatdırmışıq Ankaraya. Necə gözləyə bilərdik?"
Hələ bundan sonra da, Habilin müalicəsi, əməliyyatı üçün kifayət qədər məbləğə ehtiyac var. Qardaşı deyir ki, "Daha bundan artığını etməyə bizim gücümüz qalmayıb. Heç bilmirik neyləyəcəyik... Himayəsində iki azyaşlı uşaq olan qardaşım, Vətənin çağırışına bir an belə tərəddüd etmədən hay verib. Gedib, döyüşüb, Vətən qarşısında borcunu yerinə yetirib. Mən düşünmürəm ki, bunu elədiyi üçün kiminsə Habilə borcu var, xeyr! Hər birimizin borcudur, Vətəni qorumaq. Lazım gələrsə, biz hamımız Vətən yolunda qurban gedərik!"
Çaylar soyuyub, axşamdan xeyli keçib. Gah söhbətləşir, gah dayanır, fikirləşirik. Kim deyibsə ki, 100 fikir bir borcu ödəmir, yalan deyir. Bəzən yaxşı bir fikirlə yüz borc ödənər...
Habil qazidir. Səhhətində problem müharibədən sonra yaranıb, aydındır. Amma müharibəyə getməmişdən əvvəl heç bir problem yox imiş axı. O indi qardaş ölkədə, xəstəxana çarpayısında gözünün az qalmış işığıyla gələcəyə baxır. O işıqdan iki balasına pay düşməlidir, o işıqdan bir ailə nura qərq olmalıdır. O öləzimiş işığı sönməyə qoymaq olmaz! Vətənçün canını verən igidi beləcə köməksiz, diqqətsiz qoymaq olmaz!
Habil yaşamalıdır! Ailəsi üçün, yaxınları üçün, xalq üçün, vətən üçün yaşamalıdır bizim qazi qardaşımız! Həm də bu yaşamaq, onun doğmalarının müflisləşməsi, borc içində batması hesabına olmamalıdır! Habil savaşa öz qardaşlarını və ailəsini qorumaqçün getməmişdi, Vətəni qorumaqçün getmişdi!
Vətən YAŞATmalıdır Habili və bütün Habilləri! Vətən naminə!
Paylaş:
Müəllif : Fuad
Tarix:24-07-2021, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-07-2021, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36