Jurnalistlər üçün nəzərdə tutulmuş YENİ BİNA ilə bağlı Prezidentə MÜRACİƏT EDİLDİ
Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərmiş şəhidlərin ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciətdə deyilir:
Möhtərəm Cənab Prezident!
Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.
Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.
Bu qələbəyə cəmiyyətmiz Sizin rəhbərliyiniz altında sıx birləşərək nail oldu. Artıq İkinci Qarabağ müharibəsi arxada qalıb. Sizin də qeyd etdiyiniz kimi, qarşımızda daha böyük missiya dayanır. İndi azad olunmuş Qarabağı cənnətə çevirmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, şəhid ailələri və qazilərimizin qayğısına qalmaq, bir sözlə, yaralarımızı sarıyaraq sağalmaq və irəli getmək kimi böyük bir prosesin içindəyik.
Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz son müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.
Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda oluğumuzu bir daha bildirmək istəyirik.
Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.
Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun.
Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.
Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik.
Mirşahin Ağayev – REAL TV-nin rəhbəri
Qulu Məhərrəmli – BDU-nun professoru
Cahangir Məmmədli – BDU-nun professoru
Emin Musəvi – ASAN Radionun rəhbəri
Vüsalə Abışova - “Azəri-Press” informasiya agentliyinin rəhbəri
Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri
Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
Yeganə Hacıyeva – bloger
Ədalət Verdiyev – bloger
Əflatun Amaşov – Mətbuat Şurasının sədri
Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri
Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi
Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri
Həmid Həmidov - “Global Media Group”un media direktoru
Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri
Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru
Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru
Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri
Azər Xəlilov – ATV-nin rəhbəri
Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
Vüqar Xəlilov – CBC TV-nin rəhbəri
Radik İsmayılov – ARB24 TV-nin rəhbəri
Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru
Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru
Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru
Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri
Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri
Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri
Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri
Xədicə Babayeva - “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri
Maral Zamanova - “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri
Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri
Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri
Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyuşçülər" İctimai Birliyinin sədri
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2021, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2021, 17:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Bu gün, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Bu gün, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 16:08