reklam
Regionxeberlericom.az » Sosial » "Azərbaycan ordusu Zəngəzuru da azad edəcək" - Sözlə başa düşmürlər...

reklam

"Azərbaycan ordusu Zəngəzuru da azad edəcək" - Sözlə başa düşmürlər...



"Ermənilərin təxribat törətməyinin iki məqsədi var. Birincisi, Azərbaycanı yenidən dünyaya ayrı bir formada-işğalçı statusla tanıtmaq istəyirlər. Guya Azərbaycan sərhəddə hücum edir. İkincisi, KTMT-ni məsələyə cəlb edə bilmədilər. Ona görə də təxribat törətməklə ümumi şəkildə onlara mesaj verirlər".
Bu fikirləri Kəlbəcərdə baş verən təxribatla bağlı "Sherg.az"a açıqlamasında siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev söyləyib:
Onun sözlərinə görə, təxribatların əsas məqsəd isə Ermənistanın daxili publikasına hesablanıb:

"Məsələ orasındadır ki, İrəvandakı daxili qüvvələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasını istəmirlər. Bunun da başqa yolu yoxdur. Gərək sərhəddə təxribat törəsinlər ki, Azərbaycan Ordusu gücünü göstərsin və Paşinyan desin ki, nəinki Qarabağ, sərhədlərimizdə də çox ciddi problemlər yaranıb.

Politoloq qeyd edib ki, Prezidentin Moskva səfərindən sonra AZtv-yə verdiyi müsahibənin sətiraltı mənası var idi:

"Yəni Azərbaycan sərhədlərin müəyyənləşməsi məsələsində Rusiyanın dəstəyini alıb. Eyni zamanda ölkəmiz Rusiyanın da strateji maraqları olan Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Bu, ermənilərə ciddi problemlər yaradır.
Kəlbəcərdəki təxribatda bir hərbçimiz şəhid oldu, lakin ordumuz ermənilərdən artıq 3 nəfəri məhv etdi. Ermənilər unutmamalıdırlar ki, hərbi qüvvələrimiz Zəngəzuru da azad edəcək. Ona görə də təxribatlara son qoymalıdırlar".


Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 09:37
Sikayət   


loading...
Загрузка...