reklam
Regionxeberlericom.az » Sosial » Otellərdə gizli kamera iddiası - Dövlət qurumları nə deyir?

reklam

Otellərdə gizli kamera iddiası - Dövlət qurumları nə deyir?



Son günlər sosial şəbəkələrdə oteldə müğənni olduğu bildirilən Aygün Mirzəyevanın qətlinin videogörüntüsünün yayılması müzakirələrə səbəbə olub. İddialara görə, Azərbaycandakı bütün otellərdə gizli kamera var və bununla insanların şəxsi həyatına müdaxilə edilir. Həmin videokadrların yayılması otellərə təşrif buyuran qonaqların gizli kameralarla nəzarətdə saxlanılması məsələsini yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, qeyd edilən faktla bağlı təmsil etdiyi quruma müraciət daxil olmayıb:

“Bu cür faktların olması ilə bağlı bizdə məlumat yoxdur”.

Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a deyib ki, sözügedən hadisə Azərbaycanda qeydə alınmayıb:

“Görüntülər DİN tərəfindən araşdırılıb. Məlum olub ki, hadisə Peruda qeydə alınıb. Bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video ilk dəfə cümə günü “Twitter”də yayılıb. Videonun Azərbaycanda çəkilməsi bağlı iddialar yalandır”.

Xatırladaq ki, ilk dəfə yayılmış məlumatda hadisənin iyulun 16-da paytaxtın Nizami rayonunda yerləşən oteldə baş verdiyi iddia olunmuşdu.

Məlumata görə, Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib. Həmin şəxs artıq həbs olunub.

Sosial şəbəkələrdə qətlin baş vermə anının görüntüləri hesab olunan kadrlar yayılıb. Videodan görünür ki, otaqda qadın başqa bir şəxslədir. Bu zaman qapını açan digər şəxs otaqda olan kişiyə və qadına bir neçə zərbə endirir və oranı tərk edir.

Video otel nömrəsinə yerləşdirilmiş gizli kamera ilə qeydə alınıb.


Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 10:51
Sikayət   


loading...
Загрузка...