reklam
Regionxeberlericom.az » Sosial » Tovuz Rayon Mərkəzi Xəstəxanası NİYƏ BU GÜNDƏDİR? - REAKSİYA

reklam

Tovuz Rayon Mərkəzi Xəstəxanası NİYƏ BU GÜNDƏDİR? - REAKSİYA



Tovuz Rayon Mərkəzi Xəstəxanası bərbad vəziyyətdədir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Paylaşılan postlarda bildirilib ki, xəstəxana 6 milyon 400 min manata başa gəlsə də palatadakı döşəklər sökülmüş haldadır. Bundan başqa, ikinci mərtəbədə artıq döşəmə çökür. Döşəmə yararsız halda olduğu üçün xəstələr gəzdikləri yerdə ayaqaları büdrəyir. Xəstəxananın baş həkimi Paşa Muradovdur.
Biz bilmirik, bəlkə, Paşa müəllim bilə, belə şəraitdə hansı xəstə şəfa tapar?! Çox güman, yerli vətəndaşlar xəstəxanaya düşməməkdən ötrü dua edirlər...

İctimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli bu barədə fikirlərini “Sherg.az”la bölüşdü: “Səhiyyə sistemimimiz bərbad haldadır.

Təəssüf ki, bütün xəstəxanalarda vəziyyət eynidir. Çünki daxildə rəqabət var. Müflisləşdirmə siyasəti aparılır. Halbuki müstəqilliyin verdiyi dəyərlərdən biri modern səhiyyə sisteminin olmasıdır. Təcrübəsiz, naşı, korrupsiya və rüşəvətə qurşanmış məmurlara səlahiyyət verilib.

Z.Məmmədli, həmçinin çıxış yolunu göstərdi:

“6 milyon 400 min manata bir klinika tikmək olardı, nəinki təmir etmək. Əfsuslar olsun ki, oxşar vəziyyət digər sahələrdə də hökm sürür. Deməli, köklü islahatlara ehtiyac var. Yalnız bu halda anormal vəziyyətdən qurtarmaq mümkündür. Vətəndaş dövlətin onun sağlamlığına qarant olduğunu hiss etməlidir”.


Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 16:14
Sikayət   


loading...
Загрузка...