NƏ BAŞ VERİR: İran indi də Arazın şimal sahillərinə iddia edir? - "Xüdafərin" qalmaqalı yenidən "xortladılır"
“Azərbaycan Xüdafərin bəndinin inşasına görə İrana borcludur”.
Ovqat.com xəbər verir ki, bu iddianı İran parlamentinin iclasında Şərqi Azərbaycan əyalətinin Xüdafərin və Kəleybər bölgələrinin nümayəndəsi millət vəkili Hüseyn Xatəmi qaldırıb.
O, ölkənin Xarici İşlər və Enerji Nazirliklərinə narazılığını bildirərək, borcun miqdarını və onun alınması mexanizmlərinin müəyyənləşdirilməsini tələb edib.
"Borcun miqdarını və əldə etmə metodunu müəyyənləşdirmək lazımdır, əks təqdirdə bəndin şimal hissəsinin Azərbaycana verilməsinin hüquqi qüvvəsi yoxdur".
Göründüyü kimi, İran deputatı faktiki olaraq Xüdafərin bəndinin şimal hissəsinə iddia edir ki, bu da Arazın Azərbaycan sahilinə düşür. Ölkəmizin ərazisinə iddia anlamına gələn bu sözlərə hələ də XİN-dən heç bir cavab verilməyib.
Xatırladaq ki, Xüdafərin bəndi ilə əlaqədar ilk mübahisəli vəziyyət ötən il yaranmışdı. Saytımızın üzə çıxardığı məlumatlardan aydın olurdu ki, 2016-cı ildə Azərbaycan nümayəndə heyətinin İrana səfəri zamanı iki dövlət rəsmiləri bəndin inşası ilə əlaqədar müqavilə imzalamışdılar.
Mələsə burasındadır ki, hələ sovet hakimiyyəti illərində İranın şimal hissəsinin su təchizatını təmin etmək üçün Moskva ilə Tehran bu barədə razılığa gəlmişdilər. Uzun illər müxtəlif səbəblərdən inşa edilməsi mümkün olmayan projenin həyata keçirilməsi SSRİ dağıldıqdan sonra Qarabağın ermənilər tərəfindən işğalı ilə daha mürəkkəb hal almışdı. Belə ki, ərazi Azərbaycanın faktiki nəzarətindən çıxmış, hüquqi cəhətdən isə bizim torpağımız sayılırdı. Nəticədə əraziyə nəzarət imkanımız olmadığından bəndin inşasına da razılıq verə bilmirdik. Çünki bu fürsətdən ermənilərin necə yararlanacağından əmin deyildik.
İran isə su problemini həll etmək üçün bu projenin inşasında maraqlı idi. Ehtimal var idi ki, Tehran Dağlıq Qarabağ erməniləri ilə sazişi yeniləsinlər. Bu isə qondarma rejimin faktiki tanınması anlamına gələ bilərdi. Məhz bu təhlükələri nəzərə alan rəsmi Bakı sözügedən müqaviləni imzalamaq məcburiyyətində qalmışdı. Halbuki, Qarabağ ərazisi Azərbaycanın ən sulaq bölgəsi olduğundan bu bənddən istifadəyə ehtiyacımız yox idi. Dolayısıyla, rəsmi Bakı yalnız bir səbəbdən - cənubda yaşayan soydaşlarımızın rifahının təminatı üçün Xüdafərin anlaşmasına imza atmağa razılıq vermişdi.
Di gəl ki, bənd inşa edildikdən sonra İran tərəfinin Azərbaycandan real xərclərdən daha artıq pul istədiyi barədə məlumatlar var. Ötən il etibarlı qaynaqlardan əldə etdiyimiz məlumatlarda bu tələbin konkret miqdarı da göstərilirdi. Məlumatı dəqiqləşdirmək imkanımız olmadığından həmin rəqəmi səsləndirmək istəmirik.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2021, 12:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2021, 12:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25