reklam
Regionxeberlericom.az » Sosial » Təhsil krediti alacaq tələbələrdən girov və zaminlik tələb olunmayacaq - Diqqət!

reklam

Təhsil krediti alacaq tələbələrdən girov və zaminlik tələb olunmayacaq - Diqqət!



Təhsil tələbə kreditlərinin verilməsi Təhsil Tələbə Krediti Fondu ilə müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək.

Bu barədə Nazirlər Kabinetinin təsadiqlədiyi “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, tələbələrdən girov və zaminlik tələb olunmur və təhsil tələbə kreditləri sığortalanır. Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək. Qaydada təhsilin keyfiyyətinin stimullaşdırılması məqsədi ilə güzəştlər sistemi də nəzərdə tutulub. Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və sair əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək.


Paylaş:


Müəllif : Tarix:
27-07-2021, 18:16
Sikayət   


loading...
Загрузка...