reklam
Regionxeberlericom.az » Sosial » Karen Şahnazarov xain nəslin nümayəndəsidir? – AMEA-nın elmi işçisindən ŞOK

reklam

Karen Şahnazarov xain nəslin nümayəndəsidir? – AMEA-nın elmi işçisindən ŞOK



“1736-cı ilədək Qarabağın yerli türk müsəlman bəylərinin Qarabağa buraxmadığı, yalnız Nadir şah Əfşarın 1736-cı il 17 iyul tarixli və öz möhürü ilə təsdiqlədiyi fərmanı ilə Qarabağa Vərəndə qədim türk boyunun oymağına yerləşən xain Şahnəzər. Bu şəxs əslən Göyçənin qərbində qədim qıpçaq soyundan olsa da, onun mənsub olduğu nəsilin nümayəndələri artıq XV-XVIII əsrlərdə Eçmiədzin qriqoriyan kilsəsinin təsiri ilə öz dini və etnik kimliklərini itirmiş və hər yerdə özlərini erməni kimi qələmə vermişlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə özünün “Facebook” hesabında bölüşüb.

“Əslən vərəndəli olmayan dönmə Məlik Şahnəzər” yazısının ardını təqdim edirik:

“Bu şərəfsizin boynunda gəzdirdiyi ordeni də 1723-cü ilin martında yaltaqlığı müqabilində I Pyotr göndərmişdi. Həmin ildə I Pyotra məktub yazıb özlərin "Alban türkləri" adlandıran gəlmə məliklərin içərisində Şəhnəzər də vardı. I Pyotr öləndən sonra Nadir şahın, Nadir şah öləndən sonra isə əslən Sarıcalı boyunun Cavanşir nəslindən olan Pənahəli xanın qılınıcının altından keçərək Vərənədə məlikliyini idarə etmişdir.

Hətta dönmə nəslinin nümayəndələrinin sonradan "mən qarabağlıyam, qarabağ xanlarının nəslindənəm" deməsi üçün Şahnəzərin oğlanları öz bacıları Hürzadı Pənahəli xanın oğlu İbrahimxəlilə ərə verdilər. Şahnəzərovlar ən çox erməniləşmiş Alban-Qıpçaq türkləridir. Erməniləşmiş Məlik-Şahnəzərovlar bu dönmənin törəmələridir. İndi də istər Ermənistanda, istərsə də, Rusiya federasiyasında olsun, dünyanın hər yerində özlərini erməni kimi təqdim edir və həyasızcasına Qarabağın "yerli əhalisi" olduqlarını təbliğ edirlər.

Qədim türk etnonimi olan Vərəndə adının əslində bu dönmələrə heç bir aidiyyatı yoxdur.

Hətta XIX əsrdə bu nəsilin bəzi tanınmış üzvləri erməni qəbiristanlığında dəfn olunmalarına etiraz etmişlər. 1918-ci ildə erməni daşnak dəstələrindən birinə başçılıq etmiş və onlarla azərbaycanlını qətlə yetirmiş Sokrat Məlik-Şahnəzərov, erməni diplomatı Aşot Məlik-Şahnəzərov və onun oğlu şərəfsiz Arsen Məlik-Şahnəzərov (keçmiş qondarma Dağlıq Qarabağ rejiminin Rusiyada nümayəndəliyinin məsləhətçisi), Rusiyanın xalq artisti Karen Məlik-Şahnəzərov da bu dönmə nəsildəndirlər”.



Paylaş:


Müəllif : Tarix:
30-07-2021, 11:22
Sikayət   


loading...
Загрузка...