Azərbaycanı Tokioda biabır edən legionerlər - Mütəxəssisdən SƏRT İTTİHAM
Tokio-2020 açılışından 6 gün keçməsinə baxmayaraq, Azərbaycan hələ də heç bir medal əldə edə bilməyib. Çox təəssüf ki, idmançılarımızın uğursuz çıxışı davam edir.
Hər gün bir neçə idmançımız üçün “Tokio – 2020” olimpiadası başlamamış yekunlaşır.
Azərbaycan 1996-cı ildən indiyə qədər olimpiadada bir çox uğurlara imza atıb. Belə ki, idmançılarımız il-ildən medal sayına görə artım göstərirdi ( 1, 3, 5, 7, 9, 18 medal). Bu dəfə isə yarışlara yollanan idmançılarımız nədənsə açılışdan 6 gün keçməsinə baxmayaraq, hələ də olimpiadanın nəbzini tuta bilməyiblər.
İrəliləyən günlərdə idmançılarımızdan hansı performans gözləyəcəyimizi isə zaman göstərəcək.
Bəs, buna səbəb nədir? Pandemiyanın hazırlıqlara təsiri, yoxsa başqa səbəb...
"Qol.az" saytının redaktoru, əməkdar jurnalist Aydın Bağırov Bizim.Media-ya açıqlamasında idmançılarımızın “Tokio-2020” yay olimpiadasında uğursuzluqlarının səbəbindən danışıb. O, bildirib ki, bunu pandemiya ilə əlaqələndirmək doğru olmaz:
“Olimpiadada iştirak edən 206 ölkənin hər biri pandemiya dövrünü keçib, hətta bu vəziyyəti bizdən də ağır keçirənlər də olub. Yaponiyanın özündə pandemiya böyük fəsadlara səbəb oldu, ancaq hazırda o olimpiadada ən yüksək nəticə göstərən ölkələrdəndir. Yaxud bizə qonşu olan Gürcüstanın da idmançıları pandemiya şəraitində yaşayıb. Amma indi bizimkilərdən fərqli olaraq onlar 1-i qızıl olmaqla 3 medal qazanıblar”.
Jurnalist Azərbaycanda inkişaf etmiş ənənəvi idman növlərindən də danışıb. O, bildirib ki, boks və cüdo federasiyasına yetərincə maliyyə ayrılır.
“Bu sahələr bizim üçün ənənəvi idman növləri olduğu üçün məhz onların adlarını çəkdim. Məsələn biz bunu üzgüçülük haqqında deyə bilmərik. Cüdoçular Tokio-2020-yə ən yaxşı hazırlıq keçən idmançılardan olublar, ancaq bu günə olan nəticələrə əsasən, onlardan yeddi nəfəri özlərini doğrulda bilməyiblər.
Bildiyiniz kimi federasiyada da baş məşqçi ukraynalıdır. Belə nəticələr federasiyanın daxilində bir çox problemlərin olduğunu göstərir. Həmçinin Boks federasiyasında da eyni problemlər hökm sürür. Bundan başqa legioner idmançıların çoxluğu da bir çox problemləri ortaya qoyur. Bu da çox ciddi narazılıq yaradır.
Məsələn, Lorenso Sotomayor Kuba əsilli Azərbaycan boksçusu 2016-cı ildə Yay Olimpiya Oyunlarının 2-cisi olub. Ondan sonra həm federasiya, həm də dövlət tərəfindən ona böyük mükafat ayrılıb. O, isə kasıb Kuba ölkəsindən gəlib burada varlı həyatı gördü.
Bundan sonra idman intizamını pozdu, gündəmə gecə həyatı, içki məclisləri, əyləndiyi qadınlarla gəldi və bunu sosial şəbəkələrdə yayımlamaqdan da çəkinmədi. Çox təəssüflər olsun ki, onun bu cür əməlləri federasiya tərəfindən bir cəza ilə nəticələnmədi.
Taekvandoçu Milad Beigi Hərçəqani də olimpiadada fərqlənə bilmədi. Legionerlərə pullar ayrıldı, lakin bir çox səbəbdən yerli idmançılarımızı incik düşüb, idmandan getdi. Bax,bu cür problemlər özü ilə hazırda nümayiş etdirilən uğursuzluqları gətirdi”.
A.Bağırov federasiyalarda islahatların aparılmasının da vacibliyini vurğulayıb.
“Düşünürəm ki, federasiyalarda güclü islahatlar olunmalıdır. Ümumiyyətlə, legionerlərə ayrılan pulların bir hissəsi uşaq və yeniyetmə idmançılarımıza, onların yetişdirilməsinə ayrılsa, uğura imza ata bilərik. Bizim çox istedadlı gənc idmançılarımız var”.
Sonda “Qol.Az”ın baş redaktoru bu cür problemlərin idarəçilikdə qeyri-peşəkar insanların təmsil olunmasından qaynaqlandığını da bildirib.
“Hamıya məlumdur ki, federasiyaların bir çoxu məmurlar tərəfindən idarə olunur. Onlar işlərinin çoxluğu ilə əlaqədar özləri vəziyyətə nəzarət etmir və idarəçiliyə öz yaxın adamlarını gətirirlər. Həmin təyin olunan insanlar da öz tanışlarını ətrafına toplayır.
Beləliklə, balans pozulur və peşəkarlıq itir. Bəzi federasiyalarda idman mütəxəssisləri idarəçilikdən kənarda qalırlar. Onlar rəhbərlikdə olsalar belə, qərar vermək imkanları minimum olur. Yəni onların peşəkarlıq rəyləri nəzərə alınmır. Ona görə də hazırlıq işləri nizamla qurulmur. Bu da ortaya bir çox problemləri çıxarır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2021, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2021, 12:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29