Bakıda 2 yaşlı oğlunu öldürmək istəyən şəxsə hökm oxundu - İlginc TƏFƏRRÜAT
Bakının Səbail rayonunda 2 yaşlı oğlunu öldürməyə cəhd edən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə ona ağır cəza verib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Emil Kazıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən E.Kazıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarəti yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilib.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Emil Kazıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
E.Kazıyev hadisəni törədən zaman anlaqsız vəziyyətdə olduğunu deyib. Amma ekspertiza rəyi ilə onun hadisəni törədən zaman anlaqlı olduğu müəyyən edilib.
Hadisənin təfərrüatı gəlincə, E.Kazıyev daha əvvəl məhkumluq həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra ailəsinin yanına qayıdıb. Onun bir övladı olub.
Kazıyev həbsdən çıxdıqdan bir neçə gün sonra yaşca özündən kiçik olan bir xanımı evinə gətirib və onunla birlikdə yaşayacağını deyib. Həyat yoldaşı buna etiraz edib və uşağını da götürərək evi tərk edib.
Bundan sonra Kazıyev evə gətirdiyi xanımla birlikdə yaşamağa başlayıb. Onların Ömər adlı övladları dünyaya gəlib.
Kazıyev birlikdə yaşadığı qadının evə gəlməməsinə, ayrı-ayrı yerlərdə işləməsinə qəzəblənib. Belə ki, qadın kafedə, mağazalarda işləyərək gündəlik pul qazanırmış. Həmin zaman isə Ömər heç bir işlə məşğul olmayan Kaziyevin yanında qalırmış. Buna görə də onlar arasında dəfələrlə mübahisə olub.
Sonuncu mübahisədən sonra Kazıyev qadının evdə olmadığından istifadə edərək qisas məqsədi ilə 2 yaşlı Ömərə bıçaq zərbələri endirib. Bundan xəbər tutan qadın evə gələrək Öməri xəstəxanaya çatdırıb. 2 yaşlı Ömər möcüzə sayəsində sağ qalıb.
Həmin zaman E.Kazıyev özünə də bıçaqla xəsarətlər yetirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2021, 12:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2021, 12:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45