reklam
Regionxeberlericom.az » Sosial » “O pullar hara gedir?” - Şeyx Əbdüldən ETİRAZ

reklam

“O pullar hara gedir?” - Şeyx Əbdüldən ETİRAZ



"Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır, ancaq Azərbaycanda bu sahəyə vəsait ayrılır. Nəticə ürəkaçan deyil".

Bunu Modern.az-a tanınmış kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) Azərbaycan kinosunun 123 illiyi barədə danışarkən deyib.

Son vaxtlar ölkəmizdə istehsal olunan film və teleserialların qeyri-peşəkar hazırlandığını söyləyən Ə.Mahmudov dövlətin ayırdığı vəsaitlərin hara xərcləndiyini soruşub:

“Bu gün bizim tədris sistemi və televiziyada yayımlanan filmlər, seriallar nəzarətsizdir. Film çəkən bəzi şəxsləri tanıyıram, onlar ağır vəziyyətdə çalışırlar, çullarını sudan çıxarmaq üçün əllərindən gələni edirlər. Ancaq onları önə çəkmək üçün addım atan yoxdur. Biz qayıdış dövrü keçdik, hər hansı icitmai-siyasi informasiya dağılanda ilk zərbə mədəniyyətə, idealogiyaya dəyir. Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır, ancaq Azərbaycanda kinoya vəsait ayrılır. Kino sahəsinə rəhbərlik edən şəxslər qeyri-peşəkar insanlardır. Kinoya pul ayrılmağı vacib deyil, o pul hara gedir, necə xərclənir, bunları bilmək vacibdir. 77 yaşım var, ömrümün 62 ilini kinoya vermişəm, yenidən dünyaya gəlsəm, yenə rejissor olaram".

Kinorejissor hesab edir ki, Azərbaycanda kino sahəsində ciddi dəyişikliklərə ehtiyac var.

"İncəsənət universitetində tədris sistemi yenidən qurulmalıdır. Qəbul ciddi şəkildə aparılmalıdır, hər fakültəyə on nəfərin içindən üç istedadlı gənc seçilsə, bəs edir. İstedadlı gənclər Azərbaycanın uğururdur”, - deyə Mahmudov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan kinosu yaranmasından 123 il ötür.


Paylaş:


Müəllif : Tarix:
2-08-2021, 15:30
Sikayət   


loading...
Загрузка...