ƏƏSMN rəhbərindən niyə çəkinirlər? - Ombudsman insan hüquqlarını qorumaqdan imtina edir
"Ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) verilməsində özbaşınalıq özəlliklə bölgələrdə elə həddə çatıb ki, artıq “bespredel” -hədsizlik kimi dəyərləndirmək olar. Ağsu rayonu, Ağsu şəhəri, Sabir küçəsi -3 ünvanında yaşayan 3 körpə uşaqlı Mehdiyevlər ailəsinin başına gətirilənləri isə dəhşət saymaq olar. 10 ildən çoxdur aztəminatlı, daha doğrusu, tam təminatsız ailə məşğulluğunun təmin edilməsi, ÜDSY ayrılması üçün müraciət edir, hələ də nə işlə təmin olunub, nə də yardımla. 5 nəfərlik ailə valideynlərinin cüzi pensiyalarının ümidinə qalıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bir neçə il qabaq atanın dünyasını dəyişməsi ilə ailənin durumu daha da ağırlaşıb. Ailə yükünü təkbaşına çəkməkdə çətinlik çəkən pensiyaçı ana Mehdiyeva Eyzangül xanımın ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanlarına, Ombudsmana, ƏƏSM nazirinə müraciətlərinə isə elə cavablar verilir ki, lap ələsalma yetkisi bağışlayır.
İki il qabaq ÜDSY verilməsindən imtinanı 3 yaşlı körpənin 2029-cu ilə kimi etibarlı olan şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi ilə izah edən ƏƏSMN yetkililərinə anladan olmayıb ki, sosial yardımın nə körpənin, nə də valideynlərinin şəxsiyyət vəsiqələrinin etibarlılıq müddətinə aidliyi yoxdur! Bəyəm sosial müdafiə məmurları sərhəd – gömrük buraxılış məntəqəsində xidmətdədirlər? Bir də, 2029-cu ilə kimi etibarlı olan vəsiqə necə etibarsız ola bilər? DİN rəhbərliyinin təpkisi də sonuc verməyib və yenidən borc-xərc edib 3 yaşlı körpənin şəxsiyyət vəsiqəsini yeniləyən ailəyə yenə də yardım ayrılmayıb. Pandemiya dönəmində ÜDSY üçün müraciət edən ailəyə 2 dəfə işsiz kimi 190 manatlıq “virus yardımı” edilib. Ali dövlət hakimiyyəti orqanlarına şikayətlərini sürdürən ailəyə bir neçə ay qabaq cavab verilib ki, ailənin iş qabiliyyətli üzvünün ondan asılı olan səbəbdən gəliri sıfır olduğu üçün ÜDSY ayrılmasından imtina edilib . İşsiz kimi uçotda olan şəxsin işləməməsi ünvanlı sosial yardım ayrılmasından imtinaya əsas ola bilməz axı! Ya Məşğulluq xidməti vətəndaşı işlə təmin etməlidir , ya da DSMF sosial yardım ayırmalıdır. Heç biri edilmir və 5 nəfərlik ailə aclıq həddindədir. Onu da vurğulayaq ki, iş məsələsi də bəhanədir. Nədən bir neçə il qabaq ailənin iş qabiliyyətli başçısı Laçın Mehdiyev su idarəsində 130 manatlıq işdə , ondan qabaq fiziki şəxs kimi çalışsa da, ÜDSY ayrılmayıb. Bunları yenidən diqqətə çatdıran ailəyə hələ də dövlət adına yardım ayrılması təmin edilməyib. Milli Məclisdən, Baş prokurorluqdan şikayət ƏƏSMN -ə göndərilib, Ailə, qadın və uşaq problemləri Dövlət Komitəsi susmaqdadır , Ombudsman Aparatı isə 3 körpə uşaqlı ailənin insan hüquqlarını qorumaqdan imtina edib! (?) İmtinanı vətəndaşın ƏƏSMN -ə müraciət etməsi ilə “əsaslandıran” Ombudsman Aparatının qərəzli savadsızlığı üzə çıxır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili aparat rəhbərinin imzası ilə ƏƏSMN -nin imtina cavabından sonra yenidən müraciət etməyi məsləhət görüb . Qərəzli məntiqsizliyə baxın, üç körpə uşaqlı ailə illərdir ÜDSY ayrılmasından imtinadan şikayət edir, Ombudsman isə növbəti (?) imtina cavabını gözləməyi məsləhət bilir!
Bir ara öncə ad çəkmədən nazir səviyyəsində qınaqlar yağdıran millət vəkili Qənirə xanım Paşayeva, bir gün sonra hədəfinin ƏƏSM naziri olmadığını, nazirin deputata operativ cavab verdiyini vurğuladı. İndi isə Ombudsman-insan hüquqları vəkili ƏƏSMN -ə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərməyə belə çəkinir. Görəsən, bu vəkillər (və digərləri) ƏƏSMN rəhbərindən niyə çəkinirlər? Bəyəm, prezidentin dediyi kimi, məmur(lar) xalqa xidmət etməli deyil?"
Paylaş:
Müəllif : Yazar
Tarix:2-08-2021, 15:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-08-2021, 15:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29