Pirəzə Mexaniki Suvarma İdarəsində Əhməd Əhmədzadədən nələr gizlədilir? - İDDİA
Azərbaycanda suvarma suyu üzrə itki normasının müəyyənləşdirilməməsi nəzarət üçün və fəaliyyətin qiymətləndirilməsi baxımından büdcə xərclərinin səmərəliliyini və nəticəliliyini qiymətləndirməyə imkan vermir.
Bunlar Hesablama Palatasının 2018-ci ildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin fəaliyyətinin təhlil etdikdən somra gəldiyi qənaətdir.Palatanın yoxlamalarından sonra məlum olur ki, enerji sektorundan, içməli su üzrə satışdan fərqli olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeli suvarma idarələri üzrə suvarma suyunun itkisini (beton kanalları və torpaq kanalları üzrə ayrı-ayrılıqda) müəyyənləşdirən normativ sənəd mövcud deyil və Cəmiyyət tərəfindən bu məsələni tənzimləyən normativ sənədin hazırlanaraq təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunması təmin edilməyib. Maraqlıdır niyə? Məlum məsələdir. Bütün bu kimi normativ sənədlər hazır olsa səhmdar cəmiyyətin sədri Əhməd Əhmədzadə və onun yerlərdəki əlaltıları milyonlarla vəsaitləri necə silə bilərlər?
Aparılmış auditin nəticələrinə əsasən, suvarma suyu üzrə itkinin miqdarı və səviyyəsi Pirəzə mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 45 815 min kubmetr və ya 42,5%, 2016-cı ildə 66 544 min kubmetr və ya 50,1%, Sabirabad mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 166 426 min kubmetr və ya 44,1%, 2016-cı ildə 170 030 min kubmetr və ya 44,1%, Ağdam mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 69 835 min kubmetr və ya 22,8%, 2016-cı ildə 77 696 min kubmetr və ya 24,3%, Mollakənd mexaniki suvarma İdarəsi üzrə 2015-ci ildə 40 451 min kubmetr və ya 32,0%, 2016-cı ildə 41 951 min kubmetr və ya 33,2% rəsmiləşdirilib. Ölkədə suvarma suyunun mənbədən götürüləndən kənd təsərrüfatı məhsulları istehsalçılarına çatdırılanadək itkinin səviyyəsi texniki-iqtisadi göstəricilərlə əsaslandırılmayıb, bu məsələyə zəif nəzarət edilib. Cəmiyyətin mexaniki suvarma idarələri üzrə ən yüksək itki səviyyəsi Pirəzə Mexaniki Suvarma İdarəsi üzrə olub. Məlimat üçün bildirək ki, Kür çayından Ağdaş rayonunun 10 yaşayış məntəqəsini, 9 min 650 hektar sahəni mexaniki yolla suvarma suyu ilə təmin edən Pirəzə Mexaniki Suvarma İdarəsi tərəfindən görülən işlər heç də ürəkaçan deyil. Xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçisi olan idarədə yol verdiyi ciddi nöqsanlara görə müdir dəyişsə də,bu gün vəziyyət heç də dəyişməyib.
Aktualinfo.org “Meliorasiya və Su Təsərrüfatı ” Açıq Səhmdar Cəmiyyətində yol verilən bu kimi qanunsuzluqlarla bağlı dəfələrlə geniş məqalələlər yayıb. Konkret olaraq sözügedən Cəmiyyətin Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı, Meşə Meliorasiya və Mexaniki Suvarma İdarələrində külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsində əsas yerlərdən biri olduğu barədə də kifayət qədər geniş yazılar dərc edib. Hesablama Palatasının gəldiyi bu qənaətdəın sonra yazdıqlarımızın həqiqət olduğuna bir daha əmin olduq. Redaksiyamıza Pirəzə Mexaniki Suvarma İdarəsinin fəaliyyəti ilə bağlı verilən məlumatlar da bu qəbildəndir. Verilən məlumatlara görə Pirəzə Mexaniki Suvarma İdarəsində keçmiş müdirİ Mirəddin İslamov külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol verdiyinə görə işdən azad olunduqdan sonra onun yerinə təyin olunmuş İlham Əliyev də dövlətdən ayrılan vəsaitləri mənimsəməklə, idarənin balansında olan texniki avadanlıqları və su-təchizat qurğularını müxtəlif yollarla özününküləşdirməklə məşğul olur.Qeyd edək ki, hər il Pirəzə Mexaniki Suvarma İdarəsinin balansındakı texnikaların təmirinə, mal matrealların, mexaniki qurğular üçün ehtiyyat hissələri, elektirik avadanlıqlarının təmiri, mexanizmlər üçün ehtiyyat hissələrin alınmasına və suvarma şəbəkələrinin lildən təmizlənməsinə külli miqdarda vəsaitlər ayrılır. Amma həmin vəsaitlərin çox hissəsi istifadə adı altında, güya tender elan edildikdən sonra “silinir”. Bu zaman Alınan mal-materialların, ehtiyyat hissələrinin qiymətlərinin bir neçə dəfə şişirdildiyi də istisna edilmir.
Məliumatlara görə idarənin balansında olan kanalların lildən təmizlənməsi və təmiri üçün il boyu ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə deyil, müdir İlham Əliyevin şəxsi məqsədləri üçün israf olunur.Təbii ki,o bütün bunları təkbaşına deyil, “Meliorasiya və Su Təsərrüfatı ” Açıq Səhmdar Cəmiyyətinin yüksək vəzifəli şəxslərinin köməyi ilə edir. Axı Səhmdar Cəmiyydə il ərzində idarəyə köçürülən vəsaitlərin hansı məqsədlə ayrıldığını çox yaxşı bilirlər və həmin məbləğə uyğun görülən işləri də sədr Əhməd Əhmədzadənin gözündən yayındıra bilməzlər. Amma məlumatlara görə Pirəzə Mexaniki Suvarma İdarəsinin müdiri İlham Əliyevin gəlir yeri bununla məhdudlaşmır.Onun Əhməd Əhmədzadədən gizlin gördüyü işlər də az deyil. Kəndlərdə sakinlərdən torpaq sahələrinin suvarılması üçün yığılan pulların heç hasabatı aparılmır və dövlətə heç bir qəpik də köçürülmür.Su nasosları və texnikanın işlədilməsi üçün ayrılan dizel yanacağının çoxu satılır . Bunlar İlham Əliyevin Pirəzə Mexaniki Suvarma İdarəsinə rəhbərlik etdiyi qısa bir dövrdə baş verənlərdir. Gələcəkdə nələrin olacağını isə təbii ki,zaman göstərəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-06-2019, 10:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-06-2019, 10:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
Dünən, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Dünən, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Dünən, 11:20