“Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
Jurnalist Səxavət Məmməd tərəfindən “Facebbook” statusunda yayılan bir məlumat diqqəti çəkib.
Jurnalist bildirib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun rabitə rəisi polkovnik Seyidov İlham xidməti otağında intihar edib: "Əldə etdiyim məlumata görə, polkovnik İlham Seyidov ordudan tərxis olumaq üçün raport yazıb. Ancaq onu tərxis etməyiblər. Polkovnik İlham Seyidov məhkəməyə müraciət edib. Ondan sonra onun 13-14-cü maaşını kəsib, yoxlama keçirib, cərimə yazıblar. Məhkəmə isə polkovnik İlham Seyidovun xeyrinə qərar vermədiyi üçün intihar edib.
Polkovnik Seyidov İlham Zərdab rayonunda dəfn edilib. Zərdab rayonundan əldə etdiyim məlumata görə, ailəyə ürək tutmasından rəhmətə getdiyi deyilib, ancaq tabutun açılmasına icazə verilməyib.
Buna “dur” demək lazımdır. Əgər zabitlərə, hərbçilərə qarşı bu cür davranışlar davam edəcəksə, Azərbaycan ordusu çox zabitini itirəcək. İtirmək ölmək anlamını daşımır. Ordudan tərxis olmalar artacaq. Dövlətin başqa qurumları ordu içərisində şəffaf sorğular keçirməlidir".
Bizimyol.info məsələni araşdırmaq üçün Hərbi Prokurluqdan məlumat almağa çalışıb.
Hərbi Prokurorluğun İstintaq idarəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov bildirib ki, bu məsələ barədə onun məlumatı yoxdur: “Mən də sizdən eşitdim. Bizim idarəyə elə bir məlumat daxil olmayıb”.
Əgər polkovnik İlham Seyidovun fəaliyyəti ilə bağlı yoxlama olmuşdusa, o zaman Hərbi Prokurorluğun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsində bu məsələdən xəbərdar olmalı idilər. Bizimyol.info həmin şöbənin rəisi, ədliyyə polkovnik-leytenantı Emil Xankişiyevin iş nömrəsi ilə əlaqə saxladı. Özünün “Emil Xankişiyev olmadığını” deyən şəxs bildirdi: “Bizim şöbədə elə məlumat yoxdur. Ola bilər, bu məsələni başqa şöbələr araşdırır”. Həmsöhbətimizin kim olduğunu təkidlə soruşsaqda, özünü təqdim etmədən dəstəyi asdı.
Tərlan Eyvazov Tərlan Eyvazov
Məsələ ilə bağlı Bizimyol.info saytına danışan hərbi ekspert Tərlan Eyvazov bildirdi ki, bu barədə o da mətbuatdan öyrənib: “Təəssüflər olsun ki, mən də əlavə məlumat ala bilmədim. Amma belə bir məsələ varsa, deməli, problem də var. Tutaq ki, intihar olmayıb, ürəktutmasından vəfat edib. Bu məsələ də araşdırılmalıdır. Əgər o tərxis olunmaq istəyibsə, məhkəməyə müraciət edibsə, deməli, bir problem var idi”.
Onun sözlərinə görə, orduda ictimai nəzarətə ehtiyac var: “Tam olmasa da, qismən şəffaflıq olmalıdır. Əvvəl hərbçilərin hüquqlarını müdafiə komitəsi var idi, kimsə dərdini deyə bilirdi. İndi hərbçilər hara müraciət edəcəklərini, dərdlərini kimə deyəcəklərini bilmirlər. Görürük ki, müəyyən problemlər var və bu istiqamətdə ciddi tədbirlər görülməlidir, orduda ictimai nəzarət təmin edilməlidir”.
Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2021, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2021, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti