Yeni açılacaq TV ətrafında qalmaqal - “MTRŞ iradları qəbul etməlidir”
“Ümumrespublika elmi-maarifləndirici kanalının açılması üçün müsabiqənin elan olunması müsbət hadisədir. Ona görə ki, buna ehtiyac çoxdur”.
Bu fikirləri Bakupost.az-a professor, teletənqidçi Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının təhsil və elmi-maarifləndirici ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəyə yekun qərarına münasibət bildirərkən deyib.
Professor hesab edir ki, Azərbaycanda ixtisaslaşmış kanallar var, amma ən çox ehtiyac duyulanı maarif və təhsil kanalıdır:
“Bu praktika xaricdə də var. Qərarla tanışam, iddiaçıların işlərini MTRŞ yoxlayıb, onlara lisenziya verməyib. Hər halda maraqlıdır, iddiaçılar özləri razı qalıblar, ya yox. Burada qanuna zidd nəsə yoxdur. Təhsil, maarifçilik kanalı yüksək peşəkarlığa malik olmalıdır. “Təhsil TV”, “Medical Media” bunlar maraqlı iddiaçılardır. Dünya praktikasında ixtisaslaşmış studiyaları görə bilərik. Mahiyyətcə yaxşıdır. İddiaçının texniki imkanları, yaradıcı potensialı və konsepsiyası olmalıdır. Müsabiqə yenidən elan olunmalıdır, iddiaçıların iradları qəbul edib yenidən müraciətlər etməlidirlər”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV yayım kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim etmişdi.
Şura, heç bir iddiaçıda təhsil, elm və maarifləndirmə janrlı ümumilikdə televiziya kanalının fəaliyyəti üçün müvafiq potensialın olmadığı qənaətinə gəlib.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-08-2021, 10:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-08-2021, 10:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29