Deputat Vüqar İskəndərov iddialara münasibət bildirdi: - "Görünür, ortada müəyyən qərəz var..."
“Bəzi saytlarda haqqımda həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Təəssüf hissi ilə qeyd edirəm ki, 1 illik deputatlıq fəaliyyətimdə, demək olar, müraciət edən bütün Kütləvi İnformasiya Vasitələri ilə açıq formada işləyirəm. O baxımdan ən azından həmin saytlarda çalışanlar mənimlə əlaqə saxlayıb, mövqe öyrənə və məlumatları dəqiqləşdirə bilərdilər. Çünki məqalədə yer alan məlumatların əksəriyyəti təhrif olunmuş formadadır.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar İskəndərov deyib.
V.İskəndərov bildirib ki, hazırda Milli Məclisin deputatları məzuniyyətə buraxılsa da, o, iş başındadır: “Peşəkar jurnalistikadan söhbət gedirsə, düşünürəm, həmin saytlar da mənlə əlaqə saxlamalı idi. Görünür, ortada müəyyən qərəz var. İstərdik ki, ölkənin taleyüklü məsələlərinə mövqe bildirək, nəinki belə həqiqətə uygun olmayan fikirlərə. Bütün jurnalistlərə dərin hörmətimi bildirərək, hər biri ilə konstruktiv əməkdaşlığa və açıq müzakirələrə hazır olduğumu qeyd edirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-08-2021, 11:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-08-2021, 11:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti