reklam
Regionxeberlericom.az » Sosial » Deputatların toxunulmazlığı ləğv olunsa... – Nə baş VERƏR?

reklam

Deputatların toxunulmazlığı ləğv olunsa... – Nə baş VERƏR?



Parlamentə keçirlən seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş Milli Məclisin deputatı seçilə bilər. Səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır.

Bu imtiyaz Azərbaycan da daxil olmaqla dünyanın demək olar ki, bütün ölkələrində var. Deputat toxunulmazlığı olmayan ölklərin sayı isə bir və ya bir neçədir. Həmin nümunəyə Ukraynanı misal gətirmək olar ki, bu ölkədə hüquqi təminat sayılan deputatlıq toxunulmazlığı məmurlaşmış parlament səbəbindən sonradan ləğv edildi.

Maraqlıdır, Azərbaycanda deputatlıq toxunulmazlığı götürülə bilərmi? Ləğv olunsa, nə baş verər?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında deputat toxunulmazlığının ləğvinə ehtiyac olmadığını bildirib:

“Deputat toxunulmazlığı onun müstəqil fəaliyyət göstərməsinin hüquqi təminatlarından biridir. Fikrimcə, bunun olması vacibdir. Çünki deputatlar həm hakimiyyət, həm də müxalifət partiyalarından olur. Belə təminaların olmaması xüsusilə də müxalifətdən olan deputatlara çox ciddi problemlər yarada bilər. Burada beynəlxalq standartlara və insan hüquqlarına zidd heç nə yoxdur”.

Vəkilin sözlərinə görə bir neçə dövlət istisna olunmaqla, ölkələrin böyük əksəriyyətində deputat toxunulmazlığı var:

“Ukraynda da onun götürülməsinin əsasları var idi. Hesab edirdilər ki, deputatların bəziləri məmur idi və korrupsiyaya uğramışdıar. Düşünürdülər ki, deputat toxunulmazlığı onlara imkan verir ki, cinayət törətsinlər. Bütün vətəndaşlara eyni hüququi status yaratmaq üçün bu imtiyazı götürdülər. Amma əminəm ki, müəyyən dövrdən sonra o, bərpa olunacaq”.

Əsabəli Mustafayev əlavə edib ki, çoxluq ölkələrdə parlamentin icazəsi olmadan deputat haqqında cinayət işi aparıla bilməz:

“Mütləq parlament icazə verməlidir və deputatın hüquqi toxunulmazlığı, götürülməlidir. Ondan sonra istintaq gedə bilər. Bəzi ölkələrdə proses bir qədər fərqlidir. Müxtəlif ölkələrdə bu toxunulmazlığın təminatı müxtəlif qurumlardan asılı ola bilər. Məsələn, Azərbaycanda buna parlament cavabdehdir. Yaxud elə ölkələr var ki, orada deputat toxunulmazlığını Ədliyyə Nazirliyi həyata keçirir. Bir nümunə gətirim. Tutaq ki, Fransada seçkiləri Daxili İşlər Nazirliyi keçirir. Bu o demək deyil ki, orada məsələyə qeyri-obyektiv yanaşa bilərlər və yaxud təmsil olunduğu partiyanın xeyrinə apara bilərlər. Hüquqi standartlar buna imkan vermir”.


Paylaş:


Müəllif : Tarix:
9-08-2021, 13:35
Sikayət   


loading...
Загрузка...