Bakıda iş adamının başına gələn film kimi hadisə - Basqınçılardan biri öz sürücüsü olub
Bakıda iş adamına qarşı quldurluqda ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. O, öz müdirinə qarşı quldurluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Qurbanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.
Hadisə 2018-ci ilin fevral ayında Nərimanov rayonu ərazisində baş verib. Həmin gün iş adamı Mehman Alməmmədova basqın olub.
Basqın zamanı içərisində 119 min manat olan çantanı götürən Bəxtiyar Qayıbov hadisədən sonra saxlansa da, məlum olub ki, içərisində 100-lük və 50-lik olan pul dolu çantadan bir ədəd 50 manatlıq götürə bilib.
Uzun müddət "Nizami" metrostansiyası ilə üzbəüz yerləşən binanın birinci mərtəbəsindəki çay evinə gedib-gələn B.Qayıbov həmin çay evində adlarını eşitdiyi Samir, Mehman və digər şəxslərin bank işi ilə məşğul olduqlarını, böyük məbləğdə pulları olduğunu öyrənə bilib. Təxminən iki ay Mehmanla Samiri izləyib. Mütəmadi olaraq Samirin idarə etdiyi "Tofaş Şahin" markalı avtomobillə Mehmanın "Nəsimi" bazarı yaxınlığında yerləşən "BTB Bank" və Nərimanov rayonu M.Araz küçəsindəki "Avesta Holdinq"in yanında yerləşən şirkətə gedib-gəldiklərini görüb.
Bəxtiyar Qayıbov ifadəsində göstərib ki, növbəti dəfə fevralın 16-da çay evinə gedərkən Samir Qurbanovun maşınının yenə də obyektin qarşısında olduğunu, Mehmanın isə köşkdən nəsə alıb maşına əyləşdiyini görüb. Onların pul götürmək üçün getdiklərini düşünən Bəxtiyar taksi saxlatdırıb və arxalarınca sürdürüb. "Nəsimi" bazarının qarşısında Mehman maşından düşüb "BTB Bank"a girib. B.Qayıbov da öz növbəsində taksini saxladıb və Mehmangili izləməyə davam edib.
Mehman banka girdikdən təxminən bir saat sonra oradan çıxıb, maşına əyləşib və "Avesta Holdinq"in yanındakı şirkətə yollanıb. Onların arxasınca həmin ünvana gələn Bəxtiyar Mehmanın əlində tünd rəngli idman çantası ilə şirkətə sarı getməsinin şahidi olub. Axşam saat 18-19 radələrində şirkətdən çıxan Mehman avtomobilin qapısını açıb əyləşmək istədikdə Bəxtiyar qapını əli ilə tutub saxlayıb. Mehman ondan nə lazım olduğunu soruşub.
Bəxtiayrın ifadəsindən: "Dedim, düş, keç arxada otur. Dedi, düşməyəcəyəm. Avtomobilin arxa oturacağında qandal var idi. Əlimlə Mehmanın çənəsindən itələdim, qandalı qollarına taxdım. Sonra arxada oturub Mehmanın paltosunun boynundan tutdum. Dedi, məni vurma, xəstəyəm. Samirə avtomobili idarəyə sürməsini söylədim. Mehman da "qorotdel"ə sür" dedi".
B.Qayıbov iş adamının həyəcanlandığını görüncə "narahat olma, mənə sən lazım deyilsən, sənin tanışın var, onu axtarıram, idarəyə gedək, orada bilərsən" deyib. Sonra isə çantada nə olduğunu soruşub. Mehman çantadakı pulların banka məxsus olduğunu bildirib. B.Qayıbov əlini uzadıb içərisində pul olan çantanı ayaq altından götürüb. Bu zaman Mehman Samirə maşını "bandotdel"ə sürməyi əmr edib.
"Samirin üzünə sillə vurub dedim ki, mən deyən yerə sür. Avtomobili yaşadığım ünvana tərəf sürdürdüm. Beynəlxalq Universitetə çatanda maşını ara küçədə saxlatdım. Maşın dayanan kimi çantanı da götürüb qaçmağa başladım. Yolda çantanın içərisindən 50 manatlıq pul paçkasının arasından bir ədəd 50 manatlıq götürdüm. Marketə girib özümə 5 manatlıq kontur aldım. Çıxarkən qapıda Samirlə qarşılaşdım. Çantanı onun üstünə atıb qaçdım. Bundan sonra nə Samiri, nə də Mehmanı görməmişəm"- deyə Bəxtiyar bildirib.
Məhkəmə prosesi zamanı B.Qayıbov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək 50 manat pula görə həyatının məhv olduğunu deyib: "Mənim 28 yaşım var, 50 manata görə həyatım məhv olur".
Hakim ondan hadisə zamanı zərərçəkmişin qoluna vurduğu qandalı haradan tapdığını soruşduqda müttəhim "qandal onun öz qandalı olub, onun üstünə silah çəkməmişəm ki" deyə cavab verib.
Bəxtiyar artıq bu əməlinə görə cəza alıb və həbsdədir.
Samir Qurbanov isə istintaqdan yayındığı üçün bir müddət sonra həbs edilib. Onun hərəkətlərində şübhəli məqamlar olduğu üçün basqında təqsirli bilinir.
Zərərçəkmiş Mehman Alməmmədov ifadəsində göstərib ki, müxtəlif şəxslərə məxsus evlərin təmir-tikintisi, həmçinin xaricdən tikinti materialları gətirərək satışı ilə məşğul olur. Gün ərzində işi ilə əlaqədar müxtəlif obyektlərə baş çəkdiyini, çox zaman üzərində külli miqdarda pul olduğunu, sürücüsü Samirin də bundan məlumatı olduğunu deyib.
İş adamı bu ifadəsində Samirdən şübhələndiyinə işarə edir.
Mehman Alməmmədov hadisədən bir həftə əvvəl dostu Ziya və sürücüsü Samirlə birgə restorandan çıxıb "BTB Bank"a sarı gələrkən Ziyanın "Nissan Sunny" avtomobilinin yanında bir nəfər qaraşın, idmançıya oxşar şəxsin dayandığını görüb. Ziya maşını internetdə satışa qoyduğuna görə əvvəl elə biliblər ki, maşın almaq istəyən hansısa müştəridir. Mehman sürücüsünü həmin şəxsin yanına göndərib: "Samir 10-15 dəqiqədən sonra yanımıza qayıtdı və Ziyadan polisdə nə problemi olduğunu soruşdu. Ziya da polislik bir işinin olmadığını dedi. Həmin şəxsin şalvarının belindən qandal asılmışdı. Samirin sözlərinə inandım, onun polis olduğuna əmin oldum. Bir neçə gün sonra Ziya tanışları vasitəsilə maraqlandıqda polisdə barəsində heç bir şikayət olmadığını öyrənib".
Fevralın 16-da M.Alməmmədovu pul köçürmək üçün sürücüsü ilə birlikdə "BTB Bank"a, daha sonra Nərimanov rayonu ərazisindəki "Forte" tikinti şirkətinə gedib:
"Səhər evdən çıxandan sonra telefonda danışarkən həmin gün pul götürəcəyimi demişdim. Şirkətdə kassadan 70 min dollar götürdüm, geri qayıtdım. İçərisindəki pul olan çantanı ayaqaltına qoydum. Bu zaman kimsə qapını tutub saxladı. Nə lazım olduğunu dedim. Əlinin dirsək hissəsi ilə boğazımdan basaraq, sol dizini ayaqlarımın üstünə qoydu, tərpənməyə imkan vermədi. Nəfəs ala bilmirdim, boğulurdum. Əlimlə ona müqavimət göstərdim. O, "idarəyə gedərik, orda bilərsən, mən kiməm" dedi".
İş adamı sürücüsünə şirkətdən köməyə adam çağırmasını xahiş edib. Samir isə avtomobildən yerə düşməyib, basqın edən şəxsdən nə baş verdiyini soruşub. Elə bu zaman Bəxtiyar əlindəki qandalla iş adamının qollarını qandallayıb:
"Düşündüm ki, polisdir, müqavimət göstərmədim. Arxa oturacaqda əyləşib boğazımdan yapışıb boğmağa başladı. Dedim belə eləmə, xəstəyəm. O isə başımdan və böyrümdən yumruqlamağa davam etdi. Sonra isə Samirə avtomobili polis idarəsinə sürməyi əmr etdi. Dedi ki, Xətai polisinə sür. Məndən çantada nə olduğunu xəbər aldı. Çantanı götürmək istəyəndə mane oldum, başıma yumruq vurdu".
Basqınçının sərxoş olduğunu hiss edən iş adamı sürücüdən maşını "bandotdel"ə sürməyi tələb edib. Sürücü isə deyilənlərə məhəl qoymayıb: "Dedim, tez ol, sənədlərini göstər görüm, kimsən. Dedi, narahat olma, idarədə aydınlaşdıracağıq. Maşını "Ankara" restoranına sarı sürdürdü. Dedi ki, sən yaxşı oğlana oxşayırsan, bəlkə səni polisə aparmadım, elə məsələni burda həll elədik. Polis idarəsinin bu tərəfdə olmadığını dedikdə yenidən başıma yumruq vurdu, bir anlıq huşumu itirdim. Özümə gəldikdə gördüm ki, qapını açıb çantanı da götürüb qaçır. Sürücüyə maşını onun arxasınca sürməyi əmr etdim. Samir maşından düşüb onun arxasınca qaçdı. Mən də bir qədər onların arxasınca qaçsam da, halım olmadı, dayandım. 102-yə zəng vurub hadisə barədə məlumat verdim".
Samir sonuncu məhkəmə iclasında ifadə verib.
O deyib ki, bu cinayət əməlində iştirakı olmayıb, hadisədən sonra gizlənməsinin səbəbi də qorxması olub:
"Mən Bəxtiayrın arxasınca qaçmışam. Marketdə rastlaşanda çantanı mənim üstümə atdı. Sonra mən Mehmana zəng elədim. Mənə dedi ki, çantada 100 mindən çox pul var. Gördüm ki, iş mənim üstünə qalacaq. Halbuki çantada pul az idi. Ona görə də qorxub gizləndim".
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.
Prokuror çıxışında Samir Qurbanova 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Prosesdə məlum olub ki, zərər ödənilib və zərərçəkmiş Samir Qurbanovu bağışlayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2021, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2021, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09