reklam
Regionxeberlericom.az » Sosial » Məşhur səyyah Operativ Qərargahı TOPA TUTDU: - "Dünyanın ən təhlükəli virusu analoqu olmayan Azərbaycan virusudur"

reklam

Məşhur səyyah Operativ Qərargahı TOPA TUTDU: - "Dünyanın ən təhlükəli virusu analoqu olmayan Azərbaycan virusudur"



Azərbaycanın tanınmış səyyahı Azər Qərib Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarları sərt tənqid edib.

Yenicag.az xəbər verir ki, Azər Qərib kinayəli şəkildə koronavirusun ən təhlükəli ştammının Azərbaycan variantı olduğunu qeyd edib.

“O deyirlər e, ay “Biratnski” ştam belə getdi, ay nə bilim “Afrikanski” ştam belə gəldi, Delta filan, hamısı boş şeydi.

Dünyanın ən təhlükəli, ən şıltaq, ən “nipridskazuyemıy” virusu bizim analoqu olmayan milli Azərbaycan virusudur”, – deyə səyyah vurğulayıb.

Azər Qərib həftəsonu icitmai nəqliyyatın fəaliyyətinin dayandırılmasını da lağa qoyub:

“Baxın, bütün həftə “Baku Bus”ın basları basabas, ağzına qədər dolu, metro ağzına qədər dolu, amma bizim “izbalovannıy” virusumuz minmir ki, mən “imennı” şənbə-bazar minmək istəyirəm, sərnişinlərin az olan günlərində.

O gün oturtmuşam virusu qabağıma, deyirəm ay virus, bax sənin “uje paçti” 3 yaşın olacaq bu gün-sabah, sənin nə vaxt ağlın gələcək başına?

Gül kimi varlının 300 nəfərlik toyuna getmirsən, qəşəng restoran, dəbli qonaqlar, qapıda heç kim “kovid-pasport” yoxlamır, reyd keçirmir, get rahatca yoluxdur da camaatı!

Nə var daraşmısan bu yetim-yesirin 100 nəfəlik toyuna? Yaraşarmı sənə “prastoy” şadlıq sarayı, ya kənddə palatka toyu?

Təmiz havada, imkanlının bağ evində keçirilən yasa getmirsən, zövqlü masa, aş, çeşidli qara, banana qədər var məclisdə, insan axını da dayanmır, ora getmirsən, verirsən özünü kasıbın 50 nəfərlik yasına, utanmırsan?

Nə isə, çox danışdım yenə, dediyim odur ki, toya-yasa gedəndə babat “krışası” olan yerlərə gedin ki, ora nə virus soxula bilsin, nə də cərimə yazanlar”.


Paylaş:


Müəllif : Tarix:
11-08-2021, 12:27
Sikayət   


loading...
Загрузка...