Goranboyda 10 kq marixuana ilə tutulan şəxs həbsdən necə sıyrıldı? - Narkobaron hərbçilərə də kəf gəlirmiş
Son aylarda ölkə ərazisində sürətlə yayılan, daha çox gənclər və hətta qadınlar da daxil olmaqla istifadəsi gözlənilməz həddə çatan bir sıra narkotik vasitələrin dövriyyəsi ictimaiyyəti və dövlətin bütün qurumlarını ciddi narahat etməkdədir. Xüsusilə polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması, "ağ ölüm"ün qarşısının alınması istiqamətində əməliyyatlar qətiyyətlə davam etdirilir. Buna dair çağırışların miqyası, həyəcan təbili daha da böyüyür.
"Demokratik.Az" rəsmi məlumatlara istinadən xatırladır ki, təkcə son bir həftədə polislərin həyata keçirdiyi uğurlu və məqsədyönlü əməliyyat-axtarış tədbirləri sayəsində 14 narkotacir 27 kq çəkidə müxtəlif adda narkotik maddə ilə saxlanılıblar. Elə bir neçə gün əvvəl DİN-in Narkotiklərlə Mübarizə Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Goranboy rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş Tərtər rayon sakinləri Sabir Məmmədovun, Dağlar Misirovun və Elçin Məmmədovun saxlanılması bu qəbildəndir.
Sözügedən əməliyyata dair DİN-in açqladığı ayrıca şərhdə bildirilirdi ki, sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 450 qram olan marixuana aşkar edilib. Əməliyyat zamanı saxlanılan şəxslər ifadələrində marixuananı satmaq məqəsədi ilə əldə etdiklərini və daşıdıqlarını bildiriblər. Onlar barəsində müvafiq cinayət işi açılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.
"Demokratik.Az"-a Tərtər rayon sakinlərinin dediyinə görə, Goranboyda saxlanılan şəxslərdən biri, vətəndaş Məmmədov Elçin Saleh oğlunun narkotik vasitə daşıdığı "AZ-90-SB-643" dövlət nömrə nişanlı avtomaşını əlindən alınıb istintaqda saxlanılsa da, nədənsə özü dərhal sərbəst buraxılıb.
Digər yandaşlarından fərqli olaraq həbs qətimkan tədbirindən sıyrılmağı bacaran şəxsin bir neçə gündür yaşadığı Tərtərdə heç nə olmamış kimi var-gəl etdiyi, günaşırı çağırışla Goranboya gedib-gəldiyi iddia edilir. Anlaşılan, onun adı məlum narkocinayətə sadəcə şahid kimi tövsif edilib. Tərtərdə yaşayan bir çox vətəndaşın dediyinə görə isə Elçin Məmmədovu rayonda həm də sələmçi kimi tanıyırlar.
"Bu hadisə şəxsən bizim üçün gözlənilməz və təəccüblü olmadı. Elçini yaxşı tanıyırıq. Adamın narkotiklə əlləşdiyini dəfələrlə eşitmişik, amma tutulubsa niyə və hansı əsaslarla əlini-qolunu rahatlıqla sallayıb Tərtərdə gəzdiyini deyə bilmirəm. Özü şaiyələr yayır ki, rüşvət verib sərbəst qalıb, amma inanırıq ki, maşınında bilə-bilə nəşə daşıyan birini dövlətin hüquq mühafizə qurumları təcili qandallayacaq. Elçini bizim rayonda sələmçi kimi də tanıyırlar. O, 10-larla hərbçinin başına müsibət açıb, insanlara faizlə pul paylamaqla ya maaşlarını, ya da aylıq sələmpulunu yeyib. Barəsində dəfələrlə şikayətlər etmişik, faydasız olub. Elçin Məmmədov ötən illərdə sələmçilik yolu ilə bizim ailəmizə və MAXE kimi hərbi xidmət keçən Bəylərov Kərəm Göyüş oğluna ümumilikdə 15 min manatdan çox maddi ziyan vurub. Hərbçi övladımı da aldadıb. Eləcə də bir çox şəxslə arasında anoloji sələmçilik problemləri yaranıb" - deyə "Demokratik.Az" saytına müraciətlərində Tərtərin Sarıcalı kəndində məskunlaşmış Kəlbəcər sakinləri Oqtay Nəcəfov və Əfruz Nəcəfova bildirib. Vətəndaş onu da iddia edir ki, Elçin Məmmədovun digər əmələ görə məhkumluğu da mövcuddur və o dəfələrlə şikayətçinin özünü və ailəsini kriminal jarqonlarla təhdid də edib.
Bundan başqa, adlarının açıqlanmasını istəməyən digər Tərtərlilər də saytımız vasitəsilə DİN rəhbərliyinə və Baş prokurorluğuna səslənərək olayın ciddi araşdırılmasını və Elçin Məmmədovun necə sərbəst qalmasını, qanunsuz əsaslara dayanan sələmçilik əməllərinin də durdurulması barədə qanunamüvafiq ölçü götürülməsini xahiş edirlər.
Xüsusi qeyd: "Hamılıqla ölkəmizdə tuğyan edən narkomaniyaya qarşı mübarizə aparmalı, bu mənada işini şərəflə yerinə yetirən Azərbaycan polisinə hər cür dəstək olmalıyıq. Xüsusilə tərəddüdsüz olaraq öz sinəsini narkobaronlara - narkomaniyaya qarşı sipər edən dəyərli DİN nazirimiz cənab Vilayət Eyvazova və sadiq komandasına da bu kimi məlumatları çatdırmalıyıq. Çatdırmalıyıq ki, DİN rəhbərliyinin mətinliklə başlatdığı mühüm işə kölgə salınmasın, qanun, ədalət və şəffaflıq millət və dövlət naminə zəfər çalsın!
Narkotikə və Narkomaniyaya birdəfəlik YOX! DEYƏK !
Osman Nərimanoğlu
Demokratik.Az
Paylaş:
Müəllif : Yazar
Tarix:12-08-2021, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-08-2021, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti