Qarabağlılar Qarabağa turist kimi gedəcək? - ETİRAZ
“Dövlət Turizm Agentliyi Qarabağ turizm marşrutları konsepsiyası hazırlayır. Konsepsiyada Ağdam və Füzuli-Xocavənd marşrutları üzrə turlar nəzərdə tutulur…”
Bunu Bakı-Şimal-Qərb dəhlizi layihəsinin koordinatoru Nizami Qasımov deyib. O bildirib ki, Ağdama turların avqustun axırında reallaşması, əsasən ağdamlılar olmaqla, yaşlı nəslin nümayəndələrinin səfərləri planlaşdırılır. Dövlət Turizm Agentliyinin Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə qeyd edib ki, turların qiyməti hələ müəyyən edilməyib:
“Amma simvolik olacaq. Biletləri onlayn və offlayn əldə etmək mümkün olacaq. Füzuli-Xocavənd marşrutu üzrə turların gələn il həyata keçirilməsi nəzərdə tutulur. Tələbat olarsa, bu istiqamətdə işlər intensivləşdiriləcək”.
Açıqlamalardan belə anlaşılır ki, insanlar vaxtilə yaşadıqları, sonra işğal olunan, dağıdılan ev-eşiklərinə, kənd və şəhərlərinə turist qismində aparılacaq. Niyyət xoş ola bilər, amma çox əcaib görünür. Bu ideyanı ortaya atanların məqsədi nədir? İnsanların öz yurdlarına pullu turistik səfər etmələrini təşkil etmək nə dərəcədə doğru və etikdir?
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə “Press Klub”a açıqlamasında vətəndaşlarımızın Ağdama səfərinin planlaşdırıldığını təsdiqlədi:
“Bunun üzərində digər dövlət qurumları ilə birgə müvafiq işlər aparılır. Planlaşdırmaya görə, bu proses yaxın zamanda bitməlidir və səfərlərə başlanmalıdır. Səfərlərlə bağlı detallar hazırlıq mərhələsi bitəndən sonra ictimaiyyətə açıqlanacaq”.
Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Samir Dübəndi “Press Klub”a fikirlərini açıqlayarkən məlumatın təhrif olunduğunu söylədi:
“Mənim tanış olduğum məlumatlar içərisində vətəndaşlarımızın Qarabağa səfərinin pulla təşkil olunması barədə heç nə yox idi. İkincisi, əgər həmin insanlar üçün pullu turistik səfər təşkil edilsə belə, buna da normal baxıram, normal təcrübədir. Kiçik bir misal gətirəcəyəm. Mən bakılıyam, Bakı mənim kiçik vətənimdir. Tutaq ki, mən xarici ölkələrin birinə köçmüşəm, indi isə Bakıya tur təşkil edirlər və mənim də vətənimi görmək imkanım yaranır… İndi həmin ərazilərimizdən köçkün düşmüş insanlar var. Onlar da öz kiçik vətəninə 30 ildir həsrət qalıblar. Həmin insanları turla o ərazilərə aparmaq çox yaxşı olardı”.
Ekspertin qənaətinə görə, işğaldan azad edilən ərazilər təhlükəsizlik baxımından uyğun vəziyyətdə olmadığı üçün dövlət tərəfindən bu cür turları təşkil etmək zərurəti yaranıb:
“Minalarla yanaşı, mənfur düşmənlərimizin xarabalığa çevirdikləri yerlər var. Əsas şərt o deyil ki, bütün keçmiş məcburi köçkünləri dövlət qurumu həmin ərazilərə yalnız turist kimi qəbul edir. İnsanlar özləri də ora gedib-gələ bilərlər. Amma bu gün təhlükəsizlik baxımından uyğun olmadığı üçün buna yol verilmir. Yalnız bütün təhlükələr aradan qaldırıldıqdan sonra hər kəs həmin yerləri ziyarət edə biləcək”.
S. Dübəndinin sözlərinə görə, təhlükənin mövcud olduğu bir şəraitdə dövlət qurumunun bu işi öz üzərinə götürərək ora mütəşəkkil qaydada səfərlər təşkil etmək istəməsi heç də pis deyil.
REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə “Press Klub”a şərhində qeyd etdi ki, Dövlət Turizm Agentliyinin bu cür təşəbbüslə çıxış etməsi etnik deyil:
“Əgər söhbət təhlükəsizlik qaydalarına əməl edərək, minalanmış zonalardan yan keçərək insanların öz doğma yurdlarına səfərinin təşkil edilməsindən gedirsə, bununla Turizm Agentliyi deyil, hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bəlli qruplar şəklində, təhlükəsizlik qaydalarına əməl edərək həmin qrupların öz dədə-baba yurdlarına səfər etməsi, onların təhlükəsizliyinin təmin edilməsi yolu ilə belə bir addım atıla bilərdi və atılmalı idi. Bunu normal qarşılamaq olardı. Amma əhalinin sırf turistik mahiyyətli öz yurdlarına pullu səfərlərinin təşkili ən azından etik sayıla bilməz”.
N.Cəfərlinin sözlərinə görə, Dövlət Turizm Agentliyi istər xarici vətəndaşlar, istərsə də həmvətənlərimiz olsun, kimlər istəyirsə, kənar şəxslərin Şuşa, Kəlbəcər, Laçın və digər yerlərə turlarını təşkil edə bilər:
“Amma həmin torpaqlardan çıxmış insanların öz dədə-baba yurdlarına getməsi, qəbristanlıqları ziyarət etməsi, uzun illər həsrət qaldıqları torpaqları görməsi üçün pullu səfərlərin təşkili məntiqsizlikdir. Əgər bu barədə xəbərlər həqiqətdirsə, bunun heç bir izahı ola bilməz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-08-2021, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-08-2021, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29