"Bütün kənddə qaz var, bircə mənim evimdən başqa..." - NARAZILIQ!
Ucar rayonunun Alpı kəndinin sakini Cavid Əliyevin şikayəti var. Deyir, evini 2013-cü ildə tikib bitirib. Elə o vaxtdan vəd veriblər ki, tezliklə yaşadığı əraziyə qaz çəkiləcək. İl olub 2021, hələ də deyilən vədlərə əməl edilmir:
“Kənddə mənim evim tikiləndən 1 il sonra qazlaşdırma aparıldı. Ancaq evimə qaz xətti çəkilmədi. Buna görə aidiyyatı qurumlara dəfələrlə getmişəm, şikayət də etmişəm, yenə də problem həll edilməyib”.
Cavid Əliyev deyir ki, hətta kənddə qazın açılışını etdikləri gün də gedib, deyib, “bəs bizim evə qaz çəkilməyib axı”. Bu zaman onu sakitləşdirib evə gödəriblər, söz veriblər ki, problem tezliklə həll olunacaq:
“Problemi də belə həll etdilər ki, gəlib hesabladılar. Mənim evimə ən yaxın qazlaşdırılmış evdən 350 metr məsafə var. Dedilər ki, materialını al, ustanın da pulunu ver, gələk çəkək. Material da hər metrinə minimum 4 manatdır, ustaya da hər metrinə görə 2 manat. İki min manatdan çox edir. Mən heç yerdə işləmirəm, o qədər pulu haradan alım?”
Cavid Əliyevin iki qızı var. Hər ikisi körpədir. Deyir, qışda bu ərazilərdə odun da tapılmır ki, heç olmasa soba ilə evi qızdırsınlar. Məcbur qalıb atasıgilə köçürlər:
“Digər qardaşımgil də orada yaşayır. Yaşlı adamdılar, uşaqların səsi-küyü narahat edir. Biz də narahat oluruq, belə olsun istəmirəm. Kaş elə bizim qaz problemimiz həll olsun və qışı öz evimizdə, rahat keçirək. Bütün kənddə qaz var, bircə mənim evimdən başqa”.
Şikayətçi deyir ki, ona yaxın 10-dan artıq ev var və hamısına qaz çəkilib. Hətta qonşuluqda yaşayış olmayan bir ev var ki, o da qazlaşdırılıb, ancaq onların evinə qaz verilmir. Verilirsə də, çəkilməsi üçün ondan pul tələb edilir. Onun isə imkanı yoxdur o qədər vəsaiti verməyə:
“İşsizəm, çətindir, mənim o qədər imkanım yoxdur. Olanda fəhləlik edirəm, bəzən həftələrlə işsiz qalıram. Daimi bir işim, gəlirim yoxdur. Hardan alım o qədər pulu? Heç bəzən bir il ərzində mənim 2 min manatlıq qazancım olmur. Nə edim? Pulu olmayan ölməlidir? Pulum yoxdur deyə dövlətin xidmətindən də məhrumam”.
Ucar Rayon İcra Hakimiyyətindən qaz xətti çəkilişinin onların işi olmadığını söyləyiblər. Bildiriblər ki, bu işdə adətən ayrı-seçkilik olmur. Bir kəndə qaz çəkilirsə, bütün evlər qazlaşdırılır. Görünür, nəsə problem olub:
“Bəlkə də ev qaz çəkilməsi üçün uyğun olmayıb, təhlükə olduğu üçün saxlanılıb”.
Ucar Rayon Qaz İstismar İdarəsindən isə bildirilib ki, qaz çəkilişi zamanı tam hazır olmayan, tikinti işi tamamlanmamış evlərə qaz verilmir:
“Təhlükəsizlik baxımından tikintisi tamamlanmamış evlərə qaz verilmir. Görünür həmin ev tam tikili olmayıb, ona görə ora qaz çəkilməyib. Tikintisi tamamlandıqdan sonra vətəndaş ərizə ilə müraciət etsin, hər hansı problem olmaz”.
Cavid Əliyev isə deyir ki, qaz çəkilişi zamanı evi hazır olub, damı vurulub, pəncərəsi, qapısı olub:
“Biz evdə yaşayırdıq da. Düzdür, bəzi otaqlar təmirsiz idi, amma təmir etdiklərimiz də var idi. Bunlar bəhanədir. Bəlkə mən ümumiyyətlə təmirsiz evdə yaşamaq istəyirəm? Təmirin nə dəxli var? Əsas lazımlı işlərin hamısı görülmüşdü. Üstəlik, həmin vaxt 1 ildən artıq idi o evdə yaşayırdıq. İndi ev tamamilə bitib, hazırdır. Bəs indi bəhanələri nədir?”
Meydan TV
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-08-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09