Tibb işçilərinin şikayəti deputatları da narahat edir: - problem imtahanda, yoxsa üsuldadır?
Tibb işçilərinin sertifikasiya imtahanı bir çox hallarda narazılıqla qarşılanır. Onlar təkmilləşməyə, daim oxuyub öyrənməyə qarşı olmadıqlarını, əksinə bunu dəstədiklərini deyirlər. Lakin beş ildən bir keçirilən sertifikasiya imtahanını effektiv hesab etmirlər.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin Səhiyyə və Elm və təhsil komitələrinin üzvü Müşfiq Məmmədli deyib ki, tibb işçilərinin sertifikasiya imtahanı ilə bağlı onları da narahat edən məqamlar var və bu barədə müəyyən məsləhətləşmələr aparıblar: “Sertifikasiya imtahanlarında bəzi məqamlar bizim üçün də narahatlıq yaradır. Bu da ondan ibarətdir ki, sertifikasiya daha çox praktiki vərdişlərin həkimlər və tibb işçiləri tərəfindən mənimsənilməsinin keyfiyyətini yoxlamaqdan ibarətdir. Bu praktiki vərdişləri mənimsəmiş tibb işçiləri normal fəaliyyətləri müddətində rahatlıqla bu prosesi tətbiq edə bilsinlər və onların tətbiqetmə keyfiyyətinin müəyyənləşdirilməsi, o cümlədən nəzəri biliklərinin müəyyənləşdirilməsi istiqamətində ola bilər”.
“Sadəcə olaraq böyük rəqəmlər topluluğunun və yazılı məlumatın yaddaşda saxlanılaraq əzbərlənmiş formada yenidən imtahanlar şəklində tətbiqi bu gözləntiləri demək olar ki, doğrultmur. Bu baxımdan, biz, şəxsən özüm Səhiyyə komitəsinin üzvü kimi səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevlə də, Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə də bu barədə müəyyən məsləhətləşmələr aparmışıq. Səhiyyə, eləcə də Elm və təhsil komitəsində də bu məsələ həm həmkarlarım, həm də özüm tərəfindən qaldırılıb”, - deyə deputat bildirib.
Əlavə edib ki, ona bu barədə müraciətlər də olub: “3 minə qədər tibb işçisi və həkim tərəfindən bu barədə müraciət olunub və mən də seçicilərimizin fikirlərini və onların tələblərini icraedici qurumlar qarşısında qaldırmağı özümə borc bilirəm”.
Sertifikasiya imtahanından sonra məvacibin artırılması tələbi ilə edilən çıxışlara isə Məmmədlinin reaksiyası belə olub: “Burada sertifikasiya bilik və bacarıqların növbəti beş il üçün sərbəst praktik fəaliyyət göstərmək üçün uyğun olub-olmamasını müəyyənləşdirmək üçündür. Yəni bu, müəyyən bir mərhələdə maaş artımı istiqamətində aparılan imtahan deyil, sırf bilik və bacarıqların yoxlanılması istiqamətində aparılan imtahandır. Maaş məsələsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müəyyən standartları çərçivəsində, müvəffəqiyyətli işçilərin maaşlarına həvəsləndirici əlavələrin olması yolu ilə mümkündür”.
“Sertifikasiyanın daha fərqli bir formatda aparılması və davamlı, fasiləsiz tibbi təhsil istiqamətində yönəlməsi daha məqsəduyğun olar”, - deyən Milli Məclis üzvü təkmilləşdirmə kurslarının ödənişli olması məsələsinə də münasibət bildirib: “Əgər sertifikasiya haqqında qərar Nazirlər Kabinetinin müvafiq sərəncamı, təlimatı ilə tənzimlənirsə, Əmək Məcəlləsində bu barədə müddəa varsa, bu, dövlət və özəl strukturlar üçün keçərli olmalıdır. Özəl strukturlarda kursların ödənişli olmasında, məncə, narahatlıq və ziddiyyət yaradan məqam yoxdur. Dövlət strukturlarında isə pablik hüquqi şəxs statusunda olduqlarına görə, digər qarşı tərəfin də müəyyən iqtisadi çərçivədə bu kursların ödənilməsi məsələsinin öz həllini tapacağını düşünürəm”.
“Ümumiyyətlə, biz ödənişsiz xidmət, fəaliyyət anlayışına yeni iqtisadi prizmadan, bir qədər fərqli pəncərədən yanaşmalıyıq. Ödənişi kim tərəfindən qarşılanan xidmət barədə danışmaq daha doğru olardı. Kursların özəl struktur tərəfindən ödənişli olmasında bir problem görmürəm. Amma həkimlərin həmin kurslarda iştirakı üçün və ya maaşlarında hansısa problemlər yaradılırsa, bu, qanun pozuntusudur”, - deyə deputat fikrini yekunlaşdırıb.
Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev isə AYNA-ya deyib ki, müxtəlif peşə sahələrində fəaliyyət göstərənlərin bilik və bacarıqlarının yoxlanılması üçün imtahan keçirilməsində bir qəbahət yoxdur, lakin üsulu düzgün seçmək lazımdır: “Ümumiyyətlə, hər bir sahə üzrə imtahan keçirilməsi yaxşı bir şeydir. Lakin bizdə xoş olmayan tərəf imtahanın test üsulu ilə keçirilməsidir. Bu üsul əzbərçiliyə əsaslanır. İngiltərə kimi ölkədə test üsulundan sonra bir də cavabı əsaslandırma mərhələsi olur. Yalnız bu zaman müəllimin də, həkimin də öz sahəsinə nə qədər bələd olduğu bilinir. Çox təəssüf ki, Azərbaycanda bu, yoxdur”
“Almaniyadan maşın gətiririk, amma ona standartlara uyğun benzin tökə bilirikmi? Yox! Test sistemi də belədir. Özünü gətirmişik, amma kökünü istifadə etmirik. Kökü də odur ki, testlə sualları cavablayan ixtisas sahibi gərək cavabını əsaslandırsın. Bu zaman müəyyən olunur ki, ixtisas sahibi öz sahəsini nə qədər bilir. Bu isə bizdə yoxdur. Heç kəsə sir deyil ki, imtahanda 500-600 suala cavab verən tələbə müəllimlə üzbəüz gələndə fikrini izah edə bilmir. Buna görə test üsulu uçuruma aparır”, - deyə həkim söyləyib.
Əliyev hesab edir ki, imtahan nəticəsindən asılı olaraq həkimlərin dərəcəsində dəyişiklik olmalı, maaşda da artım edilməldir: “Təkmilləşdirmə kursları da lazımdır, imtahan da. Amma yaxşı olardı ki, imtahandan sonra həkimin dərəcəsində və maaşında artım olsun. Bu, həm də daha yaxşı olmaq üçün motivasiyadır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-08-2021, 16:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-08-2021, 16:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16