“Hacı Surxayın bir xətalı cümləsini bayraq edib dini təhqir edənlər...” - QALMAQAL
“Məhərrəm ayı gəldisə, sevinmək belə haramdır”. Bu sözləri tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Yenisabah.az-a açıqlamasında deyib. Din xadimi Məhərrəmlikdə toy və şənlik edənlərin gələcək səadətlərinin sual altında olduğunu “Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkşafı üçün onları evləndirib, xeyir-dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq. Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu, mənim subyektiv fikrimdir”.
Qeyd edək ki, Hacı Surxayın bu fikirləri cəmiyyətdə, ictimaiyyətdə xeyli müzakirə yaradıb. Əksəriyyət din xadiminin bu fikirlərini sərt tənqid etsə də, onunla razılaşanlar da olub. Bəs digər dini ekspertlər necə düşünür - bu fikirlərin hər hansı dini əsasları varmı? Bu cür təqdimat nə dərəcədə məqbuldur?
Mövzu ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, dini ekspert Hacı Şahin Həsənli “Yeni Müsavat”a danışıb: “Bu məsələ ”olar, olmaz", “halal, haram” kateqoriyasına aid deyil. Bu, qəlb, könül məsələsidir. Kərbəla faciəsi İslam tarixində bənzəri olmayan hadisədir. Təsəvvür edin, burada qarşıya qoyulan məqsəd Peyğəmbər ailəsinin kökünün kəsilməsi olub. Bu, özünü müsəlman adlandıranların peyğəmbərin ailəsinə qarşı törətdikləri soyqırım idi. Hadisə zamanı Peyğəmbər ailəsində olan 6 aylıq südəmər körpədən tutmuş, 90 yaşına qədər olan ahıl kişilər qətlə yetirilib.
Təbii ki, bu hadisə İslam tarixində dərin iz buraxdı, qəlblərə toxundu və insanlar könüllü olaraq Məhərrəm, Səfər aylarında şadlıq keçirməkdən imtina etdilər. Bunu onlara heç kəs qadağan etməyib. Azərbaycanda da əsrlər boyu bu ənənə yaşayır. Beləliklə, bu mövzuya daha çox mənəvi, fəlsəfi tərəfdən yanaşmağın tərəfdarıyam. Söhbət hansısa cəzadan getmir. Bu, dərin fəlsəfi kökü olan hadisədir və faktiki də budur ki, hadisədən min ildən çox vaxt keçməsinə baxmayaraq, insanların qəlbini titrədə bilir. Bunu heç bir şəkildə maddi qaydalarla izah etmək mümkün deyil. Əlbəttə ki, bu ayda toy edən insanların aqibəti haqqında məlumatlı deyiləm və deyə bilmərəm ki, onların axırı necə olacaq.
Hesab edirəm ki, xalqımızın Məhərrəm və Səfər aylarında toy etməməsi millətimizin müdrikliyindən qaynaqlanan məsələdir. Hədislərdə də var ki, hər kimin Aşura günü qəm günü olarsa, Qiyamət günü onun üçün bayram günü olar. Bu, fərqli bir qəmdir. Acizliyin, zəlilliyin qəmi deyil. Əksinə, insana insani duyğular, mərhəmət hissi aşılayır. İnsanlar burada qəhrəmanlara yanır, aciz insanlara yox, fədakar insanlara yanır, acı duyur. İstər-istəməz qəlb riqqətə gəlir, gözdən yaş axırsa, qəmlənirsə, bunu pozitiv bir qəm adlandıra bilərik. Yəni bu xalq Peyğəmbər ailəsinin qəmini öz şəxsi matəminə çevirirsə, düşünürəm ki, bu, böyük xalqdır. Bu, müsbət bir xüsusiyyətdir. Daha yaxşı olar ki, bu mövzuya fəlsəfi, irfani kontekstdən yanaşaq".
İlahiyyatçı Emil Rahiloğlu isə məsələyə bu cür münasibət bildirib: “Hacı Surxayın dediklərinin heç bir dini əsası yoxdur. Sadəcə, öz şəxsi inancına istinad edərək, o cür fikirlər bildirib. Lakin bu fikirləri nə çox sərt tənqid etmək, nə də ki, həqiqət kimi təsdiq etmək olmaz. Çünki hər şey niyyətə bağlıdır. Bəzən insanlar nə etdiklərini həqiqətən bilmirlər. Həqiqətən əhli-beyt, Aşura ilə düşmənçilik edib, toy edənlərin gələcəkdə hansısa fəlakətlə üzləşə biləcəkləri və yaxud xoşbəxt ola biləcəkləri haqda fikir söyləmək mümkün deyil. Şəxsən mənə bu mövzu ilə bağlı sual versəydilər, başqa cür cavab verərdim. Yəni Peyğəmbər ailəsinə hörmət etmək hər bir müsəlmanın borcudur. Lakin indi kiminləsə dava etmək də olmaz ki, Məhərrəmlikdə niyə toy edirsən. Sadəcə, deyə bilərəm ki, Allah hər kəsi xoşbəxt etsin və hamıya mərifət versin, insanlar Aşuranı və digər məsələləri başa düşsünlər”.
Dini ekspert Samir Əzizov qeyd edib ki, Məhərrəmlikdə toy etmək dində haram sayılmır: “İlk növbədə xatırladım ki, Məhərrəmlik ayında əhli-beytin ən əziz nümayəndələrindən biri İmam Hüseyn şəhadətə yetişib və insanlar bununla bağlı ona əza saxlayır, əzadarlıq edirlər. Məhərrəmlikdə toy etmək dində haram sayılmasa da, insanların əhli-beytə olan məhəbbətinin təzahürü olaraq, bu ayın ehtiramını saxlayır, toy-nişan etmir, şənliklər keçirmirlər. Məsələnin ikinci tərəfi də ondan ibarətdir ki, əgər kimsə deyirsə ki, Məhərrəmlik ayında ailə quranlar fəlakətlə üzləşəcək, bu, sadəcə, fərdi yanaşmadır. Ola bilsin ki, kiminsə başına gəlib və insanlar bundan o cür nəticə çıxarıblar. Lakin bunun dini bağlantısı, tam şəkildə əsası yoxdur. Əgər deyilibsə, o, araşdırılmalı və nəticəsi deyilməlidir.
İnanıram ki, həmin sözləri deyən şəxs tam olaraq bunu ifadə etməyib, sadəcə, onun sözünü kontekstdən çıxarıblar".
Tanınmış dini ekspert Kənan Rövşənoğlu isə məsələ ilə bağlı sosial şəbəkədə qeyd edib: “Hər fürsətdə dinə hücum edənlər səmimi deyillər. Baxmayaraq ki, bir çoxu guya canı yandığı üçün etdiyini deyir. Səmimi olan neqativi göstərib, onun aradan qaldırılmasına çağırar. Amma biz görürük ki, hər xırda büdrəmə, hər xırda xətaya görə dini inancları amansız tənqid və təhqir edirlər. Hacı Surxay Bakıda bir məscidin mollasıdır. Az qala hər gün TV-lərdə ekspertlik edir. Onun hər dediyi dini hökm, nə də İslam dini demək deyil. Yeri gələndə, dindarlar arasında ciddi nüfuzu yoxdur. Amma Hacı Surxayın bir xətalı cümləsini bayraq edib dini təhqir edənlər dinə düşmənçilik edən, dinə müharibə elan edənlərdir...”
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2021, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2021, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16