“Müharibədən qayıdan qardaşımı döydülər, amma məsuliyyətə cəlb edilmirlər” - GİLEY
“Qardaşım müharibəyə getdikdən sonra qonşularımız olan Ağayevlər ailəsi bizimlə ədavət aparmağa başladılar. Sanki bizi başsız gördülər. Yonca, arpa sahəmizə mal-qaralarını buraxaraq məhsulumuzu ziyan etdilər. Bu vəziyyət qardaşım müharibədən gələndən sonra da davam etdi. Nəhayət Babək və Ramiz Ağayev birləşərək qardaşımı döydü və nəticədə o ciddi xəsarətlər aldı”.
Bu iddia ilə “Qafqazinfo”ya Vətən müharibəsi iştirakçısı Fərhad Cəfərovun bacısı Əminə Cəfərova müraciət edib. O bildirib ki, Laçından məcburi köçkün düşmüş ailəsi ilə birgə hazırda İmişli rayonunun Şirinqum adlanan ərazisində məskunlaşıblar. Qadının iddiasına görə, qonşularının hərəkətləri ilə bağlı dəfələrlə Laçın rayon Polis Şöbəsinə müraciət etsələr də, məsələyə laqeyd yanaşılıb və nəticə ağır olub:
“Fərhad 2020-ci ilin sentyabrında könüllü şəkildə müharibəyə getdi. Qayıdandan sonra Prezident tərəfindən “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib. Atam vəfat edib, iki bacım və anamla birlikdə yaşayırdıq. Ağayevlər ailəsi əkin sahəmizə mal-qarasını salanda da Laçın rayon Polis Şöbəsinə və 102 xidmətinə müraciət etdik. Tədbir görülmədi.
Əkdiyimiz iydə, söyüd ağaclarını yandırdılar. Polisə məlumat verdik, yenə də onlar barəsində tədbir görülmədi. İyulun 5-də qardaşım əkin sahəsini suvarıb gələndə əvvəlcə Ramiz Ağayev onun üzərinə hücum çəkərək qolunu qırıb, daha sonra isə Babək əlində qəssab çapacağı ilə qardaşımın başının sağ tərəfindən vurub. Onun baş nahiyəsində 25 sm uzunluğunda çapıq əmələ gəlib, baş sümükləri qırılıb. 20 gün Bakıda "Respublikanski" xəstəxanasında yatdı. İndi sümükləri yoxdur deyə, növbəti dəfə əməliyyat olunaraq başına sümük əvəzinə plata qoymalıdırlar. Qabırğaları zədələnib, hazırda sağ əli gipsdədir, sol əli isə başından aldığı zərbələrə görə işləmir. Babək Ağayev hətta etdiyi əməli etiraf edib. Amma yenə də nə o, nə də Ramiz Ağayev məsuliyyətə cəlb olunmur".
“Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, iyul ayının 5-də Laçın rayonu Malıbəy kənd sakinləri Fərhad Cəfərov və Babək Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib: "Baş verən hadisə ilə əlaqədar hal-hazırda Laçın RPŞ-nin İstintaq Qrupunda AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2021, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2021, 09:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti