“Vaksin olunmadan təhsil almaq mümkün olmayacaq” - RƏSMİ AÇIQLAMA
Yeni tədris ilində bütün tələbələrin peyvəndlənməsinə dair qərar verilib.
Operativ Qərargahın müvafiq qərarına əsasən, 1 sentyabrdan etibarən bütün ali və orta təhsil müəssələrindəki müəllimlər və tələbələr peyvənd olunmalıdır.
Bəs hazırda ölkəmizdə yaşayan və Azərbaycana gələcək əcnəbi tələbələrə də bu qərar şamil olunacaqmı?
Mövzu ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov sorğumuza cavab olaraq bildirib ki, bu qərar xarici tələbələrə də aid olacaq:
“Bildiyiniz kimi, Nazirlər Kabinetinin müfaviq qərarına əsasən 18 yaşından yuxarı bütün vətəndaşların vaksin olunması tələbi qoyulur. Bu bir zərurətdir və bunu tələbələr də, digər vətəndaşlar da yerinə yetirməlidir. Çünki vaksin olunmadan universitetlərdə davamlı şəkildə təhsil almaq mümkün olmayacaq. Xarici tələbələr də bu qaydalara əməl etməlidir. Ümumiyyətlə, kənar ölkədən gəldiklərinə görə birmənalı olaraq, onların ən yüksək şəkildə vaksin tələb olunur”.
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:20-08-2021, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-08-2021, 12:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti