reklam
Regionxeberlericom.az » Sosial » "Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələni nəzarətə götürərlər..." - Şəhid atası GİLEY EDİR...

reklam

"Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələni nəzarətə götürərlər..." - Şəhid atası GİLEY EDİR...


Xəbər verdiyimiz kimi 2016-cı il Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin komandiri, polkovnik-leytenant Murad Mirzəyevin adının əbədiləşdirilməsi üçün bu gün də müəyyən işlər görülür.

Moderator.az xəbər verir ki, gənc heykəltəraş Leyla Məmmədova tərəfindən şəhidimizin büstü hazırlanıb. Milli Qəhrəmanın atası Telman Mirzəyev Leyla xanıma təşəkkürünü bildirərək, bir neçə məsələlərə də toxunub:

“Muradın iki büstü hazırlanıb və buna görə Leyla xanıma təşəkkür edirəm. Oğlum Süleyman anasıyla Bakıya gəlib büstlərə baxacaq. Məncə, büstlərdən biri Muradın komandiri olduğu Cəlilabaddakı hərbi hissədə qoyulacaq. Bizim sovetliyin 15 nəfər şəhidi var və onların da kəndimizdə adının əbədiləşdirilməsi üçün işlər görülüb. Muradın adına Bakıda Yeni Yasamalda küçənin birinə onun adını veriblər, Sabirabad rayonunda isə büstünü qoyublar. Sizin bu problemləri qaldırmağınızdan sonra müəyyən işlər görüldü”.

Şəhid atası kəndlərinə gələn yolun hələ də təmir edilmədiyini bildirib:



“Yaşadığımız Muğan-Gəncəli kəndinə gələn yol hələ də təmirsiz qalıb. Hələ 2016-cı ildən bu yolun təmiri üçün müraciətlər etmişdim. Təsəvvür edin ki, Milli Qəhrəmanın kəndinə gələn yol bərbad vəziyyətdədir. Ümid edirəm ki, bu müraciətimdən sonra aidiyyatı qurumlar məsələni nəzarətə götürərlər. Diqqətiniz üçün hamınıza təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ilin 31 martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil aldıqdan sonra Türkiyəyə yollanıb və təhsilini orda davam etdirib. Bununla yanaşı o, Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada keçirilən hərbi təliblərdə iştirak edib. Murad Amerikada “ranger” kursunu bitirdikdən sonra vətənə qayıdaraq Gəncə şəhərində xidmətə başlayıb. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olur. Xidmətinin on ilində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Sonra isə Xüsusi Təyinatlıların komandiri təyin edilir.

2016-cı il Şanlı aprel döyüşləri zamanı komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Ölkə başçısının sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Paylaş:


Müəllif : Tarix:
20-08-2021, 12:27
Sikayət   


loading...
Загрузка...